3-cü hissə.

5 1 0
                                    

1994. Yanvar.

Niyazi qucağına bərk bərk sıxdığı uşağı qarda asta addımlar ilə yeni həyatına tərəf aparırdı. Leylan da sakitcə babasına sığınıb səsini çıxarmırdı.

Niyazi bütün baş verənləri film kimi gözü önündən keçirməyə başladı. Səhv buraxmışdı hardasa. Qızına qarşı sevgi dolu idi, amma qızı yanlış insanı seçmişdi. Deməli, haradasa səhv buraxmışdı. Ata olaraq qızının həyatına biganə qala bilmirdi, amma Süsən də Rasimdən ayrılmırdı. Beləcə əlindən heç nə gəlmirdi. Əlindən tutub məcbur boşanmağa apara da bilməzdi axı. Gərək Süsən özü bunu atasından istəyəydi. O bunu istəsəydi, Niyazi insanların onların arxasından dediklərinə qulaq asmaz, qızının arxasında durardı. Bir ata olaraq bunu düşünmək Niyaziyə ağrı verirdi. Lakin onun üçün bu həyatda ən vacib məsələ qızının xoşbəxtliyi idi. Gözündən yaş damlayıb Leylanın saçlarına düşdü. Leylan başını babasının sinəsindən ayırıb ala gözlərini babasının üzünə zillədi. Balaca əlləri ilə babasının gözlərindən axan yaşı sildi:
-Baba, ağlama.

-Ağlamıram, gözəl qızım. Ağlamıram,- gözlərini silib Leylanı daha bərk sinəsinə sıxdı. Axı bu balaca qızın nə günahı var ki, balaca yaşında ailəsindən ayrılmaq məcburiyyətində qalıb? Fikri illər öncəyə getmişdi. Onda Süsənin cəmi 18 yaşı var idi. Niyazi Süsənin təhsil almasını istəyirdi. Kimya müəllimi olmaq istəyən Süsən imtahandan kəsildiyi üçün bu istəyinə nail ola bilmədi. Atası növbəti il də cəhd etməsinə təhrik edirdi. Amma Süsənin fikri artıq dəyişmişdi. Rəfiqəsigilin qonşuluğunda yaşayan Rasim adlı oğlan Süsənə xəbər göndərib onu bəyəndiyini bildirmişdi. Süsən əvvəlcə etiraz etsə də, Rasim əl çəkmirdi. Bir müddət sonra Rasim Süsənin diqqətini çəkməyi bacarmışdı. Artıq Süsənin fikri-zikri Rasim olmuşdu. Atası bir gün gecə saatlarında həyətdə səs eşidib həyətə çıxanda Rasimin Süsənin pəncərəsinə daş atdığını görmüşdü. Niyazi Rasimə əl qaldırmaq istəyəndə Süsən tez həyətə çıxıb atasına Rasimi tanıdığını bildirmişdi. Niyazi Rasimə yer göstərib əyləşməyə icazə verdi. Qızına da oturması üçün işarə etdi.

-Sən kimsən, nəçisən bala? - Rasim ilk baxışda Niyazinin xoşuna gəlməmişdi.

Amma qızının gözlərindəki sevgini görmüşdü. Ona görə də daha mülayim danışmağa özünü məcbur hiss edirdi.

Sərt reaksiya versə, qızı yanlış addım atardı deyə qorxurdu.

-Mən qonşu məhəllədənəm. Atam Qasımdır. Özüm bazarda meyvə-tərəvəz satıram.
-Hə. Lap yaxşı,- Qasım pis insan deyildi. Amma Rasimin anası Həlimənin qəddar qadın olduğunu bilirdi. Demək olar ki, hamı ona öz aralarında "ifritə Həlimə" deyirdilər. Rasimin necə adam olduğunu bilmirdi.  Amma belə ailəyə qızını əmanət etmək istəməyəcəyini yaxşı bilirdi,- Yaxşı, Rasim, bəs burada nə işin var?

-Mən qızınızla ciddi düşünürəm.

-Süsən, nə vaxtdır bu məsələ var?- üzünü qızına tutdu.

-Ata təzədir,- Süsənin yanaqları qıpqırmızı qızarmışdı. İndicə yer yarılsa, içinə girməyə razı idi. Amma atası ilə belə bir məsələ haqqında danışmaq onun üçün çətin idi. Atası nə qədər anlayışlı da olsa, bir qızın atası ilə belə mövzuda danışması ona utanc verici görünürdü.

-Qonum-qonşu sənin bura gəldiyini görsə, Süsən üçün min cür şey deyərlər.

Bunu, yəqin, bilirsən, Rasim. Xahiş edirəm, bir də belə hal yaşanmasın.

-Yaxşı. Bir də olmaz,- desə də, əslində bu vəziyyət onu əsəbiləşdirirdi.  Əsəbini güclə boğaraq özünü sakit göstərməyə çalışırdı.

Gecikmiş gələcək Hikayelerin yaşadığı yer. Şimdi keşfedin