23. Bölüm

8 4 0
                                    

Birinin ölümünə səbəb olmuşdum. Bu ilk deyildi amma masum birinin ölümünə ilk dəfə səbəb olmuşdum. Bəlkə mən ölüm deməkdim bunu kim bilə bilərdiki. Sevdiyim insanların ölümünə səbəb olacam deyə çox qorxuram.

Onlar bu  altı ayda hər şeyim olmuşdular. Onları buraxıb gedə bilməzdim. Buraxmıyacaqdımda nə olsada.

Qurtarıcı yanımda olduğu sürəcə hər şey yolundaydı amma ondan bir adım uzaqlaşdıqa hər şey məhf olurdu.

Onun yanından ayrılmasaydım bunların heç biri olmayacaqdı. Nə Murad öləcəkdi nədə mən ölümlə burun - buruna qalmayacaqdım.

Evə gəlmişdik divanda oturub yeri seyir edirdim. Hamısı başımda toplaşıb danışırdı amma mənim ağlımdan Muradın qanlar içindəki görüntüsü çıxmırdı.

Bir dəfə ailəsi ilə tanışmışdım. Murad ailəsinə nə qədər sevdiyin demişdi. Ailəsində onsuz nəfəs belə ala bilməyəcəklərini demişdilər. Mən onlardan nəfəslərini almışdım. Niyə onun yanına getmişdimki?

"Mən bir ailənin xəyalların aldım . Mən bir insanın həyatın çaldım."

Göz yaşlarımı axmamadı üçün çabalayırdım amma yenədə olmurdu yaşlar bir bir tökülürdü.

Stolun üstündə gördüyüm şüşə qabı yerə atıb qışqırdım.

"Niyə ora getdim?"

Ayaqa qalxdım yanımdakı şkafın üstündəki şamdanları yerə atdım.

"Vicdan əzabı çox böyük bir yükdü və mən bunu qaldıra biləcəyimi düşünmürəm."

Yerə çökdüm və oturub hıçqıraraq ağladım.

Gamzə yanıma gəlib oturdu. "Tamam Alisa sənin bir günahın yoxuydu ki. Sən nə bilə bilərdinki canim? "

Başımı çevirib ona baxdım. Yaşaran gözlərimi yumub açdım.

"Edə bilərdim bir qorxaq kimi o otaqda qalmayıb onun yerinə ölə bilərdim amma mən qorxaq biriyəm. Düşdükcə dəlilirəm o adam kim idi və niyə ordaydı? "

Kim bizim ora gedəcəyimizi demişdi. Kim idisə Qurtarıcının yanımda olmamasından yararlanmışdı.

Telefonumun çalması ilə qorxaraq sıçradım. Qurtarıcı telefonumu mənə gətirib uzatdı. Adı görməmlə dayanıb qaldım. Aysu zəng edirdi.

Telefonu açanda qədər içimdən yalvardım. Nolar Muradla bağlı bir şey olmasın.

"Alo."

Aysu bir anda danışmaqa başladı.

"Alisa burda nələr olur bilə bilməzsən. Murad ölüb kimin öldürdüyünü bilmirik. Evinin zibilliyində tapılıb. Ailəsi indi polisin yanındadı bizdə burdayıq. Yazıq qadın nə qədər ağlayır. Muradın universetin ödənişli oxuduqun bilirsənsə. Murad o pulu ödüyə bilmək üçün indidən işləyirmiş. O qədər əziyət çək amma sən gəl öl. Ay nəysə sənə nəyə görə zəng vurduqumu unutacaqdım. Eyni sinifdə olduqumuza görə sənində çağırırlar. Sənin işin asatdı bu gün məktəbə gəlmədiyin üçün. Hə polisin dediyinə görə iki saata burda olmasan evinə gələcəklərmiş. "

Donmuş bir şəkildə divarı izləyirdim.

" Alisa səni gözləyirəm sağ ol "

Bir şey deməyimi gözləmədən telefonu üzümə bağladı. Telefonu titrəyən əlimlə yerə qoydum.

" Ailəsi perişan haldaymış. Murad oxuya bilmək üçün işləyirmiş amma o qədər əziyətinin qarşılıqlı ölüm olub. Kim üzündən Alisa üzündən. Muradın ailəsi niyə ağlıylr Alisa üzündən. Murad niyə xəyalların tamamlaya bilmədi Alisa üzündən."

İhanətHikayelerin yaşadığı yer. Şimdi keşfedin