4-cü hissə

4 1 0
                                    

2008. FEVRAL

Həsrət Leylandan uzaqlaşıb Tariyelin onu çağırdığı yerə tələsdi. Leylan onun arxasınca narahat halda baxırdı. Tariyel nə qədər çalışqan bir şagird olsa da, insan olaraq mənfi xüsusiyyətləri daha üstün idi. Leylan onun atmacalarına bacardıqca cavab vermir, ondan uzaq olmağa çalışırdı. Həsrətin məktəbin arxasına dönən yolda uzaqlaşdığını gördükdən sonra cəld Humay müəlliməni axtarmaq üçün məktəbin dəhlizinə daxil olub 2-ci mərtəbədə yerləşən müəllimlər otağına qaçdı. Qapını astaca döyüb içəri daxil olarkən Humay müəlliməni görüb sevindi. Humay müəllimə Leylanın təlaşla baxışlarını görüb ona yaxınlaşdı.
- Nə olub Leylan?

***
-Şükür ki gəlib çıxdın,- Həsrətin ona tərəf gəldiyini görüb Tariyel dayandığını yerdən bir az irəli addımladı.
- Hə, nə istəyirdin?- Həsrət əsəblə ona yaxınlaşıb gözlərinin içinə zilləndi.
- Bayaq nə deyirdin? Bir də de görüm,- deməsi ilə Həsrər ürəkdən qəhqəhə çəkdi. Tariyel onun gülüşündən pərt olsa da, özünü o yerə qoymadı.
-Dedim ki, sən biqeyrətsən. Bir də yanında dayanan quyruq bulayan biqeyrətsiniz. Hanı bəs o? Gəlsin, ona da deyim də,- Tariyelin ani olaraq atdığı yumruğu Həsrət gözləmədiyi üçün özünü müdafiə edə bilmədi, yanağına dəyən zərbə səntirləməsinə səbəb olsa da, çevrilib növbəti zərbəni özü ona vurdu. Yaxasından tutub əsəblə silkələdi:
-Ə, oğraş, sənin meyidini sərərəm bura.
-Leylan sənin nəyindir ki, ona görə belə əsəbiləşirsən?
-Sənə nə? - deyib bir yumruq da ona ilişdirdi.
-Sən Leylanı iki gündür tanıyırsan, amma biz onu uşaqlıqdan tanıyırıq. Onun nə mal olduğunu məndən yaxşı kim bilər ki?
-Ağzının danışığına fikir ver,- deyib yenidən Tariyeli vuranda məktəbin sağ tərəfindən 10-a yaxın oğlan çıxıb Tariyeli müdadfiəyə gəldilər. Həsrət bu oğlanları tanıyırdı. Onun yeni sinif yoldaşları idilər. İkisi Həsrətə yaxınlaşıb qollarını arxadan burub onun hərəkətini məhdudlaşdırdılar. Tariyel fürsəti dəyərləndirərək qüvvətli bir yumruğu Həsrətin qarın nahiyəsinə vurdu. Ağrıdan üzünü turşudan Həsrətə Tariyel baxmağa başladı.

-Bir də de görüm nə deyirdin? Eşitmirəm,- deyib əlini qulağına tutub Həsrətə tərəf dayandı.

- Ə cındır, tək dava eləməyə götün çatmadı?

-Cındır elə sənin nəslindir,- deyib Həsrətin yanağına bir yumruq ilişdirdi. Bu vaxt Humay müəllimənin qəzəbli səsi eşidildi. Müəlliməni görən kimi digər oğlanlar tez Həsrəti buraxdılar.

-Siz özünüzü nə hesab edirsiniz? Tariyel, sən utanmırsan?

-Müəllimə, əvvəlcə Həsrət məni söydü. Mən qulaqardına vurası deyildim ki.

-Hələ danışmağa üzün də var sənin? Mən burda sadəcə səni və sənin dostlarını quldur kimi hərəkət edərkən gördüm, - Üzünü digər uşaqlara tutdu,- sizə də ayıb olsun. Sizdən heç bunu gözləməzdim. Sabaha hamınızın valideyni burada olsun. İndi hamınız evinizə.

-Həsrət yerə düşən çantasını götürüb qayıdanda kənarda ürkərək dayanan Leylanı görüb gülümsədi.

-Humay müəllimə sən demisən?- deyib ona tərəf addımladı. Leylan başını tərpətməklə Həsrətin sualını təsdiqlədi.

-Burnun qanayır,- deyərək Leylan təlaşla Həsrətin qabağına qaçdı. Çantasından nəm salfetka çıxarıb əlləri əsərək Həsrətin burnunu sildi. Həsrət Leylanın əlini tutub saxladı. Əvvəl ətrafa nəzər saldı, heç kimin olmadığına əmin olduqdan sonra tez yanağına sarı əyilib öpdü. Həsrətin öpüşü Leylanı həyəcanlandırdı. Ürəyinin şiddətli döyüntüsünün qarşısını almaq üçün əlini ürəyinin üstünə qoydu.

Gecikmiş gələcək Hikayelerin yaşadığı yer. Şimdi keşfedin