İşıqlı dünyaya addım

95 18 13
                                    

 Və bir anda sehir qeyb oldu. Bayaqkı işıqlı dünya, daş qalaqlar və ulduzlu gecə də. O naməlim qızın melodiyası da. Hər şey bir anda yox olaraq Lizzinin kiçik, sıxıcı yataq otağına çevrildi. Lizzi halusunasiyanın bitdiyi anladı. Ümidləri qırılmış, xəyalları və arzuları əlindən alınmış kimi səssizik və qaranlıqda dayanıb boşluğa baxdı. Lizzi bu dünyada qalmaq istəmirdi. O bayaqkı halusunasiyada gördüyü o yaşıl, işıqlı dünyada yaşamaq istəyirdi. Buranın benzin iyi verən çirkli havasını udmaq, boş səhralıq və çöllük ərazilərdə qurulmuş hündür binalardan başqa bir şey görməmək, sirli qızın oxuduğu o nəğmənin yerinə avtomobil və inşaat səslərinə qulaq asmaq istəmirdi. Lizzi yaşının azlığına baxmayaraq buraya aid olmadığını hiss edirdi. Rəssamlıq istedadı burada heç vaxt irəliləyə bilməyəcəkdi. O bir daha görməli idi, naməlum cığırın apardığı günəşli dünyanı bir daha görməli və oraya addım atmalı idi.

Lizzi masanın altındakı şkafın aşağı gözündə halusunasiya həblərini tapdı. Anası onları gizlətməyi ağlına belə gətirməmişdi. Lizzi birini götürüb dilinin üzərinə qoydu. Sonra həbin birinin yaratdığı halusunasiyanın bir-iki dəqiqə olduğunu xatırladı. Bəlkə də bir neçə həbi birgə atarsa, onda halusunasiyanın vaxtı uzanardı? Lizzi gördüyü dünyanı gəzmək üçün daha çox vaxta ehtiyac duyurdu. Geri qalan üç həbi də götürüb dilinin üzərinə qoydu və yatağına uzandı. Yuxuya getməmişdən qabaq gördüyü dünyanı düşünrdü. Bəlkə Evelin elə bir dərman düzəldə bilərdi ki, bütün bu halusunasiyalar gerçək olsun? Ya da daha uzun müddət baş versin? Bəlkə də Lizzi özü böyüyəndə kimya təhsili almalı və Evelinə belə həblər hazırlamaqda kömək etməli idi? Lizzi bütün bu düşüncələr içərisində, üzündə hüzurlu bir gülümsəmə ilə yuxuya daldı və bir daha gözünü bu dünyada açmadı. O, daha işıqlı bir dünyaya addım atmışdı.

Telefon qəflətən zəng çalarkən laboratoriyada yuxulamış Zen oyandı. Gecə yarısına kimi maddələr üzərində işləyərkən Evelinlə birgə elə laboratoriyada yuxuya getmişdilər. Telefonu açaraq qulağına tutdu:

-Bəli?

Evelin də oyanaraq yorğunluqdan qızarmış gözlərini ovuşdurdu. Telefonla danışarkən Zenin üzü kağız kimi ağardı və sonda Zen telefonu söndürüb Evelinə baxdı.

-Nə olub?-Evelin birdən təlaşa düşdü.

-Lizzi ölüb.

İkicə söz. Sadəcə ikicə söz və Evelinin ürəyi atmağı dayandırdı. Bütün bədəni soyuduqda əslində Lizzidən çox özünün daha ölü olduğunu başa düşdü. Zenin dediklərini inkar belə etmədi. Titrəyən ayaqları ona imkan verdiyi qədər qapıya doğru yeriyib laboratoriyadan çıxdı. Zen də ildırım sürəti ilə onun arxasınca çıxdı və maşına oturdu.

Evelin həyatında heç bu qədər qorxduğunu xatırlamırdı. Maşını bacardığı qədər sürətlə idarə edir, sanki oraya daha tez çatarsa, Lizzinin ölməsinin qarşısını alacaqdı. Amma Lizzi artıq bu dünyadan getmişdi. Evelin nə qədər öz-özlüyündə bunu inkar etsə də, ürəyinin dərinliklərində daim bunun olacağını sezmişdi. Ən pisi isə bu idi ki, baş verənlərin günahı onda idi.

Qapını açan çox güman ki, Lizzinin atası idi. Evelin içəri girmək istədikdə onu geriyə itələyib özü çölə çıxdı və qapını arxasınca qapatdı.

-Lizzi həblərin hamısını içib,-atası boğuq səslə dilləndi. Evelin başını qaldırıb kişinin üzünə baxdı: gözləri qıp-qırmızı idi. Evelin Arinanın harada olduğu haqqında maraqlanırdı. Ancaq çox gözləməli olmadı. Qapı arxasınca ayaq səsləri eşidildikdə, gələnin Arina olduğunu başa düşdü. Arina qapını açıb çölə çıxdı və düz Evelinin qabağında durdu. Gözlənilmədən ona şillə vurdu.

HalusunasiyaWhere stories live. Discover now