Get özünə bax, gic"bəşər"

250 46 19
                                    

Diqqət! Diqqət! Danışır Bakı. Bugün ki, menyumuzdakı yemək biraz duzlu, biraz acılı və biraz da, iy vermiş pendir kimi olacaq.

Buradakı bəzi "yazıçılar" həqiqətən çox fərqlidir. Necə ki, hekayəsinə fikir yazdıqdan sonda "abratnı" (rus sözü olub dədə babadan, nənədən bizə ötürülmədi) şərh hissəsinsə balaca bir fikir buraxır.

"Get özüvə bax gic bəşər. Xoşuaaa gəlmir oxumua"

Birinci gəlin bu insanı və onun "qaş arası" yazıçılıq fəaliyyətini analiz edək.

Wattpad-da hekayə yazır və o hekayə üçün kiminsə fikir bildirməsini gözləyir. Hekayən haqqında tərif və xoş söz görəndə "folloş" atır. Yox, əgər tənqid edirsə kimsə dərhal başlayır şüvənliyə. Bunu edən adam birinci ruhi xəstədir, ikinci bu adamdan "yazıçı" olmaz. Üçüncü bu insan nəslinin son örnəyidir, tanrı ondan sonra o tipdə insan yaratmayıb. Bu hadisə mənim başıma gəlməyib, çünki əvvəlki yazımda da, qeyd etdiyim kimi wattpada demək olar çox az hekayə oxuyuram və oxuduğum o çox az saylı hekayələrə də, yazdığım fikirlərdən heç kim inciməyib.
Məhz bugün ki, mövzumuz qarşıma çıxan hekayələrdəki oxucu fikirlərinə, yazıçılar tərəfidən gələn mənfi şərhlərdən ibarət olacaq.

(Tənqid mövzumuzla bağlı ayrıca bir hissəmiz olacaq yeni hissələrdə)

"Bəyənmirsən oxuma.
Bacarırsan özün yaz.
Sənə görə yazmamışam (yəqin özü üçün yazıb).
Məni təndiq edə bilmərsən. Get özünə bax gic bəsər (etika cəhətdən özünü inkişaf etdirib).

Həmin hekayələrin adlarını qeyd etmiyəcəm, elə hekayələrin adını qeyd etmək belə viral-reklam hesab olunur.

Kəçək bu tip yazıçıların "yazıçılıq" bacarığına. Hekayəsi yaxşı, ya pis olsun mədəniyyət və etikadan inkişafdan geridirsə, artıq onlar yazıçı hesab olunmur. Əsl oxucu hekayəni analiz edərək oxuyur. Və kiçik detallara qədər fikir verir. Mənfiləri, müsbətləri ortaya çıxarır. Ortaya çıxan isə ya təqdir, ya da tənqid olur.

Gözəl bir söz var.

"Əgər sən, gördüyün işlə tənqid olunmursansa, o vaxt narahat ola bilərsən. Səhv gedən bir şeylər var deməkdir."

Eşşək Boyda AdamlarTahanan ng mga kuwento. Tumuklas ngayon