13-Edilmiş səhvlər

5 1 0
                                    

Bu gün ayın 25-i idi. İşimin qurtarmasına 20 dəqiqə qalmışdı. 20 dəqiqə sonrasını fikirləşə bilmirdim. Birinin evinə girəcəkdik. Əslində adam öldürdüyümə görə, onu öldürdüyümə görə o qədər də pis deyildim. Düzdü ilk günlər əsəbi olsamda, pis olsamda indi isə onun buna layiq olduğunu düşünürdüm. Məni narahat edən həbsə düşmə qorxusu idi. Həmdə onun kimi bir adama görə. Ancaq indi etdiyimiz isə günahsız bir qadının evinə girib oğurluq edəcək olmağımız idi. Bu isə artıq bizim günahımız idi. Tanrı buna görə bizi cəzalandırmasın. İstədiyim bu idi.

İşdə olan son işləri həll etdikdən sonra telefonumu götürüb qapını açmaq oldu. Həyatımda heç vaxt bu günki kimi işləməmişdim. Keçən günlər yaxşı işləyirdim ancaq bu gün üzərimdə fərqli tərzdə həyəcan vardı. Və bunu üzərimdən ata bilmirdim. Həmişə bütün işləri yaxşıca edərdim. Hətta əlavə saatda qalardım. Düzdü anam bunu istəməsə də mən istəyirdim. Buna görə əlavə pul alırdım. Anama bu gecə yaxın bir dostumda qalacağımı hələ deməmişdim. İndi zəng vuracaqdım.

"Taehyung? Gözlə məndə gəlim səninlə." Seungmin arxamdan gələrkən ona tərəf döndüm. Əslində onun gəlməsini istəmirdim ancaq işdə ən yaxın olduğum adamı da itirmək fikrim yox idi. Həm keçən günlərdən sonra da çoxda yaxın deyildik. "Hə gəl gedək bir yerdə." Qapıdan çıxarkən yol boyunca gedirdik. O bir yerdən çıxıb gedəcəkdi. Ondan sonra işlərimi həll edəcəkdim.

"Bu aralar səni yaxşı görmürəm Taehyung. Əsasda bu günlər. O adamı sevdiyini dedikdən sonra lap qəribə olmusan. Nəsə olub?" Bu sualları tam onun yoluna gəldikdə verirdi. Mən isə hələ də sakitliyimi qoruyurdum nə cavab verimsə bilmirdim. Bir tərəfim demək istəyir ancaq bu işdə təkcə mənim olmadığım yadıma düşürdü.

Əgər desəm və gedib şikayət etsə Jungkook-da təhlükədə olardı. " Yox. Həqiqətən heç nə olmayıb. Nə ola bilər ki? Onunla aramız yaxşıdı. Sadəcə anama nə deyəcəyimi fikirləşirəm." şübhələndirici baxdığımı bilirdim. Göz kontaktını qurmamağa çalışırdım. O ağıllı biri idi. Bilməsini istəmirdim. Yəni özü öyrənsin istəmirdim. İçimdəki hər şeyi demək istəyirdim. Anama və Seungmin-ə.

Seungmin yaxşı biri idi. Ancaq tək mən olsaydım deyərdim. Bu cümləmə heç nə demədi. Sağollaşıb gedəcəyi vaxtı onu durdurdum. Qucaqladım. Oda məni. Gözyaşlarımı saxlamalı idim. "Əminsən ki, hər şey yaxşıdı?" Başımı sallamaqla kifayətləndim sadəcə. İnanana oxşamırdı.

"Sən ən yaxşısı biraz tək qal." Oda çıxıb getdi sonra. O cümlədən sonra gözyaşlarımı tuta bilmədim. Damcılar yanağımdan süzülərkən eləcə gedirdim yol boyu. Qaranlıq olduğu üçün üzüm görsənmirdi. O gedən kimi əlimə telefonu götürüb anama zəng vurdum və dostumgildə olacağımı dedim. Anam əvvəl razı olmaq istəmədi çünki normalda dostum çox olmazdı yada ki, bu qədər yaxın olmazdım hər kəslə. Ancaq sonra isə razılaşdı. Qapıda durub üzümü təmizlədim çünki onun məni belə görməsini istəmirdim.

***

Saat 11-ə 10 dəqiqə qalmışdı. Bayaqdan bütün işlərimizi həll edirdik. Əslində Jungkook çoxdan hər şeyi həll etmiş sadəcə məni yemək yeməyə məcbur etmişdi. Yəqin bu neçə həftə də məni tanımışdı ki, o evə getdikdən sonra yemək yeyə bilməyəcəm. Sonra isə özünə və mənə aldığı paltarları göstərmişdi. Əslində paltar sayılmazdı. Hər şey qara idi. Və bu işdən sonra bunları yandıracaqdıq digərləri kimi. Paltarları maşına qoymuş sonra isə maşının yanında durmuş onun etdiklərinə baxırdım. Maşın üçün saxta nömrə almışdı və baqaja qoymuşdu. Polislərlə qarşılaşacağımız üçün ilk öz nömrəsi ilə sonra digər saxta nömrəni qoyacaqdı. O nömrəni hardan aldığını anlamırdım.

Only Me-'TaeKook'Hikayelerin yaşadığı yer. Şimdi keşfedin