7

41 12 11
                                    

Amilin anasının ölümünü sinirə bilmirdi.Ona elə gəlirdiki sanki anası Bakıda qalıb və o bir gün qayıdacaq...

Buna görə o hər gecə düşünürdü.Bəlkə sabah səhər oyanıb anasının həmişə oturduğu yerdə gördü.Bu arzuyla yuxuya dalırdı...

Bir gün Amil yenə bu fikirlə yuxuya daldı

Yuxu

Amil səhər oyanır.Gözünü ovuşduraraq mətbəxə gedir.Bu an o öz anasını həmişəki yerində oturduğunu görür.Əynində isə bəbir rəngində qolu qısa ev üçün olan don vardı.Amil bu paltarı nənəsinin üzərində 3 yada 4 yaş olarkən görmüşdü.Həmin an Amil uşaqlığını xatırladı.Anasının həsrəti isə lap burnunda tütdü.
Amil nənəsinin üzərinə qaçdı.Onu bərk-bərk qucaqladı.Amil o qədər darıxmışdıkı nənəsinin qoxusunan.İçinə doya-doya çəkdi.Gözlərinən yaşlar dayanmırdı.Amil anasını öpüb-qucaqlayaraq:

-Ana bir daha bizi buraxıb getmə!...Yaxşı?! ...Ana səndən ötrü yamanca darıxmışam ana.Getmə xahiş edirəm səndən getmə!

Bu məqam Amil yuxudan oyandı.Qaçaraq mətbəxə getdi.Mətbəxdə isə heç kim yox idi.Amil bunu görüb sarsıldı.Gözlərinən axan yaşlara hakim ola bilmədi.Elə içdən hıçqıraraq ağlayırdıki səsinə Anası və əziz bibisi gəldi.

-Nə olub?Amil niyə ağlayırsan?

-Bibi qurban nə olub sənə niyə ağlayırsan?

Amil o qədər sarsılmışdıki yuxunun təsirindən cavab verə bilmirdi.Ilk öncə yuxunun həqiqət olduğuna inanmışdı sonradan həqiqəti gördükdə o artıq düşüncələrindən daşındı.Nənəsinin həqiqətəndə artıq bu həyatda olmadığını dərk etdi.

-Quzum.Bibi qurban nə olub?Niyə ağlayırsan? Nə baş verib?

Amil cavab verməyə çalışırdı ama boğulurdu.Onu boğan kədərdi.Yalnız və yalnız kədər

-Quzu al su iç özünə gəl.Al bibisinin birdənəsi

Amil fincanı əlinə alıb suyu içməyə başladı.Suyu içdikdən sonra bir az toxdadı

-Yuxuda ananı gördüm-içini çəkə-çəkə cavab verdi
-Nə gördün bibi qurban?
-Gördümki...

Amil gördüyü yuxunu başladı danışmağa.Danışdıqca göz yaşlarına hakim ola bilmirdi.

-Quzu pis olma.Nə edə bilərikki? Gedən geri qayıtmır.
-Bilirəm amma adamda azda olsa ümid yeri olur onuda beləsinə itirdim.Nəysə daha keçdi...

Amil bu yuxunu günlərcə düşündü.Belə hadisə necə ola bilərdiki?Həqiqətən ağlına yerləşdirə bilmirdi...

Aradan 4 ay keçdi

-Mən sizinlə yaşayammıram.Belə olmur.Mən öyrəşməmişəm bunlara

-Nəyə öyrəşəmmirsən?

-Gəlib məni sinifdən niyə biabır edirsən?Mən qız övladıyamki gəlirsən məktəbimə?

-Gəldim görüm sən niyə oxumursan? Səbəb nədi oxumamağına?

-Guya bilmirsən?Bilmirsənki mən uşaqlıq arzum liseyde oxumaqdı?

-O lisey sənlik deyil? Səndə helə hünər yoxdu!

-Mən ora oxuyub qəbul olub bitirəcəm.Əgər o liseyədə getmirəmsə oxumuram!-Amil sərt bir şəkildə anasına sözünü deyərək çıxıb getdi.

Amil evdən çıxıb getdi.Hara gedəcəyinidə bilmirdi.Əlləri cibində qaş-qabaqlı halda gedirdi.Ağlına gəldiki həmişə təklikdə öz-özünlə dərdləşdiyi yerə getsin.Həmin yer qəşəng mənzərəli yer idi.Heç kəsdə olmurdu orda.
Amil gəlib çatdı.Kötüyün üzərində oturdu.Çayın axışını seyr edərək fikrə dalırdı.Illərlə gözlədiyi məqam gəlmişdi amma o evdən icazə verilmədiyi üçün arzusunu həyata keçirə bilmirdi.Bunu qara-qara düşünürdü...

-Həəə ay Ana...-bir qədər susub sonra yenidən davam elədi

-Səndə istəyirdin mən liseydə oxuyum.Amma görürsən? Qoymurlar!Niyə?Onuda bilmirəm!...

Amil bir müddətdə çayı seyr edib durub evə tərəf getdi

*******************

Səhər məktəbə gedəndə yolda hələdə unudamadığı Ləmanı gördü.Qəlbi yenə sürətlə çırpınırdı....

Ayrıldıqları 9 ay olmasına baxmayaraq onu unudammırdı.Baxmayaraqki Ləman onu aldatmışdı.Ona heçnə demədən başqa bir oğlana razılıq vermişdi.Həmin oğlansa Amilin tanıdığı oğlandı.Amil heç birinədə heçnə deməmiş ikisinidə saymamasızlıqdan gəlmişdi.Amil bilirdiki Ləman olmasa belə onu sevən onlarla qız var.Özdə Amilə qarşılıqsız sevgisini göstər biləcək qayğısını çəkəcək biriləri idilər.Amma Amil isə Ləmanı sevirdi qarşılıqsız səbəbsiz.

Ləman onun ilk sevdası idi.Onu niyyət gecəsində Allahdan istəmişdi.Buna görə onu bu qədər çox sevdiyinə baqlandığına inanırdı.

Ləmanı elə sevirdiki ona toxunmağa belə qıymırdı.Amma Ləmanın onu bu cürnə sevməyib getməsi Amili qəzəbləndirmişdi.Buna görə söz vermişdi özünə ki artıq kimlə danışacaqdısa həmin qızlara toxunsun iz qoysun qızda.Çünki Amil unutmadığı kimi qızlarda unutmasın.Onlara damğa kimi bir iz vurmalıydı.Ləman getdikdə ona heçnə deyəmmirdi.Çünki Ləmana damğa vurmamışdıki Amil haçansa Ləmanın həyatını alt üst edə bilsin.Buna görədə özünə söz vermişdi.

...Ləmanın yanınan gəlib keçəndə:

-Amil kimi sevən yoxduda-yanındakı qıza söz vurdu

-Amil necə sevirdiki-qızda onun ələ salmağına köməklik etdi

Amilə bu söz təsir etdi.Özdə çox pis.İntiqam alacaqdı bu sözə görə Ləman və rəfiqəsi Sevdadan.Amma necə?...Bunu düşünərək eşitməməzlikdən gəlib keçdi

Məktəbə gəldi çatdı.Məktəbdə uşaqlardan baş qatmağa çalışdı.Amma fikri intiqam hissində idi.Necə edə bilərdiki Amildən üzr istəsin.

Bunu düşünə-düşünə dərsləri bitirib evə getməyə hazırlaşdı

**********************
Əziz oxucularım bağışlayın.Bölüm tez hazırlanacakdı.Telefonum müsadirə olunduğu üçün yazammadım...
Rəylərinizi və bəyənməyinizi gözləyirəm.
Kitabımın ən əziz oxucuları olan azerbaijan_team ve eczanecilik minnətdarlığımı təşəkkürümü bildirirəm.Çox sağolun dəstək olduğunuz üçün

YadigarWhere stories live. Discover now