Salam:)))))Yazdığım ən uzun hissə bu oldu.Bombanın ipin çəkib atdım.Sizində nə fikirləşdiyiniz həqiqətən də maraqlı gəlir:))
Multimediaki Delenada təmsili Azadə Yasin:)))Oha? Məncədə oha:))
Mahnılar
Ed Sheeran - Give Me Love
Little Mix-Black Magic
Gökhan Kırdar-Yerine Sevemem
10.Olsa olsa Tom və Jerry
Buludların üstündə oturduqdan sonra ayağlarımı aşağı sarxıtıb yellətməyə başlayıram.Əliməki torbadan isə qar dənələri çıxarıb yerə atmağa başlayıram.Gözlərimi yumub anın dadını çıxarmaqa çalışıram amma çırpınan qapı və ciyiltili səs xəyalımı kəskin bir bıçaq kimi ortadan iki yerə bölür
"Azadə!"-araya girən reklam belə daha yaxşı idi
"Fəridə?"-gülümsəyərək qaşlarımı yuxarı qaldırdım.Ümid edirəm ki İsmail Ege Şaşmaza oxşamadım
"Niyə tək oturmusan?Bayquşlara həsəd aparırsan?"
"Bu ayağımla hara gedə bilərəm?"-həm də heç kimi görmək istəmirəm!
"Yasin ölmədi deyə party varmış.Dur hazırlaş"-Yasin ölmədi deyə? Sevgilisi üçün belə dediyinə mi şoka girsəm yoxsa mənasız party səbəbinə görə qərar verə bilmədim.Fəridə öz şkafın açıb paltarlara baxmağa başladı.9-10 paltarı asılqanlarından çıxarıb çarpayının üstünə atdı.
"Mən gəlməyəcəm"-soyunma mərasimin yarıda qoyub mavi gözlərin mənə çevirir.
"Dəlisən?"-Elə bil ki özümlə evlənəcəm dedim.Gəlmirəm də nə var burda?Məcburam?
"Özümü yaxşı hiss etmirəm"-həmdə Yasinin ən son görmək istədiyi insan belə deyiləm.Fəridə yarı çılpaq şəkildə yanıma oturur və demir ki bu qapını qıfıllayım sonra oturum.
"Bax mən səni başa düşürəm.Səndə ölümdən qayıtdın amma party bir tərəfə sənlə maraqlanan belə olmadı.Paxıllığ etməyin çox normaldı.Amma bu partydə hamı olacaq sən gəlməsən səhv başa düşülər"-dilimi udmaq üzrəyəm! Mən Yasinə paxıllıq edirəm? Mən? Məni xilas edən insana qarşı paxıllıq?
"Paxıllıqla əlaqəsi yoxdu sadəcə dediyin kimi ölümdən qayıtdım və ayağım dəhşət dərəcədə ağrıyır.Sınmışdı axı"-guya korsan! Cənnətin altıncı hissi qüvvətlidi diyəsən.Bəlkə də mediumdu.Məndə sinir oldum bu qıza.Və Yasinlə heç bir əlaqəsi yoxdu sevgili iç səsim!
"Okey.Dediyin kimi olsun"
"Onsuzda elədi"-normalda əsəbi deyiləm amma..buranın havası düşmədi diyəsən.
"Yasinə can borcun var.Çox sagol deməlisən ən azından"
"Sabah deyərəm"-insanlığımın öldüyü anlardayıq
"Hörmətsizlik edib partyisinə belə getmirsən üzrü nə etsin? Əşi nəysə.Mən hazırlanım.Sevgilimi gözlətməyim.Gəlib məni götürəcək çünki"-sovgolomo gozlotmoyom!Gəlib məni götürəcək çünki. Ay götüm! Elə bil Misirdən götürəcək Kleopatramızı.Təbii ki Sezar dəhlizin bu başından o başına kimi uzun yol fəth edəcək uğrunda kim olsa lovğalanardı!
Gedim görəsən?Amma getsəm dediklərimi yemiş olacam və bu maviş havalara girəcək! Getməsəm də havalara girəcək. Anormal triplərə girir.Elə bil Yasin "qız zəng vur evə de ki sabah dədəm gil səni istəməyə gəlir" deyib!
YOU ARE READING
Evimin Günəşi
HumorAzadə ailəsin itirmiş bir qız uşağ idi əslində. Biri onu öptüyü üçün vicdan əzabı çəkən, kimsə onu qucağlayanda ona dost gözü ilə yanaşan,sevgiyə ac bir qız uşağı..Sevginin dadın bilib amma doya bilmədən sevgisiz qalan. Sevginim dadı damağında qalan...