Yeni başlanğıc

1.9K 209 7
                                    

-          Buyurun, buyurun, keçin içəri

-          Təşəkkür edirik, Həvva, gəl

-          O qədər də böyük deyil , amma iki nəfər üçün dolanmaq olar. Allah qoysa oğul uşağa qarışana qədər də özünüzə bir gün ağlayarsınız. Belə , bu ev illərdir boşdur, elə bir ümid elanı vurmuşdum. Heç gözləmirdim ki, zəng vuran olacaq. İndi hamı düz şəhərin göbəyində qalmaq istəyir.

Dayanmadan danışan Tərlanın səsi mətbəxdən eşidilən zaman Rəhim və Həvva ətrafa göz gəzdirirdi. Tavandan asılan tək lampaya, pəncərələrin nəmişlikdən qabaran kənarlarına, döşəmə taxtalarının addım atdıqca eşidilən cırıltısına.. Evdə çox əşya yox idi. Üstünü toz basmış divanı,  kiçik masa və ətrafındaki iki oturacağı, hər yeri tökülən servantı və yerə atılan kirli palazı saymasaq..

-          Hə..İndi qəribə gəldiyinə baxmayın, zamanla öyrəşəcəksiniz. Əşi, ədəbi burada qalası deyilsiniz ki, əsas odur başınızı soxacaq bir daxma ola

-          Elədir ( Rəhim zoraki gülümsəyərək) küçədə qalası deyilik ki.. Allah razı olsun..

-          Mən elə sizin qonşuluğunuzda qalıram. Qarşı mənzil mənimkidir. Birinci mərtəbədə qalırıq, çıxıb düşmək də sizi yormaz. Mən daha gedim, siz də yavaş yavaş yerləşərsiniz.

-          Mən sizi ötürüm

Tərlanı ötürərkən Rəhim arxayınlamaq üçün bir aylıq kirayə haqqını bəri başdan Tərlanın əlinə tutuşdurdu.

-          Əşi, nə qaçaqaçdır canım, verəcəksiniz də.. Hələ qoy özündə qalsın, gərəyiniz olar. Kişi kişinin halından anlar oğul, al bunu qoy cibinə

-          Yetəri qədər kömək etdiniz inanın. Minnətdaram. Belə içim daha rahat olacaq.

-          De görüm, iş yeri filan qaralamısanmı?

-          Hələ yox..Düzünü desəm, burada tanış bilişim yoxdur. Bu günü yola verək səhərdən keçəcəyəm axtarışa

-          Nə bacarırsan?

-          Nə olsa!

-          Bura bax.. ya da doğru deyirsən, bu gün dincəl, səhər danışarıq

-          Nə isə deyirdiniz, tamamlayın rica edirəm

-          Mən özüm evlərə təmirə gedirəm. Ustayam, əgər istəsən yanımda köməkçi kimi gedib gələrsən. İşi tam qavrayandan sonra da tək çıxarsan

-          Nə gözəl olardı.. Amma sizə mane olmaq istəmərəm

-          O nə sözdür, əksinə kömək etmiş olarsan. Mənim dolanışığım üçün ayda bir işim çıxsa bəs edir. Tək yaşayan adamam. Amma tanıdığım hər kəsə deyərəm nə qədər iş çıxsa səni də yönləndirərlər.

-          Necə təşəkkür edəcəyimi bilmirəm, çox sağolun, Allah sizə kömək olsun

-          Di artıq gir içəri, səhər saat 9 da hazır ol, çıxaq

-          Oldu, baş üstə. Hələlik

 Tərlan arxaya çönərək əlini havada salladı və evinə girdi. Rəhim Tərlan qapını örtməzdən əvvəl dəhlizin ortasında dayanan pişiyi görüb gülümsədi..

-          Hə, nə edirsən?

-          Bu evin çox işi var. Biran əvvəl işə başlamaq, təmizləmək lazımdır..

-          Özünü çox yorma, yavaş yavaş hər şeyi həll edəcəyik birlikdə. Həm də artıq demək olar işdə tapmışam

-          İş ? Necə yəni?

Rəhim olanları Həvvaya nağılladı.

-          Necə yaxşı insandır.. Başlanğıcımız uğursuz olsa da Tərlan dayı köməyimizə çatdı. Allah əvəzini versin

-          Elədir..

Rəhim və Həvva axşama qədər davam edən təmizlik işindən sonra evin otaqlarını az da olsa yer yığış edə bildilər.  Beləcə günlər həftələri, həftələr ayları qovaladı. Artıq evin pəncərələri qarşısında dibçəklər düzülmüş, qonşu Rüfanə xalanın gəlin gətirməsi sayəsində köhnə soyuducularını atacaqkən Həvvagil yeni bir soyuducu sahibi olmuşdular. Binanın bütün sakinləri yeni evli cütlüyə əllərindən gələn köməkliyi göstərdilər. Həvvanın gülər üzü, Rəhimiz təmiz qəlbi onları çox az müddətdə yeni mühitlərinin sevimlilərinə çevirmişdi. Rəhimin işləri həftədə bir işdən ayda üç dörd işə qədər artmışdı.  Ailəsini illər əvvəl itirən Tərlan artıq yeni bir oğul və qız övlada sahib olmuşdu sanki. Onlar çox vaxt işə birlikdə gedir gəlir, bazarlıqlarını birgə edir, hətta əksər hallarda şam yeməyini də birlikdə, Rəhimgilin evində edirdilər.. 

Gözünü qırpWhere stories live. Discover now