Ağ vərəq

67 10 3
                                        

Bu gün ailəmlə birgə bir qonaqlığa getdik. Lənət olsun! Həyatımın düz iki saatı boşa getdi...

Ən birincisi hər zaman olduğu kimi  ayaq üstü salamlaşma sonra bir az divanda oturub söhbət. Sonra yemək masası arxasımda söhbət və gombul yekə qarın bir xalanın mən tox olduğumu dediyim halda mənim ağzıma yemək soxuşdurması. (Bu xalanı indi əlimin altında olan iti stake bıçağı ilə düz ürəyindən bir- iki dəfə bıçaqlamağım və onun yemək yedizdirdiyi son uşaq olmağım məncə saniyələr çəkməz) Amma heyif düz bunları fikirləşdiyim vaxt  anam gəlib xalanın yanında oturdu və başladılar söhbət etməyə. (Çox sağol mama) Dedim içimdən (Vaxt keçdikcə cənnətin sənin ayağın alta olmasına daha da, inanıram) Düz deyirdim ki, bu xaladan canım dincəldi heç beş dəqiqə keçməmiş xalanın arıq, çəlimsiz, çox danışan və bu uşağı tanıdığım günə lənət oxuduğum oğlu gəlib məni otağına komputer oynamağa dəvət elədi. Getmək istəmirdim amma mamam məni güclə o sıxıcı otağa yolladı. Oğlan ancaq danışır və o danışdıqca mənim beynimdə tək sual yaranır. (Görəsən heç öz danışığında bir məntiq tapabilir?) Yəqin ki, cavab hə olar. Çünki, tapmasaydı bu qədər boş boğazlıq eləməzdi. O, oyunlardan danışır sonra kinolara keçir. Sonra necə olursa mənə ilk sevgi hekayəsindən danışmağa başlayırdı. O danışdıqca mən otağın pəncərəsini açdım. Sonra pəncərədən aşağı baxmağa başladım. Maşınlara baxdım, insanlara baxdım. Sonra həyatı sorğuladım və bir də, o bu müddəti susmadan danışmağa davam edirdi... Əllərimə baxdım fikirləşdim ki, məni kim necə yaradıb. Fikirləşə-fikirləşə pəncərədən aşağı əyildim. Sonra bir az daha əyildim. Sonra bir az... bir az... bir az gözlərimi yumdum dedim ki, mən artıq suallarıma cavab tapacağam amma birdən... Kimsə mənə dedi:

-Orxan neynirsən? (Bu Allah idi? Son anda məni bu yoldan çevirən? Bəlkə də, onun mənə yazığı gəlmişdi? Mən göyə baxaraq onunla danışırdım? O, bir daha dedi)

- Ay, Orxan!

- Allah?

- Ay, tupoy!

-Tupor?! Kim mən? Sən dəqiq Tanrısan?

- Ay, gic mənəm atan arxana bax. Gedirik gəl

Allah sandığım sən demə atamimiş. Biz çıxış qapısına gedənə qədər gombul xalanın oğlu yanımda gəlir və yenə danışırdı. GÖT!...

- Sonra nə oldu Orxan? (psixoloq mənə baxaraq soruşdu)

-Heç. Biz evə qayıtdıq.

-Yaxşı bu günkü seansın vaxtı bitir. Sabah qaldığımız yerdən davam edərik. Mamaya denən seansların pulunun vaxtı da, gəlib.

Ehhh. Psixoloqda GÖT çıxdı




People in my headStories to obsess over. Discover now