9.Qurtuluş liseyi köhnə halına qayıdır!

244 22 24
                                    

Salam:))Bir iki nəfər tez yaz dediyi ümün həvəsə gəldim və tez tez yazdım:)Hər zaman olduğu kimi bölüm haqda düşüncələri gözləyirəm:))

Təzə hekayəm "Canım dayəm"ə başlamışam.Pisliklərdən uzaq sevgi və xoşbəxtlik dolu bir hekayə:))Həmdə obrazlar bəlli aktorlardi Holland Roden, Dylan O'Brine, Hande Erçel, Doğandemir, Tolga Sarıtaş ve s.

Multimedia gələn hissədəki partydən qızların geyimi.Sizcə hansı hansının tərcihi olacaq?Mahnı isə Zeynep Bastık-Fırça.Pripevi və melodiyasi mükəmməl

P.S.Azadənin yaşında kiçik bir dəyişiklik. Azadə 1997 il dekabrın 10 doğulub

Azadənin ağzından

İnsan öləcəyi günü bilmir əlbəttə ki amma mənə elə gəlir, ölməmişdən bir neçə gün qabağ hifz edir.Bilirəm 17 yaşında qız üçün çox saf bir düşüncədi amma məndə buyam.Nə edə bilərəm ki?

Bu liseyə gəldiyim gündən bəri ölümə yaxınlaşıram sanki.Ha öldüm ha öləcəm.Məsələn indi Yasinə bər bərk yapışıb bizi tutan ipin qırılmasını gözləyirəm. Yasini boşuna ölüm mələyinə oxşatmamışdım.Ölümüm onun əlindən olacaq.

Yada ki ölüm mələyi mənəm.Çünki sevgili Cənnətov məni xilas etməyə gəlmişdi.Təbi ki məni Könül olaraq təsəvvür edir yada ki vicdan əzabı çəkir. Məni yanlarında istəmədiyi üçün getdim.Ona görə də mən vicdan əzabı falan çəkmirəm.'Sən kimi aldadırsan?'Oooo canım iç səsimdə burdaymış.Məndə elə bildim qorxudan ölüb!

"Yasin əlinizi verin!!!!!"-başımı Allah bilir Yasinin harasına soxduğum üçün heçnə görmürəm amma qulaqlarım kar olmayıbmış.

"Azadə.Gözlərini yavaş yavaş aç.Bir əlini uzad"-diğər səsi tanımasamda bu səsin sahibinim Yasin olduğunu bilirəm. Manyak kimi fısıltıyla danışır.Tövbə Bismillah cindi, ruhdu elə bil..

"Ölümü gözləsəm?"

"Çox ölmək istəyirsənsə de buraxım.Boşuna ipə ağırlıq vermə"-ODUN! İçimdəki Azadə isə yerdə iki büklüm olub gülür.Az sən nə vaxt Cənnətov fanı oldun? Ponponlarını çıxar rəqs et! Utanma!-"Azadə!"-yavaşca başımı Yasinin üstündən çəkib üzünə baxıram. Üstümüzə işıq vurduğu üçün aydınca üzün görə bilirəm.Həqiqətən də bu gözəllik inanı öldürə bilər.Oğlana gözəl demək nə qədər düzgündür bilmirəm amma Yasin həqiqətən də gözəldi.

"Səni bilmirəm amma mən ölmək üçün gəncəm! Bu ip indi qırılacaq və ölmək istəmirsənsə əlini uzad!"

"Birinci sən uzadsan?"

"Yasin!Ala tez olun da!Sarı baş ver əlini"-Pünhan? Bunlar düşmən deyildi? Hadisə get gedə qəribə bir hal almağa başlayır.Amma bunu fikirləşməyin heç vaxtı deyil deyən içimdəki Azadə ilə bu dəfə eyni fikirdəyəm.Yasindən biraz aralanıb bir əlimi yuxarı uzadıram.İp biraz qalxır.Anaaam

"Aaaaaaaaaaa"-bu səsin sadəcə məndən çıxmadığına bütün qəlbimlə inanmağ istəyirəm.

**

Onsuzda ayağım çıxmışdı və gəzəndə kiçik bir sızıltı hiss edirdim amma indi ayağım yerindən qopurmuş kimiyəm.İp qırıldı! Məni bir neçə əl tutduğu üçün yıxılmadım.Yasin isə məni buraxmışdı və onu yuxarı çəkəndə ip qırıldı.Ölməmək üçün mənə də tutuna bilərdi amma hal hazırda ayağımdan asılı qalıb.

"Yasin qızdan bərk tutun oğlum,çəkirik sizi"-anaaam! İndi də qolub qopur.Ayağımda qolumda elastik oldu getdi.Ah!Çıxdıq çıxmağına da mən nəyinsə üstnə uzandım və bu nəsə! Pünhandı! Və daha da pis mənim üstümə də Yasin uzanıb!

Evimin GünəşiDonde viven las historias. Descúbrelo ahora