Kitabın günü-gündən oxucu sayı çoxalır. Oxuyub qiymətləndirəndə var, oxuyub qiymətləndirməyəndə. Məhz buna görə təşəkkür edirəm, çünki ən azından oxumağa maraq yaratmışam hər oxucuda.
Keçək əsas məsələyə. Bugün ki, mövzumuz adı kimi həqiqətən maraqlıdır. Hər gün olmasada arabir wattpada hekayələrə göz gəzdirirəm. Bəlli olduğu kimi yazıçıların 60-70 faizi dedektiv janra üstünlük verir. Yerdə qalan yazıçılarsa tarix, qorxu ve ən başa bəla olan sevgi janrına üstünlük verir. Mən bu mövzumuzda sevgi janrında yazılan hekayələri və həmin hekayələri yazan yazıçılar haqqında söz açacağam. Başlayaq.
Sevgi hekayələrinin 90 faizi şablondur (wattpada aiddir). Standart ölçülü süjet xətdində yazılır. Necəki oğlan qızla sevgili olur, bunlar böyüyür sonda ya qızın ya da oğlanın ailəsi razı olmur bu münasibətə. Finala doğru irəlləyən süjet isə belə olur, oğlan qızı götürüb qaçır uzaqlara, öz utoplayalarında yaşayırlar, bu zaman ərzində qız oğlandan şikayət etmir. Oğlan hekayədə hansı peşənin sahibi olduğu qeyd olunmur, amma qız oğlanla çox xoşbəxtdir (ac ol kişi ol misalı).
Nəysə bunlar normal olaraq uşaq peydahlamalıdırlar. Bunun üçün hekayədə romantik ab-hava yaradılır yazıçı tərəfindən.
Və oğlanla qız cinsi əlaqəyə girir. Yazıçı bu hissəni yazarkən elə boş, elə məntiqsiz cümlələr qurur ki, hekayəni oradaca bağlayıb, oxumağı sonlandırmaq istəyirsən.Bəs bunun əsas səbəbi nədir ? Niyə yazıçılar bu səhnəni belə boş cümlələrlə dolduraraq bitirmək istəyirlər ? Hekayənin cümlə sayı çox olsun deyəmi ? Məncə xeyr. Bunu belə izah edəcəm.
1. Yazıçı utanır.
2. Yazıçı böyük ehtimal sevgilisi tərəfindən heç dodaqdan belə öpülməyib.
3. Oxucular tərəfindən gələcək tənqidlərdən çəkinib, qorxduğu üçün (camaatın anası, bacısı var).
4. Ya da bunu mentalitetə bağlayanlarda var.Bu siyahıdakılar sadəcə həqiqətlərdir və bu həqiqətlərlə barışmaq olmaz. İnkişaf etmək üçün gərək qorxuları və bariyerləri tullanıb keçəsən. O maneəni keçmədiyin müddətcə elə yerində sayacaqsan. Söhbət təkcə seks səhnəsini necə canlandırmaqdan getmir. Əgər bunu yaşamamısansa yazma. Həqiqətən yazma. Ya boş cümlələr yazaraq özünü və hekayəni biyabır edəcəksən, ya da heç yazmayıb hekayənin finalı ilə təqdirlərə layiq görüləcəksən. Seçim səndən aslıdır.
Mövzunun ikinci hissəsinə davam edək.
Demək, bəzi sevgi hekayələrinin 100 faiz sonuluğu ölümlə bitir. Burada isə bilinməyən maraqlı bir səbəb ortaya çıxır.
Niyə qadın yazıçılar bütünlüklə çoxu məhz oğlan qəhrəmanı öldürür sonda ? :)
(yaşasın feminizm! zarafat edirəm əlbətdəki).Və hekayənin sonunda oğlan(qız) xəstlənir ya da avtomobil qəzası keçirir ölür (çox az-az əsərlərdə qəhrəmanlar xəyanət üstündə bir-birini öldürür, buda wattpada uyğun bir şey deyil, çünki bizim yazıçılar mütləq ikisindən birini avto və ya xəstəliklə öldürməlidir).
Sonrakı etapda isə sevgilisi, ölən qəhrəmanın qəbrini ziyarətə gedir və əldən düşənəcən ağlayır (elə yazıçılar görmüşəm ki, bu hissədə qəhrəmanını ağladaraq öldürür, paralij vurur ağzı əyilir).Və bu qədər, FİNAL.
Baş rollarda: Fatmagül və Bamsıbeyrək
Əsərin adı: Gəl qoşul bizə, çıx yaşıl düzə.
BẠN ĐANG ĐỌC
Eşşək Boyda Adamlar
Phi Hư CấuAğ və Qaranın cütləşməsindəm ortaya çıxan, EŞŞƏK BOYDA tənqidlər silsiləsi.