...

183 17 7
                                    

"Mən yaxşı insan deyiləm" dedi...
Düşündüm...Həyatda neçə insan pis biri olduğunu boynuna alırdı? Ya da bunu deyən insan hansı psixi durumda olurdu, hansı hissləri keçirirdi? Nə fırtınalar qopurdu içində?
Bayaqdan bəri bizdən azacıq uzaqda bir yerdə, hansısa bir ağaca zillədiyim gözlərimi çevirib gözlərinə baxdım...Gözlərinə dalmaq istəyirdim o anda... Sonra üsulca ürəyinə keçmək... Ürəyindəkiləri oxumaq istəyirdim...Nə düşündüyünü bilmək istəyirdim... Çünki əmin idim, adım kimi əmin idim soruşsamda deməyəcəyini..
- Eyy, mən yaxşı biri deyiləm dedim...Məndən uzaq dur..Həqiqətən, canının yanmasını istəmirəm..."
Üzümə baxmırdı, kənarda bir yerdə hansısa itmiş bir əşyasını axtarırmış kimi ətrafa göz gəzdirirdi...
Bunu deyirdi, amma... Gözləri..Gözlərinə baxanda kədəri açıq aydın görürdün, hər kəsdən qaçıb gizlənən o balaca, məsum oğlan uşağını görə bilirdim...Ensiz bir ağacın ardında gizlənməyə çalışan, və uşaq saflığıyla, bunu bacarardığını sanan 3 yaşlı körpəyə bənzəyirdi...Amma mən hiss edirdim...Orda olduğunu, qorxduğunu hiss edə bilirdim
Ola bilməz deməyin, olur... Əgər birini başa düşmək istəsəniz, ürəyinizdən keçən sualı ona verin..Sonra gözlərinə diqqətlə baxın..Yalan deyə bilər, nələrisə gizlədə bilər...Amma işin doğrusunu gözlərindən öyrənərsiniz...
- Vecimə deyil...Səninlə birlikdə xoşbəxt hiss edirəm...Həm...Həm sənsizdə canım yanır onsuz, fərqi yoxdur...
Alt çənəsini büzüb, dodaqlarını yuxarı qaldırdı.Bayaqdan bəri əlində tutduğu siqareti yandırdı. Dodağına yaxınlaşdırıb, astadan və hecalara bölərək " sən də-li-sən " dedi..
Gülümsədim..Çünki başqa çarəm yox idi..Düz deyirdi sonucda..Nə gözləriyirdim ki? Getməliydim... Belə vaxtlarda getməliydik dostlar, bir an belə arxamıza baxmadan getməliydik...Heç nəyi, heçkimi gözləmədən..Dərin bir nəfəs alıb,yenidən başlamalıydıq...Onlar kimi.. Eynilə onların bizə etdikləri kimi...)))

Bir İki KəlməWhere stories live. Discover now