Oxunuş ? yoxsa yalvarış ?

592 76 54
                                    

İlk öncə yeni hekayəmi təqdim edim sizlərə. Adından göründüyü kimi "EŞŞƏK BOYDA ADAMLAR" yəqin ki, artıq izaha lüzum yoxdur. Yaxşı bəs kimdir bu EŞŞƏK BOYDA ADAMLAR ? Bu adamlar wattpad daxilində və wattpadın kənarında olan bəzi insanlardır. Necəki hər yeni hissədə bu insanlar haqqında söz açacağam.

Demək, mən burda artıq bir ildir ki, varam (səhv etmirəmsə Apreldə bir ilim tamam oldu). Bu bir il ərzində oxuculara qeyri-adi hekayələr oxumaları üçün bir neçə dəyərli saatımı ayırıb yazmağa həsr edirəm. Oxunuş sayından, nə də hekayənin reytinqindən heç vaxt şikayət etməmişəm. Bunun başlıca səbəbi, saxtalığı yox reallığı sevməyimdir. Amma, ancaq və lakin burada gördüyüm bəzi dırnaq arası, söz arası və mötərizə arası yazıçılar, mənimdə adını qoyduğum saxta oxunuş və saxta reytinq xəstələridir. Niyə məhz xəstəlik ? həqiqətən çox maraqlı sualdır. Onu, bunu belə izah edəcəm. Hər gün səhər yuxudan oyanıb wattpada daxil oluram. Hekayələrimə gələn fikirlər məni sevindirir, hətda tənqidləri belə sevirəm. Unutmamaq lazımdır ki, tənqid edən oxucu ən yaxşı oxucudur, çünki həmin oxucu digər oxuculardan daha yaxşı hekayəni analiz edərək oxuyur. Səhvləri tapır və səhvləri aradan qaldırmağın üçün sənə şərh formasında ünvanlayır (bura başdan xarab, durduq yerə söz soxaraq özünü cool göstərən oxucu və ya yazıçı daxil deyil, həmin oxucu və ya yazıçıya qısaca demək lazımdır, coool başına).

Hə qayıdaq söhbətimizə. Səhər bura daxil olduğumda mesaj qutusunun da, boş olmadığını görürəm. Birinci düşünürəm, yəqin hansısa oxucumdur hekayə haqqında öz fikirlərini bölüşəcək mənimlə. Eləki mesaj qutusuna baxıram, bu zaman iflic oluram, dodaqlarım əyilir, əllərim əsir, soyuq tər basır (pis mənəda başa düşmə). Mesajınsa ilk başlığı belə olur.

"Xahiş edirəm hekayəmi oxuyun və ulduz qoyun". Məni səhv başa düşməyin, çoxunuz deyə bilər ki, burada nə var bu qədər şişirdirsən, böyüdürsən. Söhbətin canı bu deyil axı, əgər yeni yazıçı hekayəsinin oxunmasını istəyirsə, mənə mesajı elə formada yox belə yaza bilərdi.

"Zəhmət olmasa yeni yazdığım hekayəni oxuyub, fikirlərinizi mənimlə bölüşərdiniz". Bax bu başqa məsələ. Bu insan ki, məndən reytinq və ya elə belə hekayəsinə daxil olmağımə istəmədi. Bu insan normal olaraq yeni hekayəsinin nə qədər təndiq və ya tərif olunacağını gözləyir. Söhbəti çox uzatmadan üzümü, gözümü, sözümü o yazıçılara tutub deyirəm.

"Bəsdirdə, eşşək boyda adamsan e"

Eşşək Boyda AdamlarWhere stories live. Discover now