1.Bölüm:Vacib Söz

113 13 14
                                    

Salam.

Başlama tarixi:
28/08/2024

                         🤍🤍🤍

Yayın isti günlərindən biri idi. Günüm həmişəki kimi keçirdi, yəni bütün günümü kitab oxumaqla keçirmişdim. Kitab oxumaq mənim üçün ən yaxşı müalicə idi. Bəlkə də bunun səbəbi məni gərçək həyatdan azda olsa qopara bilməsi idi...

Yarım saat bundan əvvəl Səma zəng edib bura gələcəyini xəbər etdi. Səma ilə artıq on ildir ki, yaxın rəfiqəyik. Bizim qarşılaşmağımız Səmaya görə bir təsadüfün nəticəsi idi. Düzünü desəm mən təsadüf deyə bir şeyin olduğuna inanmıram, çünki mənə görə bir şeyi yaşamalı olduğumuza görə yaşayarıq.

Səma ilə hər günümüz demək olar ki, bir yerdə keçir, bir-birimizə daim dəstək oluruq. Telefonda səsi həyacanlı gəlirdi, bilmirəm bəlkə də mən elə hiss etdim. Mən bu haqda düşünərkən qapı zəngi çalmağa başladı. Dərhal qapıya tərəf yönəldim və qapıyı açdım.

Səma qarşımda dayanıb gülümsəyərək dedi:
-Salam, Ahu necəsən?

Gülümsəməsinə qarşılıq verərək danışdım:
-Salam, Səma yaxşıyam. Sən necəsən?

Səma qapıdan içəri keçərək
-Sənlə vacib söz danışmalıyam.-dedi.

-Nəsə olub?

Səma üzümə baxıb bir qədər dayandıqdan sonra danışdı:
-Gəl içəri keçib danışaq.

İkimizdə içəri keçib oturduq. Səma mənə baxıb danışmağa başladı:
-Ahu, bir tanışım haqda sənlə danışmaq istirəm.

-Buyur Səma.

-Ahu tanışım dediyim şəxsin başına bədbəxt hadisə gəlib, sənlə bu haqda danışmaq istirdim. Ailəsi pərişan haldadır. Artıq beş ildir ki, bacısının qatili tapılmır. Bu haqda səndən kömək istiyəcəkdim.

-Başa düşmədim Səma-deyerek sözünü kəsdim.

-Bilirəm Ahu sən artıq bu işlərlə məşğul deyilsən, amma səndən başqa heç kim ağlıma gəlmədi.

-Mən nə edə bilərəm ki?-deyə soruşdum.

-Bəlkə araşdırıb nəsə tapa bilərsən Ahu?

-Mən dörd ildir ki, müstəntiq vəzifəsindən uzağam. İnanmıram nəsə bir nəticə əldə edə bilim.

-Bax Ahu səni məcbur etmək istəmirəm, amma bəlkə kömək edə bilərsən deyə sənə gəldim. İstirsən bir az fikirləş bu haqda fikrini dəyişsən mənə deyərsən- deyərək mənə hüzünlü gözlərlə baxmağa davam etdi.

-Səma daha doğrusu mən ailəyə ümid vermək istəmirəm. Bu qədər vaxt ərzində heç bir nəticə əldə olunmayıbsa mən inanmıram ki, nəsə bacara bilim.

-Mən sənə inanıram Ahu, sən o ailəyə kömək edə bilərsən. Sənlə danışmağım üçün mənə dəfələrlə zəng ediblər.

-Yaxşı, Səma.

-Razısan?- deye soruşub üzümə sevinclə baxdı.

-Bəli, Səma- deyib gülümsəyərək davam etdirdim -İmkansız deyə bir şey yoxdu, bəlkə də qatili tapmaq düşündüyümüz qədər çətin olmadı.

Səma yerindən durub yanıma gəldi və məni qucaqlayıb dedi:
-Çox sağ ol Ahu.

Səma bir qədər oturduqdan sonra evinə getdi. Məndə axşam yeməyini yeyib qabları yudum, indi isə pəncərədən ətrafı izləyirdim. Bu gün danışdıqlarımız ağlımdan çıxmırdı.
Bundan dörd il əvvəl öz işimdən uzaqlaşdım, yenidən belə hadisələrdə olmaq məni qorxudurdu.
Düşüncələrimdən uzaqlaşmaq üçün pəncərədən ayrıldım və saata tərəf baxdım. Saatın gec olduğunu görüb yataq otağıma yöneldim. Səhər Səma ilə bu gün danışdığı ailənin evinə baş çəkəcəyimizə göre tez yatmalı idim. Ona görə də vaxt itirmədən gözlərimi yumdum.


Birinci bölümün sonu.

Oxuyan hər bir kəsə təşəkkür edirəm🤍

Ümid edirəm ki, bəyənərsiz🤍

EVDƏKİ TƏHLÜKƏHikayelerin yaşadığı yer. Şimdi keşfedin