6-cı fəsil

3 1 0
                                    

Heçvaxt itirmək istəməyəcəyin şeyi necə əlində saxlayırsan?

6.Məcburiyyət-həyatına anlam axtarmağı burax və gələcəyin üçün çalış.

Stolumun üzərindəki qrafini qaldırdım,yarıya qədər su var idi.
Başıma çəkdim,stəkana ehtiyac duymuram.
Pəncərədən bayıra baxdım,göy üzü eyni idi ; narıncı,boz,duman və yanıq qoxusu.
Aşağı mərtəbədən səslər gəldi.
Süfrəni hazırlayırdılar,məni çağırmırlar,gəlməyimi gözləyirlər.
Aşağı endikcə evin havası istilənir,birinci mərtəbəyə endim.
Masa arxada oturmuş,danışırdılar.Bilqeys mənim üçün stul çəkdi,hərkəs aramla yeməyə başladı.
Oğuza baxdım,nəsə demək istəyirmiş kimi görünürdü.

Uşaqların üzünə baxdım,nəsə demək istəyirmiş kimi..

Göy üzü narıncıdan qırmızıya çalır,Bilqeyslə otların üzərində oturduq,üst üstə geyindiyi qısaqol köynəyindən qarışıq çiçəklərin qoxusu gəlirdi.Vərəqləri köhnəlmiş kitabının səhifələrini çevirməyə başladı :

"Zaman keçdikcə keçmişdə dərd saydıqlarının həsrətini çəkməyə başladı.Sürünməyə davam edir,yolu axtarır,çıxış yolunu.
Yaşama geri qayıtmağın yolunu, ya da əbədi cənnətin yolunu."

Dəmirin pişiyi yaxınlaşdı,yanında başqa bir pişik,ağ rəngi var.

Dəmir bir tərəfdən pişiyi sığallayır,bir tərəfdən mənə baxırdı

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Dəmir bir tərəfdən pişiyi sığallayır,bir tərəfdən mənə baxırdı.Gülümsədi,gülümsəməsi tez solur.
-"Alışmadın hələ də"?
-"Hələ də anlamadan"
-"Heçnə anlamadan getsən heyif olar,ya da gəlsən"
-"Evimə geri qayıdacağam?"
-"Sənin evin hardadır?"

Dialoq qura bilmirəm,mənə nə anlatmağa çalışırlar bilmirəm ancaq,Bilqeys yenə də bizi izləyir.
Üzü solğun,gözləri qızarmış.
Oda gülümsəyir.
Nifrət eləyirəm saxta gülüşlərindən,heçnə olmamış kimi davranmağından.

-"Oynayaq?"

Oğuzun gəldiyini hiss etməmişdim heç,dalğın hiss edirəm.Razılaşdım.

Evin kənarından tapdığı ağ təbaşirlə dairə çəkdi,topları düzdüm.Diqqətimin dağılmasına ehtiyacım var.
Axmaq deyiləm,sadəcə oynamaq üçün gəlməyib,danışmağını,suallar verməyini gözləyəcəyəm.

-"Necəsən?"

Bunu gözləmirdim.

-"Necə yəni?"
-"Necə hiss edirsən,qorxun azalıb?"
-"Mən deyəsən ölmüşəm,sizdə beynimdə yaratdığım obrazlarım, amma səni daha saf yaratmışam"

Güldü.

-"Yaxınlaşdın"

Gülümsəyir,bu dəfə gözlərinin içində hüzün var,burada hər kəs qorxusunu gizlətməyi yaxşı bacarır,burada hər kəs alışıb.

Cənnət çiçəyi Hikayelerin yaşadığı yer. Şimdi keşfedin