1-ci fəsil

24 4 1
                                    

Azadlıq əldə etmək istəyən insan azadlığını fəda edir,bəs özünü fəda edən insan,azadlıq qazanar mı?

1.Məcburiyyət-Bacardığın qədər ağla

Sadəcə qatar relslərinin arası ilə qaçırdı balaca qız,hiss etdiyi tək şey qorxu idi,gördüyü isə çirkli tənziflərlə bükülən yaralar,qanlı bədənlər,hələ də sağ olan canlar,o isə qaçmağa davam edirdi.
Dayandırmaq istədim,bəlkə onu qoruya da bilərdim,amma nə ağzımı aça bilir,nə də hərəkət edə bilirdim,məni hərəkətsizləşdirənin qorxu yoxsa çaşqınlıq olduğunu anlaya bilmədim.Hərəkət edə bilən "ölü" əsgərlərdən biri onu dayandırdı,buralı olmadığını anlamış kimi görünürdü.
Səndələyərək yaxınlaşması məni hərəkət etməyə daha çox vadar etdi,edə bilmədim.Hərəkət edə bilən sadəcə gözlərim idi.Qıza yaxınlaşdı,cibindən çıxardığı ən az özü qədər çirkli bıçağı yavaşca qaldırdı,nə elədiyini bilmirmiş kimi görünürdü.

Mən hələdə anlamıram,harda olduğumu,bunları niyə izlədiyimi,kimi izlədiyimi anlamıram.
Yaşanılan acıları görməyə hazır deyiləm.
Başqa bir əsgər yaxınlaşıb qıza nəsə deməyə çalışdı,bariz idi ki bizim dilimizdə danışmırdı.
Bizim dil hansı dil idi?
Hələdə nə baş verdiyini anlaya bilmirəm.
Anladığım qədəri ilə qızın qaçmağını istədi,özü isə bıçaqlı "ölü"yə bir neçə balaca "kəsici"lər verdi,gördüklərimi hələ də dərk edə bilmirəm.Ölü kəsiciləri alıb boğazına keçirtdi,fışqıran qanını qızın məndən daha tez gördüyünün fərqindəyəm,yenə də hərəkət edə bilmirəm,ardı ilə başqa bir neçə insan boğazlarına əllərinə keçən kəsici nə varsa keçirdib yerə yıxılırdı.
Sanki kimsə bizə işkəncə çəkdirmək istəyirdi,nədənsə qızın buna alışıq olduğunu hiss edirdim,mənimdə.
Gözlərində qorxunu görə bilmirəm,daha doğrusu heçnə görə bilmirəm,mənə yaxınlaşmağına rəğmən.Boynunu əydi,gözlərini böyütdü,burda olduğumu çoxdan bilirmiş kimi,hər şeyi özü edibmiş kimi.
Gülümsədi, hələ də gördüklərindən sonra necə bacarırdı gülümsəməyi?
Birşey deyir amma anlamıram,səsi çox yavaş çıxırdı,danışıqdan çox gəvələməyə bənzəyir.
Azad,azadlıq,ailəm..
Burdan getməli idik,başqaları da mı var idi?
Ailə idik mi biz?
mənim anladığım dil idi,yenə də nə dediyini anlamadım.


Harda olduğumdan əmin deyiləm,ölmüş də ola bilərəm.
-"Hara baxırsan?
Hara baxırdım?Daha doğrusu hara gedirik?Məni harasa aparırdı,əlində vərəq gördüm.

"Zaman dolmamışdan öncə"

Gedəcək yerlər,yeyiləcək yeməklər,oxunacaq kitablar.

Başımın üzərində bıçaqlar fırladılan yerdə ən son arzum olardı bunları etmək.Başımı qaldırıb gözlərinə baxmağa cəsarət etdim.
Cəsarətsizliklə əlaqəsi olmadığını düşünürəm,çünki duyğularla qəti əlaqəsi olmayan bir oğlanam.
Əllərimi və ayaqlarımı hərəkət etdirə bilirəmsə bu mənə bəsdir.
Hətta bir qatarda idik,yenə qatar.
Bəzən bu çaxnaşmanın səbəbkarının o qız olduğunu düşünürəm,bu müharibə bənzəri bir şeyin harada,nə üçün,kim üçün olduğunu anlamasam da,dərin bir yuxu gördüyümü hiss edirdim.
Nə baş verirdisə məndə idi,daxilimdə.
Daxili mübarizəm və burada yer alan insanlar.Hələ də hara getdiyimizi anlamıram.

-"Nemət?"
Uzun müddətdir yemək yemirəm,aclığım da yoxdur,sadəcə onla gəzirəm.

-"Gəl burda oturaq"

Havadan toz və tütün iyi gəlirdi,dumanların arasında gün işığı yayılmağa başladı,onun oturduğu yerə,deyəsən mənim gəlməyimi gözləyir.

Məndə oturdum,kitabını göstərdi:
-"Oxumusan?"

Oxumamışdım,uzun müddətdir kitab oxumurdum,kitabın qapağını açdı,mənə gülümsədi,deyəsən səsli oxumaqdan çəkinirdi.Ətrafımda intihar edən insanların sayı azalır kimi görünürdü,göy üzü mavinin hər tonuna boyandı,artıq daha rahat nəfəs ala bilirdim.Sakitlik idi,sakitləşdilər.

Səbəbini anlamıram.Heçnəyin səbəbini anlamıram.

-"Torpaqla bütünləşmiş əllərini biraz daha irəliyə atdı,biraz daha,biraz daha.
Yoldaşları ilə qazdığı yeraltı keçiddən sadəcə o çıxa bilmişdi.Yolun əvvəli,yolun gedişatı ,cəhənnəmdən fərqli adlandıra bilməzdi.Yolun sonunda onu cənnətin gözləcəyi ümidiylə dizlərini sürtməyə,ayaqları ilə özünü qabağa itələməyə davam etdi.Hər zaman bir bədəl yaşadı,cənnətinin bədəlini cəhənnəmdə keçirdi,indi əvvəlki halına qayıtmaq istəyirdi.
-Yolun sonuna vardıqda,şeytanın nəyə bənzədiyini artıq gördüm,bəs acı dolu yerdən necə qurtulucağam?"

-"Mən Ərafdayam?"
-"Deyilsən"
-"Hardayıq?"
-"Sənin olan,niyə bu qədər yaddır sənə?"

Yanımızdan keçən balaca pişikləri göstərdi mənə,sadəcə izlədim,ailəm haradaydı bilmirəm,mən haradayam bilmirəm,o kimdir bilmirəm.

Biz günəşin şüalarının sadəcə bizə toxunduğu,açıqlıq ərazidə gəzərkən,bir neçə metr uzaqlıqda ağaclar qırılırdı,evlər yanırdı.

Mənim olan,amma bir o qədər mənə uzaq olan şeylər idi.
Günəşə tərəf baxdım,o gülümsəyirdi,məndə gülümsəməyə çalışdım.Bacarsam çox gözəl gülümsəyərəm.

-"Bu yanğınlar,silahlı adamlar,müharibəyə bənzəyən hadisələr,sənə qorxuducu gəlmir?"
-"Burdakı heçnə sənə yad gəlməməlidir"
-"Niyə?"
-"Sənə görə oldu hamısı"
-"Anlamıram"

Qız bəlkə də yalnız idi,ailəsi yox idi, başını qatmaq üçün mənimlə qalmış ola bilərdi və s.Məni daha təhlükəsiz yerə götürəcəyini dedi amma mən evə getməyi fikirləşirdim.

-"Hansı ev"?
-"Mənim evim,sənin evin.Gecə düşür evə getməli deyilik"
-"Evlər geridə qaldı"

Nə cür bir işin içinə düşdüyümü bilmirdim,nələr baş verdiyini anlamırdım və Bilqeys mənə hələ də kitab oxumaq istəyirdi.

-"Mən evə gedirəm"
-"Ev burdadı axı"
-"Mən öz evimə gedirəm,yaşadığımı yaşadım bugün."

Ən azından ailəmin sağ olduğunu görməliydim.Onun nəsə deməyinə icazə verməyib əsəbi şəkildə otları əzərək keçdim.Yanında durub boş işlər görmək istəmirdim,anlamsız gəlir mənə,ətraf bu halda ikən o mənimlə kitab oxumağı təkid edirdi hələ də.Qorxuducu gəlir.

Uzaqlaşdım,həmin qan iyini daha dərindən hiss etməyə başladım,ürəyim bulanırdı,yanan ərazinin tüstüləri artıq daha aydın hiss olunurdu,ətrafda insan yox idi,olduğum ərazini belə tanımırdım.Bilqeysin yanından ayrılmaq yaxşı fikir deyildi.
Özümü saxlaya bilmirdim,yanına qayıtdım.
Yanına geri qayıdanda ağlayırdı.

Mənə görə yalnızlıq insanlığın ən böyük kabusudur dəyərli insan. Zarafat edirəm,insanlar o dərəcə dəyərli deyil.Yalnız olmaq istəmirsənsə,öz dünyanı qur,sevdiyin insanları orda bir evə yerləşdir və birlikdə yaşayın,və ya istəmədiyin insanlarla birgə yaşamaqdansa öz dünyanı qur,daxili dünyanı.
Yalan dünyanı.
Yalan deyil?

Cənnət çiçəyi Hikayelerin yaşadığı yer. Şimdi keşfedin