Güvənməməlisən məsələn.. Heçkimə...Heçkimdən heçnə gözləmədən yaşamalısan... Belə olsa daha çox xoşbəxt olarıq. Daha az qəlbimiz qırılar...
Fikir vermişəm də, biz millət olaraq çox sahiblərinirik hərşeyi...Valideynlər övladlarını, kişilər qadınlarını, dostlarımızı, yaxınlarımızı, yaşadığımız evi, aldığımız maaşı, işlədiyimiz yeri və s. Sanki heç itirməyəcəkmiş kimi, sanki həmişə bizimlə olacaqmış kimi, sanki başqa cür mümkün deyilmiş kimi... Özümüzü buna inandırırıq. İçimizdə bir yerlərdə bilirik bunun yalnış olduğunu... Sonra birdə baxırsan ki, o "heç vaxt,ola bilməz" dediyin o hadisənin düz ortasında itib batmısan.
Ən çoxda həyatı sahiblənirik dostlar, həyatı... Buna görədi, hamının içində gizlənən o ölüm qorxusu... Buna görədi düşündüyümüzdə belə içimizdə yaranan ürpərti... Arada söhbət ölümdən düşəndə, vecsizcəsinə "hah, ölüm? zərrə qədər qorxmuram"desəmdə, beynimin dərinliklərində bir yerdə daima qorxmuşam... Səssizlikdən..., qaranlıqdan...,təklikdən...Ps. Bu bölümü ruhunu çox sevdiyim birinə həsr edirəm. O da qaranlıqdan qorxur ;)
YOU ARE READING
Bir İki Kəlmə
Short StoryBir də unutma, hər şəfəq əlində fənərlə gələn oğru kimidir, ömürləri oğurlayıb aparır.. İskender Pala