Nəyə görə olduğunu bilmirəm ancaq bu son günlər evimin qabağında duranda balıq, ət, qan iyi gəlirdi. Yəqin bu olanlardan sonra artıq o ölünün iyi burnumdan getmirdi. Çox pis idi. Üzümü buruşdurdum onun üzü yadıma düşdükdə. Yerdə yatdığı vaxt yadıma düşdü. Qanlı idi. Və həmin iy. Ona görə evə gələn vaxt təkrar geri qayıtdım. Dincəlmək istəyirdim. Bəlkə də, sadəcə biraz insanlardan uzaq olmalı və yalnız fikirləşməli idim. Çıxış yolu tapmalı idim.
Biraz skamyada oturmaq və evə getməmişdən qabaq təmiz hava almaq istədim. Anam məni belə görsə şüphələnərdi. Onu üzgün görməyi istəmirdim. Ancaq bu içimdəki keçməyən hiss günü-gündən artırdı. Bir tərəfim belə halda olduqda digər tərəfim isə o əclaf adamın buna layiq olduğunu fikirləşirdi.
Skamyada qalxacağım vaxt səs gəldi. "Taehyung!" Biri mənim adımı çağırdı. Bu Seungmin idi. O gündən sonra onu görməmişdim. İşdən 3 günlüyünə icazə almışdım. Sabah işə gedəcəkdim. Mənə tərəf daha çox yaxınlaşan Seungmin sonda durdu.
"Taehyung, niyə işə gəlmirsən? Nəsə narahatsan? Heç işini buraxan biri deyilsən sən? Nəsə olub? Düz denən." Ardı-ardına gələn suallar görə əvvəlcə durdum. Haqlı idi. Çünki məndə Seungmin-in yerində olsam eyni reaksiyanı verərdim.
"Yox, sadəcə özümü xəstə kimi hiss edirdim ona görə. Sabah işdəyəm. Narahat olma." Və qoluna zarafatyana vurdum gülərək. Artıq nə qədər yaxşı güldümsə o heç gülmədi. Donuq və narahat sifətlə mənə baxırdı. Üzümü görmək istəyərdim. Sadəcə sifətimə baxdı.
Sonra sual verirmiş kimi etdi sifətini. "Həqiqətən yaxşıyam. Sabah gələcəm." Onu inandırmaq üçün dedim. Ancaq heç inanana oxşamırdı.
***************************************
Gecə saat 1 və yata bilmirdim. Beynimdə olan düşüncələr məni yatmağa qoymurdu. Sabah Jungkook-a dəqiq cavab deməli idim. Evə gələndən bəri bunun haqqında fikirləşmişdim. Və artıq fikirləşməkdən beynimi yeyəcəkdim. Anamla da həmişəki kimi yaxşı vaxt keçirə bilmirdim. Anam o gündən sonra çox şüphələnmişdi və hər gün mənə o haqda sual verirdi. Bu da məni sıxırdı. İşə getməməyimi isə anlaya bilmirdi. Ancaq o barədə heç nə demirdi. Əvvəlcədən mənim işə getməyimi istəmirdi həm.Əvvəlki düzənimi istəyirdim. Sadəcə otağıma girib nə edəcəyimizi düşünürdüm. Jungkook cavabı tez istəyirdi. Oda mənim üçün narahat idi. Çünki adamı öldürən o yox, mən idim. Yəni günahı öz boynuna da, ala bilmirdi. Yoxsa əvvəlcədən demişdi, günahı öz boynuna alar. Onun dediyi fikir çox axmaqca idi, ancaq işdən çıxandan sonra onun yanına getməli və artıq bir həll yolu tapmalı idik.
Qumar oynaya bilməzdi. Çünki pul itirmək şansı var idi. Sonra başımıza daha çox bəla açardı. Ancaq qadınında evini soymaq yaxşı fikir deyildi. Bəlkə də şansını sınamalı idi. Ancaq yenə də istəmirdim.
Əlimə telefonu götürüb Jungkook-a yazdım. Bu son qərar idi. Ən azından çox miqdarda pul olmasa da, həmin pulun 5də 1 hissəsini qumarda uda bilərdi. Birazını mən kredit götürərdim, birazını o, digər hissəsində bir təhər edib götürə bilərdik ən azından.
Fikirlərimin hamısını Jungkook-a yazdım. Sabah birdə işdən çıxıb onun yanına getmək istəmədim. Anam, mən evdən hər çıxanda narahat olurdu. Onu daha çox narahat etmək istəmirdim. Sonra o sabah qumarxanaya gedəcəyini demiş və heç nədən narahat olmamağımı, sadəcə o işi ona buraxmağımı yazmışdı.
Məndə heç nə yazmadım. Sadəcə içimdə çox narahatlıq var idi. Adamı öldürməyimdə özümü çox günahkar hiss etmirdim ancaq onun qumar oynamasını istəmirdim. Hamısını mənə görə edirdi. Mən həbs olunmayım deyə. Mənə maraqlı gələn isə onun bu qədər rahat qumarxana tapması idi. Heç mən istəsəm bu qədər tez tapmaram. Həqiqətən mən kimin qardaşına kömək etmişdim? Nə cür adam idi?