Gözlərinin parıldamasına səbəb olan üçün mübarizə aparmamaq nə böyük qorxaqlıq.
5.Məcburiyyət-düşündüyün heçnəyi dilinə gətirmə
-"Hansından istəyirsən?"
-"Dedim axı istəmirəm,suyum var"
-"Hansı?"
-"Suyum vard.."
-"Mangolu yoxsa şaftalılı?"
-"Şaftalı"Nuran içərisi və çölü köhnə,sökük mağazaya girdi.
Mağazalar da mı var burada?
Bilqeys gülümsədi,pişik göründü ağacın altından,tumarlamağa başladı.
Güllər diqqətimi çəkir,heç biri Bilqeysin yığdığı güllərdən deyil.Dəniz kənarından yığdığını dedi.
Burada dəniz yoxdur.
Həmin o göldən başqa,ordakı güllər bu güllərdən deyil.-"Güllərə fikir verirsən ancaq?"
Ürpərdim.Bilqeys güllərdən birini Nuranın qulağının arxasına taxdı.
Qəmzələrini gördüm.
Gözlərindəki kədəri.Məndən qarşıda gedirdilər,otluqda oturdular.Uzaqlarda tüstü görünür,yanıq iyi.
Ətrafda quş qismindən sadəcə qarğa var idi.Tək bir qarğa,gözünü dikib mənə baxırdı,başımı çevirdim.
Bilqeyslə Nuran hərarətli şəkildə danışırdılar,məni hələ də istəmir yəqin ki.
Gülümsəməsi soldu,qəmzəsi getdi.
Dediklərinə Bilqeys başını yellədi.
Mənə tərəf çevrildi.
Gözləri dolmuşdu.İki insan bir-birini çox dərindən tanıyarsa nə baş verər?
Çox dərindən.Evə çatırdıq artıq,Bilqeys Nuranla qucaqlaşdı,onların yanına gedəcəyini dedi.
Başqa sağ qalanlar da var idi.
Dəmiri gördüm,yelləncəkdə siqaret çəkirdi.
-"Gəl"
-"Gəldim"
-"Siqaret çəkirsən?"
-"Yox"
-"Getmək istəyirsən?"
-"Hə"
-"Tələsmə,hamımız gedəcəyik"Pişiyini tumarlamağa başladı,bu qədər idi,başqa nəsə deməyəcəkdi.
Başını qaldırdı,üzümə baxdı,evə girdi.Ev daha böyük göründü gözümə,otaqların sayı artmışdı.
Artıq geri dönüş düşünmürəm,ailəmi xatırlamıram,motosikletim yəqinki çoxdan parçalara ayrılıb.
Geri dönüş yoxdur.
Maratı görməmişdim bugün,qardaşımı.
Bura gəlməyimi istəmirdi.
4-cü mərtəbənin son olduğunu düşünmüşdüm.Pilləkən gördüm,yuxarı qalxmaq istədim,qalxdım.Çox qaranlıqdır,pilləkənlərin çıtırtısından başqa səs yoxdur.
5-ci mərtəbədə bir otaq gördüm,qapısı bağlı idi.Açmağa çalışmadım,bir pillə daha qalxdım.Otağın qapısı yox idi.
-"Nemət?"
Oyuna çağırırlar,balaca topları yerə düzüblər,toplar dağılıb,bəziləridə dığırlanır.
Oyunu bu cür oynamırlar heç.
Maratla Nuran mənə göstərdi oynanma qaydasını.
Bu cür oynamırlar demişdim.
Dedikləri kimi elədim,dairə daxilindəki toplar devrildi,Bilqeys əllərini çırpıb gülməyə başladı,Dəmirin gətirdiyi ucuz içkilərdən birini açdı,oğlanlar da daşda oturub söhbət eləməyə başladılar.Dəmiri pas atmış darvaza döyüldü,bir dəfə.
Bir yumruq.Mənə baxdılar.Mən açmalıyam?
Yox.Buna görə deyil,heç kimi gözləmirdilər,gözlərində qorxu görürəm,oğlanlar ayağa qalxdı,qapıya yaxınlaşdılar.