10-Düşüncələr və hisslər

6 1 0
                                    

Beynimizin və qəlbimizin bizi idarə etdiyini fikirləşir, hisslərdən bixəbər insanlar. Halbuki bütün etdiyimiz şeylər, yaşadığımız hər şey hisslərimizə qarşı çıxa bilməməkdən gəlir başımıza. Və bütün insanların dediyi, insanın taleyi onun alnında yazılır, etdiyimiz hərəkətlərin nəticəsidir. Və biz hisslərimizin verdiyi qaydalara uyğun əməl edirik. Daha doğrusu beynimiz əməl edir.

Bu gün anamdan icazə almışdım. Anamın məni bu qədər sıxmasını anlamırdım. Həm də heç. 26 yaşım olsa da mənə 16 yaşım varmış kimi rəftar edir və bu məni acıqlandırır. Ancaq onun o yumşaq qəlbini əzmək istəmədiyim üçün heç nə demirdim. Və bu başıma gələnlərin nə vaxtsa ortaya çıxacağını adım qədər əmindim.

Deyirlər, yalanın ömrü 40 gündü. Bəlkə də həqiqətən 40 gün olacaqdı çünki, anamın dediyi sözlər beynimdə bir yerə həkk etmişdi. Və indi isə tam 14 gün keçmişdi. Ancaq indi isə bunları fikirləşmək ən son istədiyim şey ola bilərdi.

Çünki Jungkook-un maşınında, bilmədiyim bir yerə gedirdik. İşdəkilərdən də icazə almışdım. Əslində fikirləşdiyimdən də asan olmuşdu ancaq bu mənim üçün yenə də yaxşı bir şey idi. Ən azından ürək rahatlığı ilə gedirdim. Təxminən 10 dəqiqəlik yolumuzun olduğunu deyirdi Jungkook və mən içimdə olan həyəcanı buraxa bilmirdim. Belə bir vəziyyətdə mənimlə harasa gəzməyə getmək istəməsi və təklif etməsi mənə qəribə gəlsə də yenə də qəbul etmişdim təklifini və indi səbirsizlik axan gözlərimlə hər yerə baxırdım və mənə elə gəlirdi ki, çox əla bir yerə gəlmişik. Bəlkə də bu gün həyatımın ən yaxşı gününü yaşayacaqdım və digər iztirablı günləri unutacaqdım, ən azından bu gün.

Maşın astadan durarkən məndə yerimdə dikləşdim əlim kəmərimə gedərkən o üzünü mənə çöndərib gülümsəyərək baxırdı. “Gəldik, gəl düşək. Onsuz bu gün gecəyə kimi buraları gəzərik.” Deyib maşından düşərkən məndə onun dalınca gedirdim. Gözlərimi ondan çəkib ətrafa nəzər yetirdikdə çox olmasa da ailəcək gələnlər ya da sevgililəri ilə gələnlər var idi. Və burda 2 adam olaraq diqqət çəkdiyimizə əmin idim. Ancaq nə etmək olar ki?  Başqa birinin bizim aramızda olması heç yaxşı olmazdı. Aramıza girərdi həm.

Gözlərimlə bu gözəl ətrafı süzürdüm hələ də və bu gözqamaşdırıcı məkanlar, ərazilər, yaşıllıqlar adamı məst edirdi. Ağacların çox olduğu və Jungkook-un dediyinə görə göl olan bir yerə gedirdik. Əslində insanlar hamısı ora gedirdi və buranı eşitmişdim məndə. Qulaqlarımı bütün insanların səsinə bağlayıb yanımızda cik-cik edən quşların səsinə açdım. O qədər gözlə idi ki. Həyəcanlı idim. Həmdə çox. Və bu hissləri yaşayıram deyə həm inanmırdım və həm də sevinirdim. Nağıllarda, kitablarda, kinolardakı kimi hiss edirdim özümü ancaq real həyatda olduğumuzu bilirdim. Jungkook biləyimdən tutub hamıdan kənar, ancaq hamını görə biləcəyimiz bir yerə götürmüşdü. Çəmənliyin üstündə oturarkən heç nə demədən qarşıya, öz şüalarını üzərimizə doğru səpən parıltılı günəşə baxmağa çalışırdım ancaq sonra gözlərimi qısaraq, bu günəşi belə görməyimə səbəb olan adama çevirdim. Bayaqdan gözlərinin mənim üstümdə olduğunu bilirdim ancaq mənimlə göz-gözə gəldikdə başını çevirməsi gözümdə çox sevimli gəlmişdi.

“Jungkook, çox sağ ol məni bura gətirdiyin üçün.” Könlümdən keçən bütün sözləri demək istəyərdim ancaq bu sözlər o qədər çox olardı ki, bəlkə də illər çəkərdi. Ancaq mən hamısını bir cümlədə toplayıb ona demişdim.

“Mənə təşəkkür etmək lazım deyil. İkimizində bura gəlməyə haqqı var idi.” Deyib çəmənlikdə, həyəcandan otları sıxan barmaqlarımın üstünə qoydu öz barmaqlarını. Bunu etməsi ilə sadəcə gülümsəyə bildim ancaq başqa heç nə. İçimdə kəpənəklər uçuşurdu. Və nə edəcəyimi bilmədən, əllərimi çəkmədən ona baxmağa çalışırdım. Ancaq ürək döyüntülərim susmaq bilmir, elə hiss edirdim ki, sanki burda olan bütün hamı eşidir. Hamı olmasa da Jungkook-um eşitdiyinə əmin idim.

Only Me-'TaeKook'Hikayelerin yaşadığı yer. Şimdi keşfedin