Aysel məndən bu gün niyə bir təhər olduğmu soruşdu mən də, güclə xəstəyəm dedim. Yazıq qız heç mənim xəstəliyimi də, bilmədi. Tez-tez saatıma baxırdım saatın əqrəbləri irəlilədikcə ağrılara nə qədər tab gətirəcəymi bilmirdim. Vaxtıma az qalmışdı... Bildiyim təkcə bu idi. Parti səhərin ilk işıqlarna qədər davam elədi biz də, o vaxta qədər bayırda oturduq mən artıq bədənimi his eləmirdim. Aysel günəş doğan zaman başını sinəmdən qaldırdı və dedi:
- Bax günəş çıxır.
Sonra məni əlləri ilə qucaqlayıb sözünə davam etdi
- Yaxşı ki, yanımdasan.
Bədənim artıq bu qədər ağrıya tab gətirmirdi başımı Ayselin çiyninə qoydum və əlindən tutdum burnumdan qan axmağa başladı nəfəsim get-gedə yavaşladı və bir qədər sonra iki-üç saniyəlik fasilələrlə nəfəs almağa başladım. Son dəfə dərin nəfəs aldım burnuma Ayselin hər zamankı qoxsu gəldi. Sonra dənizdən gələn dalğa səsləri beynimdə fırlanmağa başladı. Artıq küləyi daha yaxşı hiss edirdim. Sanki dərim nazikləşmişdi külək üzümə dəydikcə qıdığım gəlirdi. Son dəfə onun gözlərinə baxdım...
-2011-
- Nə olub yenə gözlərimə baxa-baxa qalmısan?
- Heç... sadəcə fikirləşirdim
- Hmm... Nəyi?
- Səninlə çox maraqlı günlər keçirtmişəm... Vaxt çox tez keçir və mən istəyirəm ki, sən həmişə mənim yanımda olasan. İkimiz də, qoca nənə və baba olaq.
- O vaxt gəlib çatanda sən məndən bezərsən.
- O vaxt gəlib çatanda da, mən sənin gözlərinə eyni hisslərlə baxacam... Söz..
-2012-
Onun gözlərinə son dəfə baxdım və başımı çiyininə qoydum. Asta-asta gözlərimi bağladım. Küləyi, onun qoxusunu hiss elədim və üzümdə kiçik bir təbəssüm yarandı... Kiçik bir təbəssüm
Cavid 2012 6 noyabr səhəri müalicə almadığı üçün xəstəliyin irəlləməsi nəticəsində vəfat etdi.
