Zəhrada əynini dəyişib Amilgilin məhləsinə gəldi.Həyətdə gözlədi.Amildə gəlib Zəhradan ciddi ciddi danışdı
A:-"Zəhra bunan sonra özün dəyişikliyi görəcəksən.Artıq o Amil öldü.Bu andan etibarən Amilin hörməti tam başqa olacaq.Bunu əminliklə deyirəm"
Z:-"Nə edəcəksənki?"
A:-"Özün görəcəksən"
Z:-"Görərik"Dedi və getdi...
***********1 ay sonra********
-"Amil bir dəqiqə gözlə"
-"Nə var?Nə istəyirsən məndən?
-"Amil niyə mənə şans vermirsən?
-"Aysel sən görmüsən heç mən başqa birinə şans vermişəm?"
-"Yox...Amma mən səni xoşbəxt edəcəm...Söz verirəm"
-"Mən onsuzda XOŞBƏXTƏM .Sevgiyə ehtiyacım yoxdu"
-"Amil xahiş bir dəfəlik.Şans ver"
-"Baxarıq...Indi məşqə tələsirəm"Amil Ayselidə digər qızlar kimi özünə yaxın buraxmamışdı.Amil 1 ay ərzində çox qızın sevgisini qazanmışdı.Amma heç bir cəhd göstərməmişdi bunun üçün.Ləmanıda məktəbdə harda arxasınca düşən görsə "Nə baxırsan sənin qardaşın yoxdu?"cavabı verərdi.Bir dəfəsində Ləman zəng edib birdə onu belə biabır etməməsi üçün Amildən xahiş də etmişdi.
Amil hər gün məşqini edirdi və hazırlaşırdı imtahanlarına...Heç bir qız və digər məşğuliyyətlər onun vecinədə deyildi...**********1 ay sonra*********
A:-" Hə sabah imtahandı Inşallah arzum gerçəkləşməsi üçün önümdə əngəli aşacam"
Z:-" Inşallah.Sənə uğurlar.Mən çıxmalıyam sabah danışarıq"
A:-"Sağol...Yaxşıki dostumsan"
Z:-" Səndə yaxşı ki varsan"**********Imtahana 10 dəqiqə qalmış**********
-"Inşallah yaxşı olacaq inanıram buna"- Özünə əmin şəkildə deyib sinifə daxil oldu
Sual və cavab kartları paylanıldı.Zəngin səsi eşidilən kimi imtahan başlandı.Suallar asant gəlirdi.1 saat ərzində tam bildiyi sualları qeyd edib dayandı.Qalanlarını işləməmək qərarına gəldi.Səhvlərin düzünü aparacağından çəkinib dayanmışdı.Bir daha yoxlayıb cavavları qalxdı ayağa.Vərəqləri təhvil verib çıxdı sinifdən.Anasının yanına getdi
-"Mən evə getmək istəyirəm özdə indi"
-"Yaxşı.Pis oldu imtahan?"
-"Evdə danışarıq"
-"Yaxşı"Avtovaqzala gəlib öz şəhərlərinə qayıtmağa bilet aldılar.Vaxt çatdıqda minib yola düşdülər.Evə çatdıqda Amil artıq yorğundu.Paltarın soynub yerinə girdi....
Sübh tezdən oyandı.Paltar geynib hazırlandı.Sual kartını götürdüyündən gedib onu müəllimlərinə yoxladacaqdı.Saat 10da evdən çıxıb getdi..
Amil müəllimlərə yoxlatdırdı çox az səhv etdiklərin görüb sevindilər.Amma əsas cavabların necə yazıldığını bilmədikləri üçün səbrsizliklə balların açıqlanmasını gözləməli oldular...
Hər keçən gün daha da səbrsizləşirdi Amil.Artıq ürəyi dözmürdü...Axrı təngə gəlib evdən çıxdı.Internet kafeyə getdi.10 dəqiqə kimi oturmuşduki qardaşı zəng etdi...
-"Amil cəld evə gəl ata səni çağırır.Qaça qaça gəl"
-"Yaxşı"-deyib teledonu söndürdü.Ayağa durub evə getdi.Evə çatanda atası onu qapının ağzında gözləyirdi.Həmişəkindəndə qaraqabaq dayanmışdı.Qardaşıda atasının yanında idi.Birdən qardaşı dedi:
-"Balları açıqlamaq üçün zəng vurmuşdular"-deyib susdu
Amilin qəlb atışları artdı.Atasından soruşdu:
-"Neçə bal yığmışam?"-həyacanla soruşdu....
Atası bir azda baxıb axrı cavab vermək qərarına gəldi....
***************************
Əziz oxucular salamlar.Bəyənməyi və rəy yazmağı unutmayın...Gələcək bölümləri gözləyin maraqlı olacaq...
YOU ARE READING
Yadigar
AdventureKitabda baş qəhrəman Amildir.Amilin başına gələnlərdən bəhs olunur.Həyatda başına gələn qeyri-adilikdən Kitab təxəyül olsada həyata əsaslanan yerləridə çoxdu... Kitabda bölüm artdıqça daha maraqlı olacaq.Oxuyub dostlarınızada təklif etməyinizi ümi...