20-Həmişə səninləyəm

4 0 0
                                    

Bu xəstəxanadan çıxmışdıq və yanımda anam məni yəqin ki, psixiatr yanına aparırdı. Məni dəli adlandırırdılar fəqət məni dəli edəndə bu insanlar idi. Bəzi şeyləri xatırlayırdım. O psixiatr yanımdan getdikdən sonra bəzi şeyləri anladım. O uşağın mən olduğumu. Ancaq ondan fərqli isə məni qurtarmağa bir mən gəlməmişdim.

Hər şeyi qəbul edə bilərdim ancaq Jungkook-un olmamasını əsla. O, o var idi. O mənə məni sevdiyini demişdi. Bunların hamısı doğru idi və bunu yalanlaya bilməzdilər. Onunla bir çox şey yaşamışdım. Bunları necə görməzdən gələ bilərdim ki? Məndən mümkünsüzü istəyirdilər.

Mən bunları düşünərkən anam taxiyə pulu vermiş sonra da bu yekə binanın qabağında durmuşduq. Burası dəlilər xəstəxanası deyildi ancaq yəqin ki, sonum ora olardı bu gedişlə. Heç kim mənə inanmırdı və burdakılarında mənə inanacağını heç düşünmürdüm.

Həm onsuzda mənə tək inanan Jungkook deyildimi? Hə, o idi. Məni necə varamsa qəbul edən və məni həmişə anlayan. Heç kimin məni anlamadığı kimi anlayırdı. Məni sanki neçə illər tanıyırdı. Və bu insanlar məni anlayan tək adamın olmadığını, yəni başqa bir dillə səni bu həyatda heç kimin anlamadığını deyirdilər. Bu mümkün deyildi. Məni sevən bir adamı necə inkar edərdim ki? O məni anlayardı həmdə dibinə qədər. Bəlkə də o vaxtı Jungkook düz demişdi. Sonum olacaqdı mənim.

***
Xəstəxanadan çıxmışdıq və evdə idik artıq. Anam heç nə demədən stolun üstündə olan dərman qutularına baxır və bəzilərini çıxardıb kənara qoyurdu. Mən isə ona gözlərimi zilləyib baxırdım. "Bu dərmanı saat 11 də. Bu dərmanı yeməkdən qabaq 30 dəqiqə. Bunu yeməkdən sonra. Bunu da gece yatmamışdan qabaq mütləq. Bunlar sənə lazımdı."

"Ana, mən bu dərmanları içmək istəmirəm və mən dəli deyiləm anlamırsan?" anam dediyim sözlər ilə təkrar ağlamağa başladı. "Ona görə 1 həftədi polislərin yanından ayrılmırıq? Mən nə dedimsə o! İçəcəksən." Deyib ayağa qalxmış sonra da otağına getmişdi. Stolun üstündəki dərmanlara nəzər yetirib otağıma çəkilmişdim.

Nə qədər vaxt keçdiyini bilmirəm ancaq pəncərəmdən gələn səslə oturduğum yerdən ayağa qalxıb pəncərəyə yaxınlaşdım. Aşağıya baxdıqda əlində daşla mənə baxan Jungkook-u görməyi gözləmirdim. Pəncərəni açıb soyuq hava ilə birlikdə Jungkook-un da girməsinə icazə verdim. Otağa girməsi ilə məni qucaqlamağı bir oldu. Qollarımı onun çiyinlərinə gətirib sıx-sıx onu qacaqladım məndə. Dərindən nəfəs alaraq içimə çəkdim onun qoxusunu. Məndən ayrıldı və yanaqlarımı iki tərəfdən tutub danışdı.

"Tae-m, sən narahat olma. Yaxşı? Hər şey düzələcək. Mən anlayıram səni."

"Jungkook, mənə sənin olmadığını deyirlər. Amma sən indi mənim qarşımdasan. Necə olmaya bilərsən?" gözümdən axan yaşları onun barmaqları kəsirdi.

"Sən onlara fikir vermə, yaxşı?" deyib islaq yanaqlarımdan öpmüşdü.

"Mən indi getməliyəm ancaq bunu unutma. Mən həmişə səninləyəm." Deyib gəldiyi kimi də getmişdi. Mən isə sadəcə onun arxasından dönüb baxırdım.

Kiçik, qısa bir bölüm oldu. Bundan sonrakı bölüm final olar yəqin.

Only Me-'TaeKook'Hikayelerin yaşadığı yer. Şimdi keşfedin