...

160 20 1
                                    

Sevirəm mən...qulaqcıqlarımı taxıb dənizi izləməyi sevirəm, buludlara baxıb xəyala dalmağı sevirəm... Hansı ki bir gün onların üstündə ölənə qədər atılıb düşməyi istəyirəm( məntiqsiz olsa da), otların üzərində oturub kitab oxumağı, insanları izləməyi sevirəm... Yolda Ən sevdiyim musiqini dinlərkən onun ən ümidverici yerində birdən birə dayanıb dərindən nəfəs almağı sevirəm. Yolda üzgün olanda, anasının əlindən tutmuş balaca uşağın üzümə baxıb gülümsəməsini sevirəm..Dostlarımı əsəbləşdirməyi sevirəm..
Həyətimizdə təzə açılmış güllərin şəklini çəkməyi sevirəm, onları qoxlamağı sevirəm. Gündoğumunu sevirəm....günbatışını sevirəm....Gözlədiyim avtobus əvəzinə 10 dənə avtobus gəlib keçəndə elə ordaca öz özümə deyinməyimi sevirəm. Hə... Okay.. Özümü sevirəm... Gözəl olmasa da gülüşümü sevirəm, yaxşı bir şey olmasa da göz yaşlarımı sevirəm,göz qapaqlarımı sevirəm..İnadçılığımı sevirəm,qorxularımı sevirəm,xəyallarımı sevirəm, gerçəkdən inandığım şeyləri sevirəm, bəzən ümidsizliyə qapılmağımı, bəzən nə olursa olsun ayaqda durmağımı sevirəm. Kiçik uğurlarımı sevirəm...Hə bir sözlə mən özümü sevməyimi sevirəm. Sevirəm özümü...
P.S. Özünüzü sevin.

Bir İki KəlməWhere stories live. Discover now