Birdə başdan!

63 9 38
                                    

Salamlar əziz oxucular. Çox uzun bir vaxt keçdi aramızda. Neçə oxucu wattpadı tərk etdi, neçə yeni oxucu wattpada qoşuldu. Əlbətdə bura yeni gələn oxucular qədər buranı tərk edənlər də, mənim üçün vacib insanlardır. Ancaq nə etmək olar, həyat belədir və dünya öz oxu ətrafdı "gic-gic" fırlanmağına davam edir.

Sözə başlamazdan əvvəl hər birinizin yeni ilini təbrik edirəm. Lakin mən yeni illərdə sevinə bilmirəm. Bilmirəm mənim kimi düşənən neçə insan çıxacaq burada. Hər yeni il, yeni bir başlanğıc deməkdir. Yeni xəyallar, ümidlər və həsrətlər. Bunların altında çox böyük mənalar yatır. Hər yeni bir ildə yeni insanlarla tanış olursunuz. Yeni insanları həyatınıza qəbul edirsiniz və ya bunun əksi köhnələri həyatınızdan çıxarırsınız. Ancaq ən ağrı verən tərəfi sevdiyiniz birini itirirsiniz. Bu axrıncı sizin əlinizdə deyil. Bax elə buna görə yeni illərdə sevinmirəm. Həyata sıfırdan başlamaq hər hansı bir insanın həyatında verəcəyi ən çətin qərarlardan biridir əslində.

Sən yenidən başlamağı necə təsvir edirsən?
(Fikrini mütləq bildir)

Bu mövzumuz motivasiya dolu bir hissə ola bilərdi, lakin istədim sizinlə bir balaca həm söhbət olub, gerçəklərdən danışaq. Qorxularımızdan...

Sənə iki seçimli həllər təqdim edəcəm və səndə bu iki seçimdən birini seçərək fikrini həm mənimlə, həm də digər oxucularla bölüşmüş olacaqsan.

1.Dünyada ölümsüzlük kəşf olunur. Və bunu test etməyin üçün səni seçirlər. Qulağa möhtəşəm səslənir. Sənə bununla birlikdə iki seçim verilir:

1) Bunu qəbul etsən 100 il sonra təzədən göz açıb yaşayacaqsan. Yeni kəşf olunmalı dünya!
Ancaq bu zaman tanıdığın və sevdiyin heç kəs yanında olmayacaq çünki onlar artıq 100 il əvvəl ölüblər.

2) Qəbul etməyib, ölüm gününü gözləyəcəksən.

2. Bir gün səhər gözünü açdığında əslində hansısa bir insan üçün işləyən ağıllı texnoloji aparatının içində olduğunu görürsən. Və məhz həmin tanımadığn insanın gündəlik həyatını idarə edirsən.

1) Buna sonsuza qədər davam edərdin.

2) Özünü öldürərdin

Biraz düşündürücü və çətin qərarlar olacaq. Lakin çalış səmimi cavab verməklə yanaşı hisslərinidə bölüş.

Eşşək Boyda AdamlarWo Geschichten leben. Entdecke jetzt