Ölüxanadan Gələn Adam

250 21 4
                                    

Qaranlıq... Qaranlığı hiss elə... 
Soyuq... Buz kimi soyuq. Bəlkə də, ondan da, soyuq. Qaranlıq və soyuq başqa heçnə yoxdu. Bir azdan beynimi qurdlar yeyəcək, bədənim də, yavaş-yavaş çürümə başlayacaq vaxt keçdikcə yox olub gedəcəyəm. Qorxuram həmdə çox qorxuram... Yanımda bircə o var amma o da, mənə səs vermir. Yanlız qalmışam hər zaman olduğu kimi. Onunla çox gözəl vaxtlarımız olub. Bədənlərimiz isti yataqda görüşə bilməsə də, soyuq məzarda görüşdü. Biz indi bir yerdəyik bir torpağın altında. Çox qəribədir hər zaman bizim bəxtimiz elə gətirib ki, hara gediriksə, gedək yanaşı düşürük. Restoranda, məktəbdə, universitetdə və məzarda da, yanaşı düşdük. Mən ona heç bir zaman öz sevgimi deyə bilmədim bu da, bir dərd... İndi çox peşmanam bəzən vaxtında hərəkət etmək lazımdı. Bəzən gələcəyi düşünmədən hərəkət etsək bəlkədə ən doğrusu olar. Ah..ah... Onu ilk dəfə görəndə yerimdə donub qalmışdım. Elə bil kimsə məni hərəkət etməyə qoymurdu. Sinif qapısının yanında durmuşdum o da, yanıma gəldi növbəti dərsin nə olduğunu soruşub getdi. Mən heç bilmədim ona düz cavab verdim ya, yox. Ancaq baxa-baxa qalmışdım. Heyif o gündən... Gərək elə o anda ona qolundan tutub deyərdim. Burda düşünməyə çox vaxt var. Onsuz da, başqa bir şey eləmək olmur. İndi yadıma düşdü görəsən o nədən ölmüşdü? Mənim ölümümdən bir neçə gün sonra yanıma onu gətirdilər amma ölüm səbəbini bilmədim. Özümü çox aciz hiss edirəm...çox aciz. Mənə görə- 

"Ən böyük  müdriklik ən aciz olduğunu anlamaqdı..."

- Orxan, ayıl bala. Səhərdən burda dərs başa salıram sən özündən axıb getmisən.

 Müəllimə Orxanın partasına yaxınlaşıb bu sözləri dedi. Orxan gözlərini səhərdən ayırmadığı pəncərədn çəkdi.

- Ay bala, bu gedişlə sən universitetə girə bilməyəcəksən fikrin dərsdə olsun. Elə bil, ölüxanadan gəlmisən key kimisən.

Orxan müəllimənin üzünə bir müddət baxdıqdan sonra yenə pəncərədən çölə baxmağa başladı. Xəyallarında yaratdığı dünyaya həbs olmuşdu. Artıq ordan ayrıla da, bilmirdi. Bir müddət sonra yenə qaranlıq, yenə soyuq, yenə zülmət .


People in my headDonde viven las historias. Descúbrelo ahora