Hava okeanı

67 18 1
                                    

Lizzi həmin gecəni bir daha yata bilmədi. Əvəzinə işığı yandıraraq masa arxasına keçdi və boyalarını açdı. Evelinin dediyi kimi gördüklərini bacardığı qədər yadda saxlamışdı, indi isə onları kağıza köçürəcəkdi. Əvvəl haradan başlayacağını bilmədi, sonra isə əlinə aldığı fırça ilə öz pəncərəsi və içəri girən yaşılımtıl dumandan başladı.

Arina zəng etdikdə səhər təzəcə açılmışdı. Laboratoriya stulunda yuxuya getmiş Zeni telefon səsi oyatdı və Zen diksinərək yerindən qalxıb dərhal telefonu götürdü.

-Dur gedək,-telefonu söndürəndən sonra Evelinə dedi.

-Nəsə olub?-Evelin bütün gecəni yata bilmədiyindən gözləri ağrıyırdı və onları əlinin arxası ilə ovuşduraraq stuldan qalxdı.

-Lizzi rəsmi bitirib.

-Belə tez?-Evelin çantasını çiyninə asdıqdan sonra getməyə hazır idi.

-Gedək baxaq,-deyə Zen qapını açaraq həyətə düşdü. Evelin bütün gecəni yatmadığından Zen maşını idarə etməyi ona tapşırmadı və özü qabağa keçərək avtomobili işə saldı. Evelin dərhal arxa kresloya keçərək qapını qapatdı və yola düşdülər.

Arina qapını açdıqda Evelin səbrsizbir şəkildə içəri daxil oldu və birbaşa Lizzinin otağına doğru getdi. Lizzi yatağında uzanmış, yarıyuxulu görünürdü. Masasının üzərində isə tamamlanmış şəkil vardı. Evelin yaxınlaşaraq şəklə daha diqqətlə nəzər saldı: ağ vərəq üzərindəki qeyri-adi qarışıqdakı rənglərlə görünməz olmuşdu...Daha çox tünd rənglərin işləndiyi rəsm kosmosun təsviri idi. Evelin astronomiya bilirdi, lakin ulduzları heç vaxt tam yaxından görmək imkanı olmamışdı. Lizzi isə görünür halusunasiyasında məhz kainatı görmüşdü. Bənövşəyi-qara fəzada parlaq ulduz topaları, planetlər və meteorlar təsvir edilmişdi. Lizzi öz xəyal dünyasını və gördüyü qeyri-adi halusunasiyaları yaşına görə xüsusi mükəmməlliklə kağıza həkk etmişdi. Evelin heyran olmuşdu və sevincli idi: görünür onun həbləri uşaqlarda işə yaramışdı. Masadan çəkilərək şəkli Zenin də görməsinə şans yaradıb, Lizzinin yatağının kənarında oturdu. Artıq tamamilə yuxuda olan qızın sarışın saçları sığallayaraq üzündən çəkdi və bir müddət bu yatmış mələyi izlədi. Lizzi onun gələcəyi, onun uğuru olacaqdı. Evelin bundan artıq daha nə istəyə bilərdi ki?

Həblərin ilk dəfəki uğuru onlardan ikinci dəfə istifadə edilməsi üçün Arinanı yola gətirdi. Lizzi də bu qərara sevinmişdi: əvvəlkindən fərqli olaraq bu dəfə tez-tez gülümsəyir, halusunasiya ilə bağlı soruşulan suallara həvəslə cavab verirdi. Və beləcə ikinci gecə də Lizzi halusunasiya həbindən istifadə edəcək, gördüklərini kağıza çəkəcəkdi. Evelin səbirsizliklə sabahı gözləyərək yenə də Zenlə birgə laboratoriyaya qayıtdı. Zenin israrlarına baxmayaraq Evelin yata bilməyəcəyini bilirdi, odur ki, günortanə yuxusunu alaraq, gecəni də laboratoriyada başını işlə qarışdırmaqla keçirdi.

Lizzi həbi ağzına qoyaraq yatağına girdi. Həyəcandan yata bilməyəcəyini fikirləşirdi, lakin yuxuya getməsi sadəcə yarım saatını aldı. Sonra sanki heç bir dəqiqə keçməmiş kimi qəflətən yuxudan ayıldı. Halusunasiya həblərini xatırlayan kimi dərhal başını yuxarı qaldırıb yuxarı baxdı: tavan yerinə yenə o ulduzlu səmanı görməyi arzulasa da, otağın tavanı yerində idi. Sonra gözünün kənarı ilə otaqda bir hərəkətlənmə hiss etdi. Başını sola çevirib pəncərəyə baxdıqda gördüklərinə inana bilmədi. Yerindən atılıb pəncərəyə doğru qaçdı və şüşədən boylandı:elə bu an ağ-narıncı zolaqlı balığı gördü. Balıq çox böyük idi, hətta Lizzidən daha böyük olardı. Lizzi heyrətdən ağzı açıq halda quyruğunu oynadıb pəncrə qarşısında o tərəfə-bu tərəfə üzən kloun balığını izlədi. Balıq üzərək pəncərədən uzaqlaşdıqda Lizzi ətraf aləmin tamamilə su ilə qaplı olduğunu gördü. Bu balaca köpüklü okeanda bayaqkı balıqdan yüzlərlə vardı. Lizzi al-əlvan balıqların ora-bura tənbəl-tənbəl üzməsini izləyərkən heç gözləmədiyi bir şey daha oldu: o səslər eşitdi. Bu ilk dəfə idi, o halusunasiyada heç vaxt səs eşitməmişdi. Bu isə səsdən daha çox musiqi idi. Melodiyalar küləyin köməyi ilə uzaqlardan gətirilmiş kimi qırıq-qırıq və boğuq idi. Sonra musiqi içərisində insan səsinə bənzər bir səs də eşitdi. İncə, məlahətli qız səsi okeanın içərisi ilə, balıqların arasından keçərək Lizzinin qulaqlarına çatdı. Bu musiqi Lizzinin bu günə qədər eşitdiyi musiqilərdən fərqlənirdi. Bu musiqidə, qızın səsində bir arzu, sevgi vardı. Qız sanki onu səsləyirdi, onu bu okeanın dərinliklərinə doğru çəkirdi. Lizzi pəncərəni açmaq istəyirdi, ancaq bu qədər suyun otağına dolacağından qorxurdu. Sonradan bütün bunların halusunasiya olduğunu xatırladı və pəncərəni açarsa, nə baş verəcəyi ilə bağlı onu maraq hissi bürüdü. Pəncərənin dəstəyindən tutub çevirdi və açdı. Elə bu an öz otağı təzyiqlə su ilə doldu. Lizzi suyun içərisində üzürdü, lakin bütün bədənini quru hiss edirdi. Əlvan kloun balığı da su ilə birgə otağa daxil oldu və Lizzi əlini uzadaraq balığın parlaq pulcuqlarını sığallamağa başladı. Suyun içində olsa da, rahat nəfəs ala bilirdi, amma onsuz da bunlar həqiqət deyildi. Lizzi nə vaxt yuxuya getdiyini bilmirdi, ancaq ikinci dəfə ayılanda üstü açıq yatağında uzanmış və başını tərs tərəfə qoymuşdu. Lizzi heç vaxt itirmədi və masada əyləşərək gördüyü o halusunasiyanı yaddaşında qaldığı qədər ilə kağıza köçürməyə başladı.

HalusunasiyaWhere stories live. Discover now