3.Bölüm: İki cinayət bir qatil

61 10 7
                                    

Dünən olduğum yerdə, yəni Gülnarə xanım gildə idim. Qarşımda Gülnarə xanımın yoldaşı oturub. Suallarımı ona ünvanlandırmaq məqsədi ilə üzünə baxıb danışmağa başladım:
-Zəhmət olmasa hadisənin olduğu günü danışa bilərsiz?

-Bəli, qızımın beş yaşını qeyd etmək üçün yığışmışdıq. Yayın isti günlərindən biri idi, ona görə də biz evimizin həyətində şənliyi keçirtməyi qərarlaşdırdıq. Demək olar ki, bütün qohumlarımız gəlmişdi, yəni çox adam var idi. Biz sadəcə qonaqlarla danışır, gülür, əylənirdik. Həmin gün Mələkdə çox sevincli idi.

-Həmin gün sizə şüphə uyandıracaq nəsə oldumu?

Bir az gözlədikdən sonra davam etdi: -Xeyr, hər şey çox yaxşı idi.

-Mələk həyatını itirmədən əvvəl onu sonuncu dəfə harda gördüz?

Sualımı bir qədər düşündükdən sonra danışmağa başladı:
-Həmin gün iş yoldaşlarımda bizdə idi. Onlardan biri  özünü halsız hiss etmişdi, məndə onu mətbəxə aparıb su verməyi təklif etdim. Sonra mətbəxə keçdik və Mələk orda idi.

-Mələk tək idi?

-Yox, tək deyildi. Gülnarənin bacısı qızı onla idi.

Bunu deyəndə üzünü əlinə alıb başını aşağı əydi. Yeni bir sual verməyə hazırlaşırdım ki, Gülnarə xanım sözümü kəsib danışdı:
-Ahu, bacımın qızının adı Ayan idi. Ayan bu hadisədən bir il sonra vəfat etdi. Ayanda Mələk kimi zəhərlənərək həyatını itirdi.

Bu sözlər qarışmaqda olan ağlımı daha da qarışdırdı. Qatil həm Mələyi, həm də Ayanı zəhərləndirərək öldürmüşdü.

İki cinayət və bir qatil...

-Gülnarə xanım, belə görünür ki, qızınızla Ayanın qatili eyni adamdı.

-Bilmirəm Ahu.-sözlərini deyib ağlamağa başladı.

Masa üzərində qoyuluan suyu Gülnarə xanıma uzatdım və içib sakitləşməsini gözlədim. Gülnarə xanım özünə gəldikdən sonra baxışlarımı Gülnarə xanımın yoldaşına çevirərək
-Qaldığımız yerdən davam edək. Siz mətbəxdə gördüklərinizi danışın zəhmət olmasa.

-Mətbəxdə Ayan və Mələk var idi. Ayanla Mələk danışıb gülürdülər. Ayan tort yeyirdi, Mələk isə vişnə suyu içirdi. Sonra iş yoldaşımın halı düzəldi onu zala keçirtdim ki, bir az otursun. Biz zalda olanda Mələk həyətə çıxdı. Beş dəqiqə sonra səslər eşitməyə başladım. Tez həyətə çıxıb ətrafa baxmağa başladım. Sonra isə Mələyi gördüm. Qızım yerdə uzanmışdı. Sonrasını bilirsiz...

-Zəhərin nəyə qatıb Mələyə verilməyi məlum oldu?

-Bəli, zəhər vişnə suyuna qatılmışdı.

-Vişnə suyunun kim tərəfindən verildiyini bilirsiz?

-Xeyr, mən mətbəxə gələndə Mələk artıq içmişdi.

-Digər qızınız Leyla ilə Mələyin arası necə idi?

Anlıq yönləndirdiyim bu sualı bir neçə saniyə fikirləşdikdən sonra danışmağa başladı:
-Leyla ilə Mələk arasında yaş ferqi olduğuna görə çoxda vaxt keçirmirdilər.  Daha doğrusu belə deyim Mələk ilk olduğu vaxtlar Leyla bir az Mələyi qısqanırdı, amma bu normal idi. Çünki Leyla tək böyümüşdü. Bizi paylaşmaq onun üçün çətin idi, amma sonra bu qısqanclığın heç biri qalmadı Leyla Mələyi çox istəyirdi.

-Bu günlük bu qədər bəsdi. Sabah Leyla ilə danışacam.

Sözümü bitiren kimi Gülnarə xanım gözlərini ayırmadan danışmağa başladı:
-Yaxşı, Ahu.

EVDƏKİ TƏHLÜKƏHikayelerin yaşadığı yer. Şimdi keşfedin