2 Bölüm(Onun günü)

63 14 4
                                    

Düzəldildi.

Amil müəllimlə yarışlarla bağlı söhbət etdi.Müəllim Amilə əslində daha çox həndbola üstünlük verməsini istəyirdi,beləliklə eləcə o bunu dilə gətirdi:
-Həndbol yarışındakı hakim yadındadır? O sənin həndbola olan həvəsini və nailiyyətlərini bəyənmişdi.Davam eləsən yığmaya qəbul ola bilərsən.Özünü ən çox buna hazırla,başa düşürsən?
-Başa düşürəm amma mən məşhur olmaq istəyirəm.Basketbolu çox pis oynuyuramki?
-Yox amma Amil sən istə amma heçnə etmə bu alınmır.Gərək sən basketbolla çox məşqul olasan.Həndboldasa uğurun var yəni həndbolu inkişaf elətdir.
-Başa düşdüm amma yenə Basketbola dəvam edə bilərəm.Yarışlarada gedə bilərəmdə onu nəzərdə tuturam.
-Əlbətdə.
Həmin bu an Eşqin gəldi.Eşqin Amilin sinif yoldaşı idi.Sarışın yaşıl göz oğlan idi lakin bu xüsusiyyətə baxmayaraq yaraşıqlı deyildi.Bəlkədə uzun boy deyildi onun üçün.Amma hələ 13 yaşındaydı gələcəkdə necə olacağı ondan aslıdı.
-"Amil dərs başlıyır,gecikəcəksən gəl"deyə Eşqin Amili səslədi.
-"Gözlə gəlirəm.Müəllim saat neçədə gəlim məşq?"
-"Saat 8-də."
-"Oldu hələlik."
Amil Eşqinlə sinifə getdi.Amil dərslərlə çox maraqlanmırdı.Keçən ilə kimi sinifin ən yaxşı oxuyanlarınan idi.Keçən il riyaziyyat müəllimi haqqsız yerə qiymətini kəsdikdən sonra oxumağın daşını atdı.Hər dəfə ona oxu dedikdə oxusamda qiymətim kafidi deyə cavab verərdi.Özümü niyə yoruram?
Bu fikirlədə oxumaq istəmirdi.Qiymətləridə "kafi" idi.Ancaq idmanla məşqul olurdu.Tənəffüslərdə belə zala gedər özünün gələcəkdə məşhur olacağına inandıraraq məşq edərdi.
Dərslər sonunda bitdi.Amil sinif yoldaşlarıyla sağollaşıb zala daxil oldu.Uşaqlar gələnə kimi top atışları etməyə başladı.Uşaqlar gəldikdə soyunma otağına keçdilər.
-"Salam necəsiz?"
-"Həkimsən?"
-"Allah ağzınan eşitsin."
-"Həkim olmaq istəyirsən?"
-"Yox nə olsa hazıra nazır."
-"Halva-halva deməklə ağız şirin olmur."
-"Onda niyə deyirsən?"
Uşaqlar belə dialoq qurarkən müəllim içəri girdi.
-"Cəld olun."
-Axrıncı gələn növbətçi qalı-deyərək Murad səsləndi.
Hər kəs tez paltarın geynərək zala girdi.Hamı özünə aid topunu götürüb atışlar etməyə başladı.Amilin topu qırmızı sarı göy rəngdə digərlərinən fərqlənən tərzdə idi.Bir müddət sonra məşq bitdi.Müəllim uşaqları başına yığdı
-5-ci gün yarışdır.11 oyunçu gedir.6-sı bəlli məsələdi.Geriyə 5 nəfər qalır.Onlarda.....
Müəllim uşaqları sayarkən həyəcanlanırdı.Müəllimlə səhərki söhbəti yadına gəldi.Düşündüki müəllim onu aparmayacaq.Bu məqamda.
-Amil sən meydana girən ilk yedəysən.Özünü buna görə hazırla..
Bu sözlər Amilə elə tesir elədiki sanki sevincindən az qala qanadlanıb uçacaqdı.Uşaqlar otağa keçərək paltarlarını dəyişib evə tələsdilər.Bu gün onun günü idi,Amilin günü....

YadigarWhere stories live. Discover now