Evdə idim. Otağımda oturmuş həmişə ki kimi gözümü bir nöqtəyə zilləyib baxırdım. Düşünürdüm bəzi şeyləri və ağlıma gəlməyən, bu 1-2 ayda heç ağlıma gəlməyən şeylər bayaq birdən ağlıma gəlmişdi. Gözümdən süzülən damcılarla birlikdə məndə otağın qaranlığında həbs olurdum. Birdən pəncərəmin döyülməsi ilə dik atıldım. Ayağa durub pəncərəyə tərəf getdikdə orda duran Jungkook-u görməyimlə əlimin içi ilə göz yaşlarımı silib, pəncərəmi açdım və soyuq havanın otağa girməsinə icazə verdim. Həmçinin Jungkook-un da.
"Tae, səni görməyə gəldim." Dedi yalnızca.
"Jungkook, bilmirəm bilirsən ya yox a-ancaq-" göz yaşlarımı saxlaya bilmirdim. Axıb gedirdi, artıq gözyaşım yol tutmuşdu yanaqlarımı. Jungkook-un soyuq əlləri yanaqlarımı qavrayıb sıxdı və hər iki tərəfini də öpdü. Onun soyuq və quru dodaqları islaq yanağıma dəyməsi ilə bir az kənara çəkildim.
"Tae, bilirəm. Xahiş edirəm ağlama. Özünü belə hədər etmə. Olub keçdi."
"Jungkook ancaq bu olan şeylərin hamısının yalan olduğunu deyirlər. Yəni mən o qadını və o adamı öldürməmişəm. Axı o gün o uşaq ordaydı. Məni anlamırlar. Və səndə buna şahidsən. Şahidlik edə bilərsən?"
"Edərəm. Sabah istəyirsən polis idarəsində görüşək. Mən gedib hər şeyi deyərəm." Başımı salladım onun dediyinə. Sonra üzünü mənə yaxınlaşdırıb dodağıma kiçik öpücük yerləşdirdi. Və məndə ona.
Səhər saat 11
Polis idarəsinə gedirdim və bayaqdan Jungkook-la danışmışdım. Evdən güclə çıxmışdım, anam qoymurdu heç yerə ancaq mən pəncərədən hoppanmışdım. Düzdü ayağım ağrıdır ancaq buna dəyəcək. Sonunda polis idarəsinə gəldikdə içəri girdim. Əlimə telefonu götürüb Jungkook-a zəng vurdum. Mənə gələcəyini deyib bağlamışdı. Kənarda durub gözləyirdim taki məndən ifadə alan polisə qədər.
"Burda nə işin var?" Salamsız ilkdən bu sualı deməsinə qaşımı çatdım.
"Heç sadəcə şahid gətirəcəm. Onu gözləyirəm gəlsin. Mənə dedi birazdan gələcək." Deməyimlə bir qaşını yuxarı qaldırdı.
"Hansı şahid? Bu dediyin?" bu dediyinə başımı salladım. Sonra isə mənə heç nə demədən yanından ayrıldı. Məndə heç nə demədən Jungkook-u gözləyirdim ancaq qapıdan içəri girən adamla bir anlıq üzüm düşmüşdü. Həqiqətən burda xeyli vaxtdı gözləyirdim və Jungkook-dan tez anam gəlmişdi? Ehh. Jungkook tez gələ bilməzdi məgər?
"Oğlum, gəl gedək evə. Burda nə işin var?" anamın təlaşlı səsini eşitməkdən artıq bezmişdim ancaq onu qırmaq istəmirdim.
"Ana bəsdir. Gözlə şahid gələcək. Onda mənə inanacaqsınız." Anam bu sözlərimi eşidəcək hönkürtü ilə ağlama başladı. Yanımıza polislər yaxınlaşırdı və vaxt ötüb gedirdi ancaq Jungkook gəlmirdi. Anamın yanına gələn polis yeni məndən ifadə alan həmin adam mənim qarşımda durdu. Anam qızarmış gözlərlə mənə baxırdı.
"Sənə bunu demək istəməzdim ancaq artıq başqa mənə başqa çarə qoymursan." Ona təəccüblə baxdım.
"Bu dava artıq bağlanıb." Onun bu dediyi ilə qaşlarımı çatdım. Necə yəni? Necə bağlana bilər ki? Mən burda idim. Yoxsa, yoxsa Jungkook-u tutmuşdular? Əgər mənə görə onu həbsə atsaydılar yaşamaq istəməzdim bu həyatı.
"Sənin necə reaksiya verəcəyini bilmirəm ona görə ambulansa zəng vurmuşuq." Anam bu sözü ilə təkrar ağlayırdı. Mən isə yerimdəcə donub qalmışdım.
"Bunu sənə necə deyim bilmirəm ancaq biri sənə həqiqəti deməlidir. Sənin dediyin adamlar heç biri real deyil." Donuq baxışlarla ona baxırdım. Nə demək istəyirdi ki? Ona soyadlarına qədər vermişdim və ev yerlərini göstərmişdim.