Salam:))Yeni hissə gəldi:))
Multimedia Cənnət və Pünhan (temsili)
Üstümüzə gələn əzələ yığınları nəbzimi tezləşdirərkən Cənnətin arxasına gizdənmə fikri heç də pis gəlmir.Əlbəttə ki içimdəki Azadə buna maneə olaraq "adam kişi olar" deyir.
Oğlanlardan biri tam burnumuza kimi girir bu hərəkət üzündən bir addım geri gedirəm və oğlanın arxasındakilərində eyni şəkildə arxada durduqların görürəm. Cənnət isə daha da dik durur və gözlərin oğlanın mavi ğözlərinə dikir.İlk kim baxışlarını çəkəcək görəsən?Cənnət nəqədə uzun olsa da oğlanla arasındakı boy fərqi əməlli başlı bilinir
"Ooooo təbriklər təzə Könül tapmısan. Yasin görüb bunu? "-dedi oğlan baxışların Cənnətdən çəkib mavi gözləriylə beynimi deşərcəsinə üzümə baxaraq. Kimdi bu? Yasin kimdi? Özdə mən bu deyiləm!
"Sənsən bu!"-bəli səsin sahibi mənəm sevgili dostlar.Son sözüm olmaması üçün dua edin zəhmət olmazsa! Oğlan şux bir qəhqəhə atdıqdan sonra arxadakilərdə gülür və yavaş yavaş üstümdəki baxışların çoxaldığını hiss edirəm.
"Bu daha sərtdi yoxsa mənə elə gelir?"-sual Cənnətə verilmiş olsa da baxışları hələ də üstümdədi və bu daha da sinir pozucu hal almağa başlayır.Tam ağzımı açacağdım ki Cənnət əlimi sıxır və bu o deməkdi ki "beynini dagıdmadan sus"
"Çox gülməlidi Pünhan? Sənin dəyərin olmadığı üçün başqalarında özün kimi görüb "bu" deyə bilərsən amma gördüyün üzərə Azadə sənə oxşamır"-son sözləri üstünə basaraq deyir və əllərin belinə qoyub genişcə gülümsəyir.Aralarındaki hər nədisə ətrafa da yayılır.Məsələn içimdəki adrenalin qaynayır.Adının Pünhan olduğunu öyrəndiyim oğlanda Cənnət kimi ellərin belinə qoyur və arsız arsız gülümsəyir
"Sənin üçün çox darıxmışdım çooox"dedi Pünhan "o" hərifin uzadaraq Cənnəttə gülməyə başladı amma bir an/çox qısa bir an/nifrət dolu gülüşün arxasında başqa bir şey hissetdim.Of hardan ağlıma gəldisə.
"Hələ mən hələ mən"deyir Cənnət hərarətli bir şəkildə əl-qol hərəkətləri göstərərək"Pünhan deyib ağlayırdım! Ağlamaqdan gözümün qarası getti!"-kafedəkilər gülməyə başladı amma Pünhanın bir baxışı hamsın susturdu!Parçaları topladığımda Pünhanın bələ olduğunu anlamağım çətin olmur amma Cənnət? O kimdi?
Millətə baxışıyla söz keçirən Pünhan Cənnətlə didişir? İçimdəki Azadə boks əlcəklərin çamadana geri qoyur və Sherlock Holmes papağın başına taxıb lupa'nı əlinə alır.Doktor Vatson..?Vatson hardasan?
"Bilirəm gözəlim"-"gözəlim" sözünü sadəcə mən və arxadaki oğlanların eşidəcəyi şəkildə dediyinə and içə bilərəm!Lənət olsun ki Cənnətin üzünü tam görə bilmirəm!
Nə baş verir axı?! Özümü baxmadığım serialın 3 sezonunda hiss edirəm! Ki doğuranda elədir. "Nəysə..Biz gettik"-deyərək Cənnətin yanından qoluna dəyəcək bir şəkildə keçir və oğlanlarda onum arxasından çıxıb gedillər.Millət isə hələ də Cənnətə baxır taa ki Pünhan içəri girib "Nə baxırsız show var"?deyənə kimi
"Son bir şey, Azadə diqqətli ol Könül Muradova olmag asan deyil"-çıxdı getdi heyvan!
"Gəl orda oturaq"
***
"Sənin indi bir ton sualın var hə?"-Cənnətlə sifariş etdiyimiz pizzanı yiyərkən nəhayət özümüzə gəlirik.Özümü elə sıxmışam ki bütün bədənim ağrıyır
"Əslində ton yanında az qalar"
"Gəl sual cavab edək. Başla"
"Yasin kimdi? "
"Qurtuluş liseyinin sahibi"
"Haaaahaaaa"-heç güləcəyim yox idi.Allah səni güldürsün Cənnət.Prikol bir tərəfə 'Allah seni öldürsün' yadıma düşdü. Tövbə Tövbə belə şeylər hardan ağlıma gəlirsə?!-"Məndə Taylor Momsen"
"Azadəəəə zarafat etmirəmmmmm.Yasin Cənnətov.Şərəf Cənnətovun oğludu!"
"Nə? Hətta blin,Wow,Çüş, Oha,Yuh!"-bir neçə nəfərin bizə baxmasıyla şok nidalarım istəməyə-istəməyə sona çatır-"Sən bölmə dəvam et"
"Ağzını yum amma"-deyir gülə-gülə.Ağzıma yalandan qıfıl vurub şirin-şirin gülümsəyirəm.Yəni ümid edirəm ki şirin görsənirəm.-"Yasin bizdən bir yaş böyükdü amma sinifdə qaldı"
"Öz liseyində? "-nc nc nc necə ailələr var? Məsələn Kerem Sayerin ailəsi! Gədə məktəbdə adam belə suladı.Ayıb olsun Cənnətovlara.Gözləməzdim
"Azadə!"
"Sustum sustum"deyirəm əlimlə ağzımı bağlayaraq.Bu hərəkətim üstünə Cənnət qarnın tutaraq gülməyə başlayır
"Hə amma pis qiymət və ya tərbiyəyə görə yox.Yasin 9 sinifdən burda öz imperatorluğun qurmuşdu.Bunu liseyə qəbul olanda bilirdim amma dəhşət sərt olacağın təsəvvür etməmişdim.Təbi güclü bir imperiyanı sadəcə bir qadın dağıda bilərdi.Və bir illik hakimiyyətin sonrasında Yasin 10-cu sinifə keçir və biz 9 sinifə qəbul oluruq. Könül və mən eyni otağda qalırıq və Könül ilk gündən Yasinə boyun əyməyəcəyini bildirir.Sonra təbi ki didişmələr, boğuşmalar"
"Və əsas qızımla əsas oğlanımız bir birinə aşiq olar"-deyirəm artıq özümü tutamayaraq.Tam xəyalımdaki sevgi hekayəsi!Türklərin "Güneşi beklerken" deyə serialı gedirdi, mənimdə xəyalım elə bir sevgi yaşamaq idi.Zeynep və Keremin arasındaki məhəbbətə elə inanmışdım ki özümdə nifrət etdiyim birinə aşiq olacağıma and içə bilərdim.Bir an düşünürəm ki kaş Könülün yerinə mən olsaydım
"Hə amma hekayə ondan sonra başlayır"
Cennet_ova
YOU ARE READING
Evimin Günəşi
HumorAzadə ailəsin itirmiş bir qız uşağ idi əslində. Biri onu öptüyü üçün vicdan əzabı çəkən, kimsə onu qucağlayanda ona dost gözü ilə yanaşan,sevgiyə ac bir qız uşağı..Sevginin dadın bilib amma doya bilmədən sevgisiz qalan. Sevginim dadı damağında qalan...