Sarı şalvarımıda qatlayıb çamadana qoyduğdan sonra çamadanı bağlayıram.Hələ də inana bilmirem, həqiqətən də Qurtuluş liseyinə qəbul oldum.Yeni həyat məni gözləyir. Bəlkə hərşey daha da pis olacag amma içimdən bir səs əksini iddia edir.İlk dəfədi ki özüm bir seçim edtim və gələcəyim bu seçimə bağlıdır. İnşallah yaxşı olar."Azadəəəəəəəə"-Ah,Şəfiqə
"Gəldiiiiiiim" -Şəfiqə sevimli əmim qızı(!)Otağdan cıxan kimi qarşımda Pərini görürdüm.Əmim qızı nömrə 2.Yenə əlində telefon, Allah bilir kimlə yazışır!-"Sabahın xeyir"-səsimi eşiddiqdən sonra bir müddət mal mal üzümə baxır
"Hı?"-tamda fikirləşdiyim kimi oldu! Əgər bir Pəri Əliyeva sizi ilk dəfədən başa düşürsə artıq möcüzələrə inana bilərsiniz! Yada ki Megan Fox Bakıya köçüb və sizin qonşunuzdu
"Dedim ki sabahın xeyir"
"Həəə.Sənində"-bişmiş kəllə belə ağzın bu genişliktə açmır!Transportir belə yanında sönük qalar!-"Məndə səni çağırmaga gəlirdim,Orxan yazdı başım qatışdı"-Orxan? Nəysə səsə salmayım tanıyıram hər halda
"Hə lap yaxşı, getdik"-deyirem qoluna girərək arxamca qonaq otağına dartıram
"Canımın içi başa sal nəyidi yaxşı?Öküz əl çəkmir! Yapıştı"-hə Orxan.O Orxan?Hə şeyin qardaşı.Yox tanımıram!Kimdi bu Orxan?
"Günah səndədi niyə üz verirsən ki? "
"Haqlısan"-əlbəttə ki haqlıyam.Süfrəyə oturduq.Bu evdə son naharımdı.Ən azından bu il.Qurtuluş liseyi Bakının xaricində yerləşir. Həmdə internat liseydi.Həftə sonu belə qayıdmaq olmaz.Sadəcə bayramlarda evə gələ bilərik.Qəbullar 9 siniftəndi.Bir il əmim qoymadı,10 sinifdə də balım çatmadı.Amma nəhayət ki 11 sinifə ora gedəcəm!İllik pul dəşşət çox olsa da pulu əmimdən almayacam.Atamdan qalan miras mənə 20 il belə bəs edər.Liseyə getmək istəməyim isə sadəcə təhsil məqsədli deyil.7 ildi bu ailədə böyüsəmdə özümü ailənin bir parçası olaraq görə bilmirəm.Bəlkə axtardığımı orda tapa bilərəm. Əmim istəməyə istəməyə olsada razılıq verdi.Əslində ona da haq verirəm. Qardaşının tək əmanətiyəm çünki
10 yaşım olanda anam,atam və qardaşımla Quba'ya tətilə gedəndə avtomobil qəzası keçirdik və sadəcə mən sağ cıxdım.Kaş ölərdim.Aylarca istədiyim tək şey buydu.Amma vaxt keçdikcə anladım ki Allah onların qalan ömrünü mənə yazıb.Yaşamağa dəyər.Bizi ayaqda tutan səbəblər var çünki
***
"Azadə getməyəsən bəlkə?"
"Əmi həqiqətən bu sualı verirsən?"-dedim gülərək.Liseyə catmışıq ayrılmaq vaxtıdı kişi hələ də məni buraxmır.Vidalaşdıqdan sonra əmim otaqdan çıxır.Tək qaldım.Dərslərin başlamagına 3 gün qaldı amma ortalıqda heçkəs yoxdu.Otaqlar iki nəfərlikdi.
Görəsən kim gələcək? Aramız necə olacag? Təzə gələn olmag heç asand deyilmiş. Sinifində yaxın rəfiqəm yox idi.Evdən dərsə dərsdən evə.Amma problem mənda deyildi.Həqiqətən!Sinif təkçə oğlanlar ve qızlar qurupuna ayrı deyildi.4-5 qruğ var idi:Azərbaycan bölməsindən nifrət edənlər (çünki onlarda bizi sevmirdi), sakit qızlar, sakit oğlanlar, botaniklər, avara və popularlar.Mən isə heç birinə aid olmayan amma hamıyla arasın yaxşı tutaç bir insancıg.
Koridordan səslər gəlməyə başladı.Hoh çox Şükür tək deyiləm! Qapımın gürultulu açılmasından sonra içəri dəli kimi bir oğlan girir.Qorxudan dik atılıram amma agzımı açıb heçnə deyə bilmirəm.Oğlan mənə baxdıqdan sonra gülür və otaqdaki pencərəni açıb çıxır.Agzımı açıb bir şey demək istəsəm də...Yox oldu! 3-cü mərtəbədə olduğumuzu unudub hoppandı? Qorxaraq pencərəyə yaxınlaşıb aşağı boylandım.Yoxdu?!
"Hey! Məni axtarırsan? !"-Tövbə Ya Rəbbim!Cinlər basıb buranı! Yaxşı oldu sənə Azadə xanım.Ailə! Al sənə cin ailəsi! Ruhlar evi! Qulagıma dolan qəhqəhə səsi məni daha da qorxudarkən bayagki səsin sahibi yenə danlşdı-"Yuxarı baax"
YOU ARE READING
Evimin Günəşi
HumorAzadə ailəsin itirmiş bir qız uşağ idi əslində. Biri onu öptüyü üçün vicdan əzabı çəkən, kimsə onu qucağlayanda ona dost gözü ilə yanaşan,sevgiyə ac bir qız uşağı..Sevginin dadın bilib amma doya bilmədən sevgisiz qalan. Sevginim dadı damağında qalan...