1.bölüm

79 8 13
                                    


Helloooooo!!!

Uzun bir aradan sonra Asiman yenə sizinlədir!!!!

Çox həyəcanlıyam, fikirlərinizi o qədər merak edirəm türklər demiş:)))

Ümid edirəm xoşunuza gələr))

Sizi çox sevirəm ❤️❤️❤️

O zaman, Bir Çiçəyə Aşiq Oldum'un yeni ilk bölümüylə qarşınızdayam!!!!

Xoş oxumalar ...

♧♧♧♧

İtaliya ~ Rofrano 23 May 1994

İsti bir May səhərində, Agostinilərin fermasında böyük hay küy qopmuşdu. Senyora Agostini, yaxud Lena yenə qışqırdı. Artıq suyu gəlmişdi, doğuş artıq başlayırdı. Gənc əri Lucas, hansı ki, baxışları ilə çox gənc qızın qəlbində nakam eşqləri yetim qoyub,bax bu adam çox həyəcanlıydı.

Təlaşlı şəkildə ora bura qaçır, amma gözünün önündə olan çantanı görə bilmirdi. Lena gözlərini yumdu, "Idiot..." (Axmaq...)

Səsini qaldırdı, "La borsa è vicino alla porta! Sbrigati a mettere in moto la macchina!"
(Çanta qapının yanındadır! Tez ol maşını işə sal!)

Lucas gözlərini bərəltdi. Həqiqətən də çanta qapının yanında imiş. Cəld bir şəkildə başını yellədi və qapıdan çıxıb maşına tərəf getdi. Sonra bir anda ayaq saxladı. Bəs Lena necə gələcəkdi?

Qaçaraq yataq otağına qayıtdı və durmağa çalışan həyat yoldaşını qucaqlayıb sarsaraq maşına doğru yol aldı.

Həngaməli keçən on dəqiqəlik yoldan sonra axır ki, xəstəxanaya çatmışdılar. Üzü qıpqırmızı olmuş qadını xərəyə uzatdılar. Həkim dönüb Lucas Agostiniyə baxdı, "Desidera entrare in travaglio?"
(Doğuşa gəlmək istəyirsiniz?)

Lucas qaşlarını çatıb düşünürdü ki, Lena bağırdı. "No! No! No! No! No! Non lasciatelo venire! Mi farà più male che bene! Solo i medici dovrebbero venire."
(Yox!Yox!Yox!Yoox! O bura gəlməsin! Mənə xeyrindən çox zərəri gələcək! Sadəcə həkimlər gəlsin!)

Lenanın harayı əslində həkimə cavab olmuşdu. Orta yaşlı həkim dərhal tibb bacılarına və digər həkimlərə göstəriş verdi. Ardınca əməliyyatxanaya daxil oldu.

Çətin keçən saatların ardınca bir uşaq ağlama səsi koridordan eşidildi. Bəli, Lucasın oğlu dünyaya gəlmişdi.

Boynundakı xaçı dəfələrlə öpdü, yanında oturan valideynləri ilə qucaqlaşdı. Bu gündən etibarən Lucas artıq gənc bir ata olmuşdu. Bir körpəsi dünyaya gəlmişdi...

Həkimin məsləhəti ilə axşamçağı palataya ailə üzvlərini tək tək aldılar. Lenanın çox ağır bir doğuş keçirdiyini, dincəlməli olduğunu dəfələrlə bildirdi.

Lena yorğun halda palatada yatan zaman qapı yüngülcə döyüldü. Lena yarı açıq gözlərini ovuşdurdu. Sonra belə dedi,"Entrara."
(Girin.)

Ağ qızılgüllərdən ibarət gül dəstəsinin arxasına gizlənən adam yandan başını göstərib gülümsədi. "Oh, tesoro..."
(Sevgilim...)

Lena gülümsədi. Ən sevdiyi çiçəkləri almışdı. Əllərini açdı və çiçəklərin qucağına gəlməyini gözlədi.

Lucas çiçəkləri ehtiyatla Lenanın yanına qoydu. Sonra da əlini gözəl xanımının boynunda gəzdirdi, "Mi rendi così felice che potrei baciarti fino a rimanere senza fiato."
(Məni o qədər xoşbəxt etmisən ki, səni nəfəssiz qalana kimi öpə bilərəm.)

BİR ÇİÇƏYƏ AŞİQ OLDUM Hikayelerin yaşadığı yer. Şimdi keşfedin