Salamlar)))
Uzun zamandır ki, bölüm ata bilmirəm:(
İnanın həyat hamı kimi məni də yorur. Biraz onun yorğunluğu biraz depresiya biraz əli biraz vəli deyə deyə bölümü bu gün paylaşıram.
Əlimdən gəldikcə tez tez bölüm paylaşmağa çalışacam. Narahat olmayın,əgər türklər demiş başını buraxıb getsəydim bura mütləq açıqlama yazardım.
Çünki kiminsə ümidləri ilə oynamaq mənə görə deyil.
İndi isə sizi bölümlə baş başa buraxıram.Xoş oxumalar ))))
Buyurun bölüm...♡
____________________
Daniel qızı evdən çıxarandan sonra dinməmişdi. Sakitcə Berlin küçələrində gəzir, şəhərin səs küyünə qarışırdılar.
Bir müddətdən sonra axır ki, Yasəmən dilləndi. Bu qədər vaxt danışmadan durmaq onun üçün rekord göstəriciydi. Yanında addımlayan sarışına baxdı, "Dostlarımla görüşəcəkdim. Gəl sən də tanış ol."
Danieldən etiraz gözləyirdi, lakin sarışın onu təəccübləndirmiş, razılaşmışdı.
İki küçə aşağı düşəndən sonra Yasəmən, daşına divarına aşina olduğu yerə gəldi. Bura, dostlarıyla hələ bir il əvvəl kəşf etdikləri kafeydi. Kafedən çox botanik bağa oxşayan bu məkan görüntüsüylə insanın ruhunu dincəldirdi.
Girişi, pəncərələri sarıb sarmalayan sarmaşıqlar yamyaşıl idi. İçəridəki rəngarəng çiçəklər insanı valeh edirdi. Qum rəngi divarlar və parketlər təmiz, təravətli hiss oyadırdı.
Yasəmən içəri girən kim gözlərini qıydı. Dostlarını axtarırdı. Budur, pəncərə kənarında bir masada trio əyləşmişdi. Danielin qoluna dirsək atdı, "Oradadırlar."
Daniel ciddi baxışlara büründü və qızın göstərdiyi yerə doğru addımladı. Ege başını qaldırdı və qaraşın qızı görəndə gülümsədi. Lakin gülüşü Danielin buz kimi baxışlarını görəndə dodaqlarında asılı qaldı.
Yasəmən sevimli bir gülümsəməylə dostlarına dayısı oğlunu təqdim etdi, "Tanış olun. Dayımın oğlu Daniel. Bu da arkadaşlarım Gizem, Ege və Dorukdur."
Daniel qaşlarını oynatdı və gözlərini bu üçlünün üstündə gəzdirdi. "Məmnun oldum. Tam adım Daniel Emin Ağaxanovdur."
Gizem, heyrət dolu baxışlarla Danieli alqışladı. "Vay anam babam Bee! Bu nasıl isim , hele soy ismine gel vışşş!"
Doruk ona dirsəyini keçirmişdi, lakin qızın keçirdiyi ürək spazmından(!) xəbərsizdi.
Ege əlini uzatdı, "Merhaba abi. Ben Ege Erkek. Liseden arkadaşız."
Daniel gözlərini qıydı, "Hepiniz mi?"
Ege başını yellədi, "Evet."
Doruk səbrsiz şəkildə dodaqlarını yaladı, "Bir şeyler sipariş etsek mi?"
Razılıq nidalarıyla ofisiantı səslədilər. Sifarişlər veriləndən sonra masada bir səssizlik hökm sürməyə başladı.
Doruk ofuldadı, "Bir gerildik sanki."
ŞİMDİ OKUDUĞUN
BİR ÇİÇƏYƏ AŞİQ OLDUM
RomanceSevgi Əngəl Tanımır'ın sevilən obrazları Valentino & Yasəmən ikilisinin macəra dolu, romantik, həyəcanlı həyatını əks etdirir.