1-ci hissə

14 2 0
                                    

2017. Dekabr. MİLANA

"Əziz Şaxta baba, hər il səndən istədiyim oyuncaqları mənə gətirirsən. Bu məni çox sevindirir. Bu il 8 yaşım tamam olub. Artıq böyümüşəm, deyirlər. Bu dəfə səndən oyuncaq istəmirəm. Əslində, oyuncaq da istəyərdim, amma bir istək haqqım olduğu üçün bu dəfə səndən atamı istəyirəm. Onu mənə gətirəcəyinə inanıram. Əslində, atamın sənin torbana necə sığacağını çox düşünmüşəm, amma sonra da qərara gəldim ki, sənin sehrli dəyənəyin var və sən atamı bir neçə dəqiqəlik balacalaşdıra bilərsən. Beləcə də, mənim atamı mənə hədiyyə edə bilərsən. Anamı niyə istəmədiyimi düşünürsən, yəqin. Bu haqda heç danışmaq istəmirəm, düzü. Mən anamdan küsmüşəm. Çünki o məni burada tək qoyub. Ona görə də səndən sadəcə atamı istəyirəm. Sənə bu dəfə daha uzun və daha qəşəng şeir deyəcəyəm. Hətta, istəsən, mahnı da oxuyaram. Təki sən atamı mənə gətir. Nə olar, gətirərsən də. Gözləyəcəyəm, əziz Şaxta babacan. Səni çox istəyirəm.
Hörmətlə: Milana

Narifə müəllimə uşaqları nəzərdən keçirdi. "Uşaqlar, yekunlaşdırın məktublarınızı və bir-bir qutuya atın. Şaxta baba sizin arzularınızı həyata keçirəcək",- deyərək üzünü uşaqlara tutdu. Uşaqlar məktublarını tamamlayıb qutuya atdılar və yerlərinə oturdular. Milana utanaraq müəlliməsinə baxdı:

Müəllimə, olar, sizdən bir şey soruşum?- dedi. Gənc müəllimə masasında yerini rahatlayıb gözlərini Milananın qara gözlərinə zillədi. Bu uşaqda qəribə bir savad var idi. Hər kəsdən yaxşı oxuyurdu. Uşaq evində kiçikdən böyüyə hər kəs onun xətrini çox istəyirdi. Ona qarşı başqa bir sevgi duyurdu.

-Əlbəttə, soruşa bilərsən,-dedi və Narifə müəllimənin fikri bir anlıq 3 il öncəyə getdi.

Yaşı 25-dən çox olmayan bir qadın balaca, qapqara saçlarını hörük yığan, uzun kirpiklərinin arasında məsumca ətrafdakı uşaqlara baxaraq sevinən bir qızın əlindən tutaraq, gözündəki yaşı arabir əlinin dalı ilə silərək ona nə isə danışan qızı ilə ona tərəf addımlayırdı. Amma fikri tamam yad yerlərdə dolaşan bu qadının üzündən əzab yağırdı. Narifə müəllimənin fikri ona tərəf gələn qadının əlindəki balaca qırmızı çamadana yönəlmişdi. Fikrindən keçənlərin baş verməməyi üçün içindən dua edirdi. Bu balaca qızın "atılmışlar" siyahısına girməyini heç istəmirdi.
Qırmızı çamadanı baxımsız əlləri ilə bərk-bərk sıxan qadın isə baxışlarını yayındıraraq Narifə müəlliməyə tərəf son addımlarını atırdı.

-Salam,-əlindəki çamadanı buraxaraq, əllərini ovuclarında gizlətməyə çalışaraq avqustun istisində alnında pul-pul tərləri silib müəlliməyə günahkar bir baxışla baxdı. Narifə qarşısındakı qadının fikirlərini oxumağa çalışaraq:

-Salam, buyurun, nə isə lazım idi?- dedi. Onun haqqında özlüyündə müəyyən təxminlər yürüdürdü. Yaşının uzaqdan 25 olduğunu düşünsə də, yaxından daha az yaş vermək olardı. Sarı saçlarını, gözlərinin içindəki sarı tonunun gündə qəribə rənglər alan çalarlarını analiz etməyə çalışaraq onun tez-tez qısa saçını qulağının dalına keçirməyini izləyirdi.

-Mən, əslində... Şey... Bilirsi...-deyib bir az udqundu. Yenidən gözləri çox uzaqlara daldı. Narifə müəllimənin səsi onu xəyallardan oyatdı.

-Bir şey deyirdiniz". Leylan gözlərini Narifə müəlliməyə çevirib sözləri dilindən çətinliklə çıxardı.

-Hə, hə. Mən bir az... Əslində... Mən...Mən qızımı bura qoymağa gəlmişəm,- birnəfəsə dediyi son cümləni bitirdikdən sonra dərin bir nəfəs alıb qarşısında dayanan Narifənin reaksiyasının nə olacağını təxmin etməyə çalışdı. Buralarda bu işlər necə olurdu, heç nə bilmirdi. Əvvəlcə bura gəlməyə qərar verəndə qovulacağını belə düşünürdü. Elə bilirdi ki, onu uşağını burada qoymaq istədiyi üçün daş-qalaq edəcəklər. Halbuki, heç kim ona artıq-əskik bir söz demədi. Onlar üçün bunun adi hal olduğunu anlayanda sanki ürəyi bir az rahatlamışdı. Amma Narifə müəllimə hər dəfə bura yeni uşaq gələndə bir müddət özünə gələ bilmirdi. Daxilən keçirdiyi sarsıntıları üzə vurmamağa çalışsa da, daxili parçalanırdı.

Gecikmiş gələcək Hikayelerin yaşadığı yer. Şimdi keşfedin