7.Bölüm: Gizlədilən sirlər

47 7 18
                                    

Dünən qaçaraq özümü evə çatdırmışdım. Səma ona xəbər etmədən getdiyimə görə məndən incimişdi. Dünən ki, mesajdan sonra Səmanı bu işə qatmamaq qəti fikrimə çevrilmişdi. Səmanın könlünü almalıydım. O, mənə küs qala bilməzdi. Səma heç kəsə küs qalmazdı. Onun fikrincə küs olanda birimizə nəsə olsa ömür boyu vicdan əzabı çəkərmişik. Ona qatılırdım.

Dünən gələn mesaja cavab yazmamışdım. Qatil məni qorxudub qırağa çəkilməmi istəyirdi. Mən qatili tapmadan buralardan getmiyəcəkdim.

Masa üzərində olan dəftərimi götürüb vərəqlədim. Bu gün Aqilin evinə getməliydim. Hazırlaşdıqdan sonra aşağıya düşdüm. Səma zalda oturmuşdu. Aşağı düşdüyümü görüb yanıma gəldi.

-Gedirsən?- deyə soruşdu.

Səmanı özümə çəkərək qucaqladım və danışmağa başladım:
-Tez gələrəm. Gəlib sənin könlünü alaram.

Bir-birimizdən ayrıldıqdan sonra Səma mənə baxıb gülümsəyərək başını salladı. Səmanın yanından ayrılıb qapıdan çölə çıxdım. Aqilin evi olduğum yerdən uzaq idi. Vaxt itirmədən yeriməyə başladım. Tez-tez ətrafa baxırdım. Qatil məni izləyirsə arxamca gələrdi, amma ətrafda heç kəs yox idi. Rahatlamış vəziyyətdə yeriməyə başladım. Fikrimi yayındırmaq üçün qulaqcığı qulağıma taxıb musiqiyə qulaq asmağa başladım. Bu mahnını çox sevirdim.

🎶
I see you, you see me
How pleasant, this feeling
The moment you hold me
I missed you, I'm sorry

Musiqi dinləyərək yerimək ən gözəl hobbilərimdən biri idi. Olduqca rahatlamışdım. Qatili düşünmədən yeriyirdim.

I've given what I have
I showed you I'm growing
The ashes fall slowly
As your voice consoles me

As the hours pass
I will let you know
That I need to ask
Before I'm alone

How it feels to rest
On your patient lips
To eternal blıss
I'm so glad to know
🎶

Evin qabağına gəldikdə qulaqcığı çıxarıb çantama qoydum. Qapıya yaxınlaşıb döyməyə başladım.
Bu anda arxamdan bir səs gəldi. Səs tərəfə döndüyümdə qarşımda bir oğlan dayanmışdı. Mənə baxıb danışmağa başladı:
-Bura mənim evimdi. Sizə kim lazımdı?

Qarşımda dayanan oğlanın Aqil olduğunu anlamışdım.
-Mən Aqillə danışmaq istəyirəm.

Baxışlarını üstümdə gəzdirərək dedi:
-Buyurun, Aqil mənəm. Nə danışmaq istəyirsiz?

-Mən Mələyin ölümünü araşdırıram. Həmin gün sən də orda olmusan.

-Bərbad gün idi. Gəlin içəri keçək.

Aqillə birlikdə içəri keçdik. Çox böyük ev deyildi, amma içi çox gözəl idi.

-Sizə necə kömək  edə bilərəm?- deyə soruşdu.

-Həmin gün olanları danışa bilərsən?

-Uşaqlarla şənlikdə görüşdük. Hər şey normal idi. Birlikdə əylənirdik.

-Şahid olduğun bir dava oldumu?

Bir qədər düşündükdən sonra cavab verdi:
-Dava olduğunu xatırlamıram.

-Leyla haqqında bildiklərini zəhmət olmasa danış.

-Leyla çox səmimi, mehriban qızdır. Amma həmin gün yaxşı görünmürdü. Bir ara şənlikdə görsənmədi.

Vüsalədə Leylanın şənlikdə yoxa çıxmasından danışmışdı. Leyla həmin gün hara getmişdi?

-Başqa nəsə oldu?

EVDƏKİ TƏHLÜKƏHikayelerin yaşadığı yer. Şimdi keşfedin