Yarışmadan sonra Amil dəyişdi.Məktəbdə hər kəs Amilinin oyunamağınan danışırdı.Amil bu şöhrətə görə sevinirdi.Hər kəs tərəfinən diqqət mərkəzində olmaq yaxşı bir şeydi.
Amil yarışdan sonra bir az diqqət mərkəzinə çevrildi.Birdə ilk heyətə daxil olma şansı çox idi.Amil həmişə məşqlərə davamlı şəkildə gəlirdi.Məşqini edirdi.Hər gün irəlləyirdi.Dərslərdə həmişə öz axarında gedirdi.
Belə belə günlər keçdi.Amil bir gün dərsdən qayıtdı.İçəri girən kimi nənəsi:
-Amil sabaha mamangil gəlir
-Ana doğurdan?!
-Hə.Bir az qabaq zəng edib dedilər
-Xeyr ola?
-Nənin vəziyyəti pisləşib.Həkimə aparacaqlar
-Allah şəfa versin.Nahid hardadı?
-Nahiddə gəldi yeməyini yeyib getdi həyətə
-Hə bildim...
Nahid Amilin qardaşıydı.Amildən 3 yaş balaca idi.O əvvəllər ata-anasıyla qalsada təhsil almağa nənə-babasının yanına göndərilmişdi.Nahid Amildən fərqli olaraq kök istiqanlı qaraqabaq zarafatcıl deyildi.
Amil paltarlarını dəyişib.Mətbəxə nənəsinin yanına keçdi.
-Ana nə edim?Kömək lazımdı?
-Otaqları səliqə-səhmana sal.Tozlarıda alarsan
-Yaxşı Anam-nənəsinin üzünən öpdü
-Yemək ye sonra
-Yemişəm məktəbdə
Amilin nənəsin ayaqları tutulduğundan oturaq həyat sürürdü.Hərəkət etməsi çox çətindi.Amil hər zaman onun sözünə qulaq asıb ev işlərini görürdü.Amil hər şeyi başa saldığından bilirdiki Amil çox yaxşı iş görürdü.
Amil 2 saat ərzində hər yeri səliqəyə salmışdı.
-Ana işimi bitirdim
-Lap yaxşı
-Ana dərslərim azdı.Düşüm həyətə çıxaramda yarımsaata
-Buralarda olki səni çağıra bilim
-Yaxşı anacan
Amil həyətə düşüb bir az dostu Rasimlə söhbət etdi.Sonra evə qalxdı.Yemək yedi.Dərslərini etdi və yatdı.Səhər məktəbə oyanıb durdu getdi.Bu gün sevincək idi.Dərslər çox gec gedirdi onunçün.Ama məcbur gözləməli idi zamanı.
Dərslər bitdi Amil evə getdi tez.Amil evə girdi:
-Anacan gəlmiyiblər hələ?
-Gəliblər amma kənddədilər.Axşam yəqin gələrlər bura
-Hə lap yaxşı
Amil paltarını dəyişib tez gəlib yeməyə oturdu.Yeməyini cəld bitirib keçdi dərslərinin arxasına.Dərslərini tez etdi.Yenə evləri səliqəyə saldı.
-Ana gedirəm babamın yanına.
-Yaxşı
Amil babasının işlədiyi yerə getdi
Amilin babası köhnə qonşusunun yanında işləyirdi.Hesabat işinə baxırdı.Amilin Babası zamanında yaxşı vəzifələrdə işləmişdi.Lakin dürüst adam olduğundan rüşvət almırdı.Buna görədə normal şəraitə malik idi.Digər insanlardan fərqlənməyi yalnız maaşı standartında olmuşdu
Amil babasının yanına gəldi.Babası oturub çay içirdi
-Nuş olsun
-Sağol.Gəl sənədə verim
-Yox.İstəmirəm
-Nə yaxşı gəldin?
-Dedim gəlim görüm neynirsən?Bekar idim gəldim
Babasının yanında oturub babasıyla evə getmə vaxtını gözlədi.Vaxt çatdı evə qayıtdılar.Evdə heç kimi görmədi.Pis oldu.Nənəsi dediki sabah yola çıxırlar.Nənəni əməliyyata aparırlar.Amil başa düşüb heç nə demədi.Yeməyini yeyib gedib televizor izlədi.Sonra yuxusu gəlib yatmağa getdi.
Amil günlərlə ata-anasın yolunu gözlədi.Amma gəlməmə səbəblərini başa düşürdü.Nənəsi xərçəng xəstəsi olduğundan tez-tez əməliyyat olunmalı olurdu.Buna görə nənəsinin yanında qalıb qayğısını çəkirdilər
Bir gün səhər Amil telefon səsinə oyandı.Bu babasının telefon zəngi idi.Amil babasının nə danışdığına qulaq asıb nigarançılıq keçirtdi.Babası telefon zəngini bitirib:
-Zəhra tez hazırlaşın gedirik kəndə
-Nolub?
-Sevinc dünyasın dəyişib
-Nə?Nə danışırsan sən?
Amillə Nahid bu xəbərə çox pis oldu.Tez hazırlaşıb getdilər kəndə.Kəndə çatdıqda artıq hər şey hazır olunmuşdu.Həyətə mağar salınmışdı.Həyət dolu maşın idi.Amillə Nahid maşınan düşüb cəld analarının yanına qaçdılar.Anaları görüb övladlarını daha da pis oldu.Göz yaşlarını saxlayammırdı.
Bir müddət heç kim dinlənməsədə Amil qəfil:
-Yaxşı mama ağlama.Bizdə gedək atanın yanına
-Babagillə gəldiz?
-Hə
-Hardadılar?
-Orda-əlini maşın olan istiqamətə uzatdı
Atasıylada görüşdülər.Axşama yaxın Babasıgil evə getmək istədi:
-Sadiq uşaqlar burda qalır?
-Bilmirəm Şəfiqədən soruşmaq lazımdı
-Hə.Bir az tez ol gedək bizdə qaranlığa qalmayaq
Sadiq maraqlandı.Uşaqların bu gecə burda qalmaması yaxşı olduğuna qərar aldılar.Uşaqlarda Babasıgillə qayıtdı.Nahid bir az pis olsada Amil başa düşürdüki qalmağa yer yox idi.Beləliklə qayıtdılar evə
********************************************************************************************
Əziz oxucular.Günü-gündən sizlər sayəsində kitabın baxış sayı artır.Vote və rəyləriniz sayəsində dahada həvəslənirəm.Bildirdiyiniz hər 1 rəy mənimçün həvəs yaradır.Yaxşı və ya pis rəy fərq etməz.Çünki hər biriniz bildirdiyiniz rəy sayəsində bilirəmki nəyi necə etmək lazımdı.Hər biriniz Cansız dəstəyə görə çox sağolun
YOU ARE READING
Yadigar
AdventureKitabda baş qəhrəman Amildir.Amilin başına gələnlərdən bəhs olunur.Həyatda başına gələn qeyri-adilikdən Kitab təxəyül olsada həyata əsaslanan yerləridə çoxdu... Kitabda bölüm artdıqça daha maraqlı olacaq.Oxuyub dostlarınızada təklif etməyinizi ümi...