– Orxan, o gün sənin yazılarını oxudum.
– Necə idi xoşuna gəldi heç olmasa?
– Xoşumam gəldi gəlməyinə amma bir az da, qorxuya düşdüm.
–Nə qorxusu?
– Sənə təcili bir dənə psixoluq lazımdı. Bütün hekayələr ya, ölümlə bitir ya, cinayətlə yada ki, intaharla.
– Bunların üçüdə elə ölümdüdə.
– Sözümü fırlatma sən başa düşdün mən nə demək istədim.
– Offf... dəli filan olmamışam, psixoluq yanına da, gedirəm. Hər nə qədər bir xeyri olmasada.
– Bunlar normal hərəkətlər deyil. Sən məncə yazmağa fasilə ver.
– Mən yazmasam yaşaya bilmərəm. Hər dəqiqə beynimdə nəsə bir hekayə yazıram istəsən indi bu dəqiqə 3 söz de onlar haqqında yazım.
– Yaxşı. Saat, Toz, Vərəq
"Hər birimiz əslində oturub fikirləşsək görərik ki, bu boyda kainatda əslində tozuq. Bəlkə də, ondan daha balaca varlıqlarıq. Lakin özümüz öz gözümüzdə necə də, böyük görsənirik. O qədər də, böyük deyilik. Çox ağıllı varlıqda deyilik amma çox egoistik və beyni format olmuş robutlardan da, başqa bir şey deyilik. Hər gün planlarımızı saata görə bölürük, işlərimizi düz-qoş edirik və hər günü şablon yaşayırıq. Bir il ərzində bəlkə də, sadəcə bircə dəfə fərqli bir gün keçiririk. Heç olmasa həyatımızı öz istədiyimiz kimi yaşayaq. Ömür vərəqləri həyat kitabından bir-bir cırılır. Vaxt azdı biz oyanana qədər nə yanımızdakılar qalacaq nə də, biz. Niyə görə yatanda xəyalını qurduğumuz həyatı yaşamayaq? Bunun qarşısını nə kəsir maddi imkansızlıq? Pul hər şey deyil bunu başa düşmək lazımdı. İstədiyin həyat milyon dollar pul tələb edə bilər amma sən yanındakılarlada xoşbəxt ola bilərsən."
– Bəs niyə olmuram?
– Çünki görməmişsən. Əlindəkinə şükr etməktənsə daha çox istəyirsən. Başa düşdün?
– Aha... Çox yaxşı
– Hekayədə sənin dediyin sözləridə işlətdim.
– Amma bu səfər ölüm olmadı.
– Oldu-oldu mən danışa-danışa sənin beynin iki dəfə ölüb dirildi..