Tənqid sonrası AŞ? yo o Aş döyl

165 37 22
                                    

Neçə müddətdir ki, yeni hissə yazmırdım. Bu məndə sözün açığı passivlik yaradır. Yazmadıqca əlinin içi qaşınır (Əli adında oxucuları demirəm) və nəsə yazmaq istəyirsən. Bu kitab haqqında yazılacaq xeyli mövzular varkən mən yazmıram. Əvvəl düşünürdüm ki, tənqidlərdən özlərini düzəldən olar, lakin görürəm bu onlara bəs etmir.

Yeni bir müşahidəm haqqında söz açacam və o müşahidədən sonra sizlər o bəzi "yazıçılar" haqqında agah olacaqsınız.

Bir neçə gün əvvəl mənə 5 ədəd bildiriş gəldi. 5-də izlənmə (folloş) ilə əlaqəli idi. Profillərinə baxdım gördüm ki, hərəsi bir qısa hekayə yazıb, lakin az oxunuş sayına malikdir. Maraqlı gəldi və hekayələrinə göz gəzdirdim. Daha sonra isə hekayələri haqqında öz fikrimi yazdım. Bəzisinə müsbət bəzisinə mənfi. Müsbət yazdıqlarım həqiqətən layiq idilər və ya əksi olanlarda. Çoxu təşəkkür etdi, çoxu isə mənimlə dirəşdi. Əgər insan nədəsə səhvdirsə o zaman heç vaxt dirəşməməlidir, çünki səhvini başa düşüb susmalıdır. Amma bunlar öz səhvlərini başa düşməmək qırağa, adamı yolada verirlər. Ən nifrət etdiyim şeydir söz deyilən zaman qarşındakı "insanın" səni yola verməsi.

Söhbətdən iki-üç gün keçmişdi ki, gördüm bu mənfi fikir alanlar məni izlənmədə çıxardıb. Yaxşı, başa düşdüm yazıçısan yeni başlamısan hekayə yazmağa, ancaq tənqidi qəbullanmamaq nədir ? Onda niyə özünə "yazıçı" adını qoyursan ? Hər yazıçı tənqidə daim qapısı açıq olmalıdır. Həmin "yazıçılar" çox ehtimal ki, bu kitabı çox yaxşı bilir və oxuyurlar. Mənə boş-boş izlənmə sayı lazım deyil. O oxucular bunu etməklə gua məni motivasiyadan saldılar öz aləmlərində.

Çoxlu tənqid uğurlu işlərə zəmin yaradır.
Deyl Karneqinin gözəl bir sözü var.
"Əgər gördüyün işdən tənqid almırsansa, o zaman nələrsə yalnış gedir deməkdir"

Demirəm hər gələn "ağzı göyçək" dən tənqid al. Sadəcə oxucuları diqqətlə seç və onların fikrini bir addım önə çək özündə. Bu həm stimul verəcək yazmaqda sənə, həm də yeni işlər gördüyün vaxt onlar daim səni izləyəcək.

Eşşək Boyda AdamlarWhere stories live. Discover now