Düzəldildi.
-"Amil oyan qalxmaq vaxtıdır.Məktəbə yenə gecikəcəksən."deyə nənəsi Amili yuxudan oyatmağa çalışdı.
-"5 dəqiqə də yatım duracam."dedi Amil yuxulu səslə,hələdə yuxudan ayıla bilmirdi.
-"Cəld ol Amil."
-"Aha yaxşı."dedi Amil.Lakin hələdə gözləri açılmaq bilmirdi.
Gecə gec yatdığından dura bilmirdi.Hər gecə yerinə tez girər gözün divara zilləyib niyə belə həyat sürdüyünü düşünərdi.Axı niyə bu qədər insan varkən o deyə düşünərdi.
Amil körpə vaxtından nənə babasıyla böyümüşdü çünki ata anasınan ayrı yaşayıb.Həmişə ata ana sevgisinin nə olduğunu bilməyib.Valideynləri vətənə 2 həftəliyinə gəldikdə yalnız 3 gecə görə bilirdi.Çünki valideynlərin gəlişi çox vaxt yaz yada payız fəslində gələrdilər.Həmin vaxtlarda dərslər olduğundan balaca Amil məcbur məktəbə gedirdi.
Artıq Amilin hal hazırda 13 yaşında idi və çox şeyi anlayırdı.Çox şeyin üstəsindən özü gəlirdi.Dalaşırdı döyülürdü lakin evdə heçkəsə deməzdi.Qəlbində həmin günün intaqımın bəsliyirdi.Zaman çatırdı intiqamın alırdı.Hər davadan sonra isə uşaqların valideynləri tərəfinən danlanırdı.Amma Amili pis edən o danlanmalar deyildi.Amili pis edən həmin uşaqların valideynlərində yanında idi və onları qoruyurdu.Buna görə ağladığı neçə gecələr var,gözyaşlarını tuta bilmədiyi gecələr...
Aylar bir-birini yolla saldıqca Amildə dərk edirki o təkdi.Hər şeyi yetişkin insanlar kimi özü həll etməlidit.Zamanlada buna nail olmuşdu.***********************
Səhərin ilk işıqları Amilin otağına düşürdü və Amil bu günəş işıqları ilə gözlərini araladı.
Amil yerindən qalxıb paltarın geyindi.Hamama girib əl-üzünü yuduqdan sonra isə mətbəxə keçib səhər yeməyini yedi.Yeməyini yedikdən sora isə çantasına birdə baxdı və hər şeyin yerində olduğunu görüb çantasın ağzın bağladı.Çantasın çiyninə salın ayaqqabısınıda geyinib məktəbə getdi.Hər zamankı kimi yol boyu özünün məhşur futbolçu olduğunu düşündü.Çoxlu pul maşınlar evlər paltarlar,qısacası ideal bir həyat...
Amil hər şeyi bildiyi kimi qızlarlada yaxşı vaxt keçirmək olduğunu bilirdi.Amma Amil həmişə öz sevgilisinin bu zirvədə olmasını istəyirdi.Məhşur futbolçu Amilin sevgilisi dedikdə bu onun uşaqlıq sevgisi olan qız olmalı idi.Bu fikirlərlə Amil məktəbə çatdı.Amil məktəbə tez gəldiyindən məktəbin idman zalına keçdi.Hər nə qədər Amil futbolçu olmaq istəsədə o basketbolla məşqul olurdu.Basketbolla yanaşı həndbollda oynanılırdı.Amil basketbolda müəllim köməkçiliyi edib həmdə oynayırdı şəxsi uğuru yox idi.Komanda ilə birgə uğurlar qazanmışdı.Lakin həndbolda əvvəllər oynaya bilməsədə indi özü güclü oyunçu hesab edilirdi.Bu oyunda oyunu həmişə həll etməyə çalışırdı.Buda uğurla alınırdı onda
Zala girib yenə öz basketbol topunu götürdü.Atışlar etməyə başladı.-3 xallıq toplar ata bilirəm bəs nə üçün yarış zamanı alınmırki? Səbəb nədi?
Bunu özünə deyərək yenədə davam etdi.Müəllimi gəldi və Amiıin yenə məşq etdiyini gördü.Müəllim həmişə onun məşq etməsini sevirdi.Çünki nailiyyət qazanması üçün əlindən gələni edən birini sevirdi.
Həyatda belədi heç vaxt bezməyən birini sevir və qiymətləndirir...
***************
Əziz oxucular rəy bildirib bəyənməyi unutmayın.Zamanla bölümlər çoxaldıqca maraqlı olacaq.Oxuyan hər kəsə təşəkkürlər
YOU ARE READING
Yadigar
AdventureKitabda baş qəhrəman Amildir.Amilin başına gələnlərdən bəhs olunur.Həyatda başına gələn qeyri-adilikdən Kitab təxəyül olsada həyata əsaslanan yerləridə çoxdu... Kitabda bölüm artdıqça daha maraqlı olacaq.Oxuyub dostlarınızada təklif etməyinizi ümi...