Bir insanın keçmişi onun ən önəmli hissəsi, parçasıdır. Yaşadığı şeylər, gələcəkdəki özünü göstərər. Və gələcəkdə xatirə kimi qalar bütün insanlarda. Pis ya da yaxşı bunun təfavütü yoxdur. Fəqət bəzi xatirələr, bəzi yaşanmışlar yadımızdan çıxar. Çıxmasa belə yadımızdan çıxmış kimi olar. Onları xatırlamaq sanki cəhənnəmə düşmüş, yaxud da o hadisələri təkrar yaşamış kimi olarıq. Ancaq beynimiz bu hadisələri heç xatırlatmazsa bizə, başqa şəkillərdə göstərər eyni Taehyung kimi.
Gözlərimi sıx-sıx bağlamışdım. Açmaq istəmirdim. Ətrafda polislərin və anamın olduğunu bilirdim. Səsləri gəlirdi qulağıma. Bütün səsləri kəsmək istəyirdim yalnızca mələyimin mələk kimi səsini eşitmək istəyirdim. Onun məni anlamasını gözlərindən görmək istəyirdim. Səsinin məni hər nə vəziyyətdə oluramsa olsun sakitləşdirməsini istəyirdim. Alınmırdı ancaq anamın və polisin danışıqlarına istəmədən də olsa qulaq asırdım.
"Sizə bayaqda dediyim kimi. O heç kimə heç nə etməyib. Bu 1 aydan da çox onda qəribəliklər hiss etmişdim. Gecələri evə gəlmirdi və işdən də çıxırdı. Hara gedirsən deyə sual versəm dostuma deyirdi ancaq o dostunu bir dəfə də olsa görməmişəm. Və-" anamın mənim haqqımda belə danışması əsəbimi pozurdu. Mən o günləri cəhənnəmi yaşamışdım ancaq bunu yalnızca qəribəlik olaraq adlandırırdı. Ancaq anamın səsini kəsdi polis.
"Narahat olmayın xanım. Hər şey araşdırılacaq. Əgər Taehyung həqiqətən heç nə etməyibsə heç bir sübutda çıxmaz ancaq onu deyim ki, öldürmüşdə ola bilər. Bu da ağlınızda qalsın." Deyib anamı sakitləşdirmişdi. Onun belə deməsi içimi rahatlatmışdı sanki. Bəlkə də başqası olsa dəli olduğunu deyərdi ancaq bunu qəbul edə bilməzdim. Elə olsa daha da özümü pis hiss edərdim. O cındıra görə pis olmasam da o qadına görə pis olurdum. Bunları fikirləşərkən gözlərimi açmışdım. Qarşılaşdığım mənzərə yalnızca ağ tavan olmuşdu. Gözlərimi açmağımla yanıma anam gəlib əlimi tutmuşdu. Polisdə onun yanında diqqətlə mənə baxırdı.
"1-2 saata çıxacaqsınız buradan. Ondan sonra da dediyiniz yerə gedəcəyik." Deməsi ilə anam əlimi sıx tutub danışdı.
"Yox! O heç nə etməyib deyirəm! O-" anamın sözünü yenə polis kəsdi.
"Xanım, zəhmət olmasa sakitləşin biraz. Oğlunuzda oyandı. Gəlin gedək. O biraz tək qalsın burda." Deyib otaqdan çıxmışdılar. Otaqda olan sakitçiliklə dərindən nəfəs almışdım. Sonunda çıxmışdılar. 2 saata yəqin çıxardıq. Ora gedəcəyimi bilmək cəhənnəm kimi gəlirdi mənə. Ürəyimə sanki daş oturmuşdu. Birdən anamın dedikləri yadıma düşdü. Nə demək istədiyini anlamırdım. Düşüncələrimdə qərq olmuşdum taki qapının açılma səsini eşidənə qədər.
"Tae, burdasan?" Badəm kimi gözlər və mülayim səsi ilə özünü göstərdi mənə. Qapını bağlayıb yanıma oturmuş, yanımda duran, bayaq anamın tutduğu əlimi tutmuşdu. Amma ondan fərqli olaraq sıx olmayacaq şəkildə. Onun buz kimi soyuq əli ilə təmasımda ilk titrəsəmdə sonra alışdım. Onu görməyimlə bayaqdan fikirləşdiyim bütün dərdlərim sanki yox olub uçmuşdu. Gözlərimin parıldadığına əmindim.
"Jungkook bura necə gəlmisən?" pıçıltı ilə danışdım. Axı ətrafda polislər vardı. Qapımın ağzında da polislərin olduğuna əmindim. Onu mənim yanımda görsəydilər onun üçün yaxşı olmazdı.
"Necə gəldiyimi boş ver. Tae, 1 saatdan sonra bilirəm nə olacaqsa. Əgər nəsə olsa, mənim adımı ver. Məndən çəkinmə. Yaxşı? Səni anlayıram, ananın dediyi şeyləri hamısını anlayıram səndə necə təsir etdiyini anlayıram mələyim." Deyib buz kimi əli ilə sol yanağımı tutub oxşadı. Üzünü mənə yaxınlaşdırıb sağ yanağımdan sulu-sulu öpdü. Onun öpücüyündə donub qalırdım həmişəki kimi. O mənə yaxşı gələn tək şey idi. Məni həmişə anlayan. Onun bu öpücüklərinə ehtiyacım var idi.