3-Vicdansızlıq

14 2 0
                                    

Oğlandan adını soruşduğu adamın həyatında ən vacib, ən mühüm insan olacağını bilmədən adını dedi qarşısındakı təxminən özü boyda, qara saçlı olana.

İnsanlar bəzən öz həyatlarına daxil olan adamların istəməyərək gəldiyini fikirləşərlər. Elə bu oğlan kimi. Lakin həyatınıza daxil olan bütün insanlar təsadüf olsa da, siz istəməsəz daxil ola bilməyəcəyini bilməlisiz. Ya da ki, həyatınızdan çıxarda bilərsiz. Əgər ki, yaşınız bu qərarı verməkdə azaddırsa. Bu yanınızda olan adamların bəziləri təsadüfən daxil olsa da həyatınıza daxil etdiyiniz insanları istəsəz çıxarda bilərsiz ancaq bu oğlan isə bunu edə bilməyəcək. Edə də bilməz. Bəlkə də hər şeyi sadəcə axışına buraxmaq və sadəcə yaşamaq lazımdır. Sadəcə yaşamaq.

_______________________________________

Adımı soruşan Jungkook adında adam evinin alt qatına düşdü. Bu zaman bu şaftalı qoxusu gələn evin içi diqqətimi cəlb etdi. Koridor sadə koridor idi. Ağ xalçası olan. Buradan görsəndiyi qədər qonaq otağına baxırdım. Ordan qəhvə rəngində olan divan kreslo diqqətimi çəkdi və koridorla eyni olan xalçası. Sonra koridorun başında, divardan asılan saat diqqətimi çəkdi. Saat 23:16 idi. Həqiqətən gec olmuşdu. Anam narahat olub yəqin. Ağlıma gələn şeylə birdən gözlərim ilişdi saata. Bunu tez Jungkook-a deməliydim çünki anam gəlməmişəm deyə mənim itdiyimi tez polisə xəbər verərdi. Polisləri görmək indi ən son istəyəcəyim şey belə deyildi.

İndi isə tək çarəm Tanrıya dua etmək idi ki, mən anama zəng vurana kimi o heç kimə deməsin. Telefonumu cebimdən çıxardıb anama zəng vurmaq istəyəndə telefonumun donduğunu gördüm. O davada yəqin telefonum bərk çırpılmışdı yerə. Sadəcə üzü görsənirdi ancaq açılmırdı. Əlimə telefondan qan yayılmışdı. Qanlı olan əlim daha çox qanlı olmuşdu. Qurusa belə. O adamın qanı. Baqajda olan adamın qanı. Sikdir. İndi gedib yumalı idim. Bu evdə çox dolanmaq istəmirdim. Ancaq telefonu nə edimsə bilmirdim.

Altdan səslər gəlirdi. Jungkook adında adam əlində 2 bel ilə gəlirdi. Yəqin ki, onu basdıracaqdıq. Bunu necə edəcəkdim həqiqətən bilmirəm. Ancaq qarşımdakı əlində beli olan adam heç narahatda deyildi. Bəlkə də mən etməsə idim o edəcəkdi. Bəlkə də yox, əminliklə. Əlində olan 2 beli qapının kənarına qoyaraq mənə tərəf döndü. "Sənə bayaq dedim axı get əl-üzünü yu. Bütün qandı." Əllərimə baxaraq deyirdi.

"Jungkook bu telefonu nə edim?" qanlı olan telefonu ona uzadaraq dedim. Mənə telefonu qoymaq üçün klok verdi. Ağzını bağlayıb stolun üstünə qoydu. "Bunun işinə sonra baxarıq." Başımı sallayaraq bayaq Jungkook-un paltarları qoymaq üçün getdiyi hamama getdim.

İçəri girdim və tez kranı açıb soyuq suyu üzümə vurdum. Əlimlə toxunduğum kran qanlanmışdı. Ovucuma su doldurub üzümü yuyurdum. Su üzümə dəydikcə daha çox təlaşlanırdım. Ovucumda olan su mənə sanki sel kimi gəlirdi. Boğulurdum. Nəfəsim daralmağa, alnımdan tərlər axmağa başlayırdı. Qorxurdum. Həmdə çox. Heç yerə sığmırdım. Evlər üstümə-üstümə gəlirdi. Kiçik bir yerdə ilişib qalmışdım.

Taki hamamın qapısının açılmasına qədər fikirlərim məni boğur, hər bir hüceyrəmi məhv edirdi. Jungkook mənə işimi tez həll edib qurtarmağımı deyirdi və sonra getdi. Quru qanlı olan kranıda su ilə yuduqdan sonra əllərimidə təkrar yudum. Əllərimi bayaq salfetlə sildiyim üçün qan deyildi ancaq şirə kimi olmuşdu. Aynadan üzümə baxdıqda isə artıq dünənki məni görmədim. Aynadan yansıyan bu qorxunc adamı heç kim tanıya bilməzdi. Gözlərimin altında yaranan qara ləkələrlə çox qorxunc görsənirdim. Və 3 saat bundan qabaqkı mən ilə indiki mən arasındakı fərq o qədər çox idi ki. Ən azından əli qan olmamışdı.

Only Me-'TaeKook'Hikayelerin yaşadığı yer. Şimdi keşfedin