Hələ də onunla görüşəcəyiniz günü mü xəyal edirsən? Həmişə görüşdüyünüz yerə gedəcəksən, həmişə oturduğumuz skamyada oturub kitab oxumağa başlayacaqsan. Sonra biri gələcək, "otura bilərəmmi, cənab?" deyəcək, və sən o səsi tanıyacaqsan.
Ya da nə bilim hansısa yağışlı bir gündə təsadüfən qarşılaşağanız günü. Bir birinizin üzünə baxıb, yolunuza davam etmənizi, sonra eyni köhnə türk filmlərində olduğu kimi qayıdıb qucaqlaşmağınızı?
Kim bilir bəlkə də, elə sabah qapını döydü. Hə, hər bir ehtimalı düşünməli!? Onu görəndə özünü itirməyəcdin əvvəlki kimi. Biraz soyuq danışacaqdın amma hələ də sevdiyini bəlli edəcəkdin. Sonra ona toxunmağ istəyəcəkdin, amma olm ayacaqdı. Beyninlə ürəyinin birləşib sənə qarşı əclaf bir oyun oynadığının fərqinə varacaqdın. Sonra yağlı bir söyüşdə söyəcəkdin hələ. Amma o da ovutmayacaqdı səni, doldurmayacqdı içindəki boşluğu.Mediyaya ən sevdiyim mahnılardan birini yükləmişəm, bir dinləyin, məncə.
YOU ARE READING
Bir İki Kəlmə
Short StoryBir də unutma, hər şəfəq əlində fənərlə gələn oğru kimidir, ömürləri oğurlayıb aparır.. İskender Pala