20. Bölüm

97 4 0
                                    

Evə gəlib hamıya başımıza gələn hər şeyi danışdıq. Bir şeyi danışmadıq oda Alpin bizə yalan dediyini başa düşdüyümüzü. Onlar sadəcə bizim cihazı tapıb sonrada Alpin yanına getdiyimizi amma Alpin bir şey tapa bilmədiyini bilirlər.

"Sizidə tək buraxmalı deyil. O dəqiqə başınıza bir iş gəlir. Ya saldırıya uğrasaydınız."

Lila hər zaman ki kimi endişəli  idi.

"Dünən bizsiz nə etdiniz?"

Sualıma Gamzə gülərək cavabladı.

"Kənanı görməli idin az qala Dənizin ayaqına yapışıb yalvaracaqdı. Dənizdə durarmı bir tirip atdı mən hələ helə tirip atmamışam"

Kənan tez ayaqlandı. "Yalancı yalan demə mən sadəcə üzür istədim amma düz deyirsən Dəniz tirip atırdı."

Bu səfər Dəniz ayaqlandı. "Mən tirip atmırdım sadəcə birinin sözünə inanıb amma məndən bir dəfə belə soruşmadan güvənməmənə inana bilmədim."

Kərəm"Tamam dünən həll etdik biz bunu yenə başlamıyın "

" Kərəm çox doğru deyir həm bizim bu gün Alisa və Lila ilə qız günümüzdü. "

Gamzənin sözü ilə verdiyim sözü xatırladım. Yornuq olsamda məcbur getməlidim.

Çiynimdə hiss etdiyim ələ başımı çevirdim və Qurtarıcının gördüm.

"Sevgilim bu gün yorulmuş görünürsən başqa vaxt getsən olmazmı? "

Başımı iki yana saladım. "Mən sözün tutan bir prənsesəm həm Gamzə məni öldürər bügün onunla gəzməsəm."

Oda dediklərimə haqq verərək başını saladı. Onurun sızılayan səsin eşitməmlə ona çevirdim baxışlarımı. Əlini qarnına atmışdı.

"Onur noldu?"

Məraqlı baxışlarımı üstündə gəzdirirdim.Gülərək danışdı.

"Bir şey yoxdu sadəcə dünən adamlardan biri bıçaqla çox dərin olmayacaq şəkildə yaralamışdı indidə bir an duranda ağrıdı."

Qurtarıcıda bunu bilmədiyi üçün Onurun yanına getdi. "Onur yaralanıb və heç biriniz bunu mənə deməmisiniz? "

Qurtarıcı Onurun koftasın qaldırıb yarasın görmək istədi amma yaranı sarmışdılar.

Kərəm əlini boynuna atıb sıxdı. "Sizə demək istəmədik çünkü Alisa ilə tək qalmaq istəyəcəyini düşündük."

"Düşünməsəydin Kərəm bəlkə mən gələcəkdim. Ya yarası dərin olsaydı?"

Kərəm ofladı tam danışırdıkı Gamzə danışdı.

"Dünən sizə ona görə zəng vurmuşdum amma siz  başqa bir yerə gedəcəyinizi dedikdə tək vaxt keçirmək üçün etdiyinizi düşündük."

Bizim onlara yalan deyib vaxt keçirdiyimizi düşünmüşdülər. "Gamzə bərabər vaxt keçirmək istəsək bunu sizdən gizlətmərik. Sənə nə dedisə doğrudu Şahin deyə biri varıydı onun işini həll etdik bu qədər."

Onur az əvvəlki acılı səsinin əksinə daha rahat danışdı. "Söhbəti uzatmayın birdə bir şey olsa mən özüm sizə zəng vurub deyəcəm."

Qurtarıcı ayaqa qalxdı. "Biraz uzan və dincəl."

Baxışını digərlərinə çevirdim. "Birdə belə bir şey olmaz deyə düşünürəm."

Hamısı eyni anda başını saladı.Onur otağına doğru ilərləməyə başladı. Lila yanıma gəldi və qulağıma doğru danışmaqa başladı.

"Gamzə bizi bu gün hara aparacaq bilirsən?"

İhanətHikayelerin yaşadığı yer. Şimdi keşfedin