Bir gün dönəcəksən bilirəm geri,
Görəcən hər şeyi vermisən hədər.
Nə qalıbdır bizim o görüş yeri,
Nə də, qalıbdır qədim o doğma şəhər.
O köhnə məhlələr dağılıbdır,
Ya parkdı yerində ya da, göydələn.
Sanki, Bakı səndən ilham alıbdır,
Necəki tamamən dəyişmisən sən.Qarlı və soyuq günlər səni yadıma salır. Sənin kimi soyuq bir insan necə ola bilərdiki qışı sevməsin? Parkda bir yerdə gəzişəndə soyuqdan qızarmış burnun və yanaqların üz cizgilərinə çox yaraşırdı. Bəlkədə bunu bəyənən təkcə mən idim çünki sənə bunu nə vaxt desəm hirslənərdin. İndi fikirləşirəm biz necə oldu ki, bu vəziyyətə düşdük? Bir-birimizə söz vermişdik o gün kafedə oturub baxışanda amma ikimizdə sözümüzdə dura bilmədik. Bir mənasıda yoxdu düzü sənə yazmağımın çünki bilirəm ki, oxuyanda deyilsən. Xətrinə dəydim son görüşdə bağışla... Hər şeyə görə məni bağışla getməliyəm. Hər zaman mənə deyərdin ki, biz bu dünyanın adamı deyilik doğurdan da, bu belə idi. Məni başa düşən tək sən var idin səndə getdin. İndi tək qalmışam... Vidalaşmaqdan xoşum gəlmir bunu yaxşı bilirsən amma bunu etməliyəm.
Adios Amigos
(Bu sözlərdən sonra ölü bədəni bir ipdən asılı vəziyyətdə tapıldı. Geridə buraxdığı bir məktubla...)