Valideynlərdəki bu sahiblənmə duyğusudu məncə gənclərimizi hələdə mənəvi cəhətdən böyüməyə qoymayan. Məncə 18 yaşına çatmış hər bir insan özü haqqında, həyatı haqqında normal qərarlar vermə qabiliyyətində olmalıdır. Bunun üçün isə oxumalıdır. Fərqi yoxdur nə oxuyur. Bu gənc yazıçı olsun yaxud klassik, elmi əsər olsun ya bədii, eşq barədə olsun ya vətənpərvərlik ruhunda, fəlsəfi əsər olsun ya dini fərqi yoxdur. Oxuduğu bütün kitablar onun dünyagörüşünü artıracaq..
Valideynlərin, böyüməsinə baxmayaraq övladlarına uşaq kimi yanaşması, onların problemlərini özləri həll etməyə çalışması, onların fikirlərini önəmsəməməsi gənclərimizin aciz, gücsüz, qorxaq olmasına səbəb olur və onlar ən adi bir problemdə belə yıxılır..Və başlayır yaxşı hissetmək üçün alternativ yollar axtarmağa. Məsələn ; siqaret çəkmək, içkiyə qurşanmaq, narkotik, qumar kimi...
İnsanlar uşaqlıqdan hazır olmalıdırlar hər şeyə... Yaxşı.. fikrimi izah edim; məsələn,bir uşaq düşünün, ən sevimli oyuncağına çatmaq üçün iti addımlarla qaçır, qaçır.. Yıxılır və o ayağa qalxmaq üçün anasını gözləmir.. Ağlaya-ağlaya olsa da, canı yansa da özü qalxır.. Gözəldir deyilmi.?!..
Olduğun yolda doğru olduğunu düşünürsənsə, heçkəsdən kömək gözləmə...Tanrıdan belə...
YOU ARE READING
Bir İki Kəlmə
Short StoryBir də unutma, hər şəfəq əlində fənərlə gələn oğru kimidir, ömürləri oğurlayıb aparır.. İskender Pala