**********6 ay sonra********
Bu gün 6 aydan sonra evə qaydacaqdım.Çox sevincli idim.Amma yolunda getməyən şeylər vardı.Mən burda oxumaq istəmirəm.Bunu ailəmə necə deyəcəkdimki?Amma çoxda dərd eləmədim.Əsas olan evə gedim.Çox darıxmışam onlardan.Qardaşımdan belə darıxacağım ağlıma gəlməzdi.Həyatda deməli hər şey olurmuş...
Saat hələ 5 idi.Mən isə 7də qalxmalıydım .O qədər səbrsiz idimki düzgün yatammadım gecəni.Yerimdən qalxıb yerimi yığdım.Su saat 6da verildiyinə görə əl-üzümü yumağı saxladım...Gedib növbətçidən söhbət elədim.Növbətçi helədə qəzəbli biri deyilmiş.Mən yanlış tanımışam...
Saat 6da gedib əl-üzümü yudum. Qurulanıb digər otağ yoldaşlarımıda oyatdım:
-"Nə yatmısınız? Bu gün evə gedirik.Durun!"-uşaqların üstünü açdım.
-"Ehh!..Sakit dur yataq!"-mızıldandılar
-"Qalxın! Yatmaq vaxtı deyil. Cəld hazırlaşın gedək"
-"Onsuzda tez durub hazırlaşmaqdan deyil. Özləri düzüb buraxacaqlar"
-"Ehh...Çox danışdız!Qalxın!"
Uşaqları güclə durquzdum.45 dəqiqə sonra isə hazır idik.Amma "Qalx" əmri hələ indi verilmişdi.Vaxta uyğun hərəkət etdik.Yeməyə getdik sonra hazırlıq oldu.Düzülüş oldu.Düzülüşdə bəzi məlumat çatdırıldıqdan sonra buraxılış başlandı...
Maşın danışdığımız üçün məktəbin qabağında gözləyirdi.Məktəbdən çıxıb maşına mindim.Uşaqlarda gəlib mindi yola düşdük...
4 saat sonra evə çatdım.Evə çatdığımda gözlərim yaşardı.6 aydan sonra evə qayıtmışdım.Anama sarıldım.Göz yaşlarıma hakim olammırdım.Atamla görüşdüm.Sonra babamın yaşarmış gözlərinin içinə baxdım.Gözlərində qürür və sevinc yamsılanırdı.Nəvələrinin şah saydığı nəvəsi onun yolunu davam etdirirdi.Təhsil alırdı.Digər nəvələrindən fərqlənən cəhəti bu idi.Bu nəvədə mən idim əlbətdəki...
Babama sarıldım.Qardaşımınsa qıraqdan maraq dolu gözlərlə baxdığını gördüm.Oda bir qəribə olmuşdu.Sanki oda məndən darıxmışdı.Qardaşımlada görüşüb otağıma keçdim.Əynimi dəyişib yeməy masasın arxasına keçdim.Nə yalan deyim acmışdım...
Yeməyimi yeyib otağıma keçdim.Telefonla bir az oynamağa başladım.Bir az oynayıb yatmağa getdim.Sabaha işlərim çox idi.Görüşəcək adamlar çox idi.Buna görədə tez yatdım...
***************************
Əziz oxucular uzun müddətdən sonra yazdım yeni bölümü.Düzdü gec oldu və qısa bölüm azdı amma sizdə anlayışla qarşılıyın.Zəhmətə hörmət olaraq rəy və bəyənməyinizi əsirgəməyin.Baxış sayısıda çox azalıb.Dostlarınızıda oxumağa dəvət edin zəhmət deyilsə.Indidən təşəkkürlər
YOU ARE READING
Yadigar
AdventureKitabda baş qəhrəman Amildir.Amilin başına gələnlərdən bəhs olunur.Həyatda başına gələn qeyri-adilikdən Kitab təxəyül olsada həyata əsaslanan yerləridə çoxdu... Kitabda bölüm artdıqça daha maraqlı olacaq.Oxuyub dostlarınızada təklif etməyinizi ümi...