Qırılma nöqtəsi

2.2K 215 9
                                    


- Sabahın xeyir ana

- Sabahın xeyir, dərdin alım, Həvva oyaqdırmı?

- Hə, ana, otağı səliqəyə salır

- Sən get ,gör atan nə edir, bayaq deyirdi oyanan kimi gəlsin yanıma, işimiz var, bu mağarı zadı sökək, camaatdan atdığımız oturacaqları qaytaraq yiyələrinə. Mən də bir Həvvaya baxım. Yeri qadan alım, yeri

- Yaxşı,yaxşı , gedirəm. O çayın altını yandır qızsın, bir çay içək.

Rəhim həyətə çıxıb qollarını yana açaraq gərnəşdi. Əsnəyib gözlərini, üzünü ovuşdurub sağa sola boylandı.Çəpər qonşuları, həmçinin , uşaqlıq dostu Cəlili görüb salamlaşdı və başı söhbətə qarışdı.

- Ooo, təzə bəy, necədi vəziyyət? Mən deyirdim bugün çölə çıxmazsan ( qəhqəhə çəkir)

- Səyləmə a kişi, camaat eşidəcək. Necə keçdi toy, başım elə şişmişdi ki, heçnəyə fikir verə bilmədim

- Qaqa canı əla idi, narahat olma. Hətta o şeytan sifət Rəsul da halından məmnun idi. Dayanmadan tıxıb , ortalıqda kefli kefli veyllənirdi. Ə , mən ölüm, gördün onun əynindəki şalvarın rəngini? Lala qırmızı!

- Əşi, sənin camaatın şalvarı ilə nə işin? O tapıb onu geyinib də!

- Ə yox sənöl, bu kənddə ondan varlısı var elə bilirsən? Baxma e, onun elə məzlum göründüyünə, qazandığını yığır altına , simic oğlu simic!

- Nə isə, nə isə, sən nə vaxt tərpənirsən yaxşı? Buralardan getməzdən əvvəl öz gözümlə görmək istəyirəm toyunu!

- Sən dünən dediyində ciddi idin? Nə getmək getmək salmısan ? Hara gedirsən a kişi, bir yer tanımırsan, bir adamın qapısını bilmirsən. Ə ağlın buralara getməsine, Bakı böyük şəhərdi, vallah elə o dəqiqə udar ikinizi də. Hələ hər şeyi qoyduq kənara ordaki qısa tuman qızları görüb evə gəlməz olacaqsan ( astadan gülür) Gəlinbacıya yazıq deyil?

- Bilirəm ki, çətin olacaq, amma o son dediyin bizə aid deyil. Kişinin ulğumu olar , mən verdiyim sözü tutmasını da bilərəm. Əsas odur bir yer tapaq başımızı soxmağa. Ardı özü gələcək. Mən istəmirəm ömrüm burada keçə, istəyirəm uşaqlarım şəhərdə böyüyə, yaxşı təhsil ala. Həm də elə indicə getmirəm ki, hələ bir maraqlanacağam görüm kirayə qalmağa bir yer varmı? İşləməyə bir yer tapa bilirəmmi? Qısaltsan hələ ən az bir il buralardayıq.

- Məytəf zad deyirsəne amma mən bilirəm sənin qarnının dərdini. Sən evdən narahatsan. Kişidən narahatsan amma atandı da, nə edəcəksən? Meyvə tərəvəz deyil ha gedib bazarda dəyişəsən. Üzü gora gedirləre tay, gərək yaxınlığında olasan ki, bir yah deyəndə hayına çata biləsən. Allah eləməsin, birdən bir şey olsa..

- Eee , sən də lap böyütdü..

Cümləsini tamamlamasına macal tapmamışdı ki arxadan sürətlə və əsəbi halda gələn atasını gördü. Rüstəm kişi çatışmış qaşlarının altındaki gözlərindən qəzəb saçaraq Cəmilgilin söhbət etdiyi yerə yaxınlaşanda Cəmil hiss etdi ki, bu gəliş adi gəliş deyil.

- Ə , köpəyoğlu, səni tezdəndən çağırmamışam ?! Burda arvad kimi nə çənəyə vermisən?!

- Hə, ata , mən də indi gələcə..

Üzünə dəyən sərt şillə ona cümləsini tamamlamağa macal vermədi. Cəmil dostunun gözü qarşısında şillələnməsini heç gözləmədiyindən olduğu yerdə donub qaldı. Rüstəm kişi, onu tez tez danlayırdı düzdü, amma heç vaxt adam içində ona əl qaldırmazdı.

Rüstəm kişi şilləsinin zərbəsindən səndələyib yıxılan oğluna yumruğunu sıxıb hirslə baxanda onu əsəb dolu fikirlərindən gəlini Həvvanın qeyri - ixtiyarı çəkdiyi ah ayıltdı. Yumruğunu boşaldıb gəlininin üzünə, illərin incikliyi üzünə qazınan arvadının simasına , sonda da Həvvaya baxdıqdan sonra əlini üzünə tutub ayağa qalxan oğlu Rəhimə baxdı. İçində dərin peşmanlıq hiss yaranmışdısa da artıq bu peşmanlıq hissinin ola biləcəklər qarşısında əngəl hasarı olmağa gücü çatmayacaqdı. Rəhim düz qarşısında dayanıb aşağı baxan atasının üzünə son dəfə inciklik, qərarlılıq və əlvidanı xatırladan üz ifadəsi ilə baxdı. Qəflətən hərəkətə keçdi, qapının yanında dayanan Həvvanın qolundan dartıb içəri apardı və "Hazırlaş, bu gün gedirik!" dedi..

Gözünü qırpDonde viven las historias. Descúbrelo ahora