Sadəcə Allahın fövqəltəbii bir varlıq kimi qəbul edilməsinə qarşıyam. Baxın "tanrı bağışlayandır", "O hər şeyi görür və eşidir", "yolgöstərəndir", "hər şey onun əlindədir", "biz istəyirik, xeyirlidirsə onu gerçəkləşdirir" kimi ifadələr var. Biraz dərinə ensək nələrisə görə bilərik. Məsələn, hər hansı bir səhv edirik, ya da kiməsə qarşı böyük pislik. Sonra nə olur? Bağışlanmaq istəyirik, istəyirik kimsə vicdanımızı rahatlatsın. Bu zaman nə edirik? Durmadan öz içimizdə yalvarırıq, bizə yol göstərməsini istəyirik. Bəs cavab kimdən gəlir? Bizi kim bağışlayır? Düşünün... Bizə kim yol göstərir? İstəklərimizi həyata kim keçirir? Bunların hamısı öz içimizdədir, bunları özümüz edirik. Gəlin onu başqa yerdə axtarmayaq. Sadəcə insanlar öz daxilində olan güclə hesablaşmağa qorxurlar, gerçəklərlə üzləşməkdən çəkinirlər. Buna görə də ilahi bir varlıq yaradıb, öz etdiklərini onun üzərinə yıxırlar. "Mən səhv etdim, yəqin Allah belə istəyib", "eybi yox, Allah bilən məsləhətdir" , "Allah istəməsəydi, olmazdı" və s, və s, və s
Heç vaxt bunu dərinliyinə qədər düşünməmişik. Əgər islam yeganə yol idisə niyə dünya yaranandan mövcud deyildi?
ESTÁS LEYENDO
Bir İki Kəlmə
Historia CortaBir də unutma, hər şəfəq əlində fənərlə gələn oğru kimidir, ömürləri oğurlayıb aparır.. İskender Pala